Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yusifcanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı kənd inzibati ərazi dairəsində kənd.

Yusifcanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Yusifcanlı

Yusifcanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı kənd inzibati ərazi dairəsində kənd.

Yusifcanlı
39°58′23″ şm. e. 47°03′08″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Yerli İcra Hakimiyyəti orqanının başçısı Vaqif Həsənov
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Nəqliyyat kodu 02
Digər
Yusifcanlı kənd iəd statistik kodu 60937005
Yusifcanlı k. statistik kodu 60937018
Xəritəni göstər/gizlə
Yusifcanlı xəritədə
Yusifcanlı
Yusifcanlı

Mündəricat

Tarixi

İlk dəfə 1993-cü il 12 iyun tarixində Xocavənd istiqamətindən hərəkət edən erməni ordusunun birlikləri Ergi düzünü keçərək, Mərzili kəndinin aşağı hissəsindən Yusifcanlı və Qiyaməddinli kəndlərinə hücum ediblər. Nəticə olaraq Yusifcanlı kəndində 2 nəfər dinc sakin şəhid olub, 4 nəfər isə girov götürülüb. Ermənilərin geri oturdulması üçün aparılan döyüşlər nəticəsində 10-a yaxın hərbçi şəhid olub, bir hərbçi isə girov götürülmüşdü. Kənd 12 aprel 1994-cü ildə işğal edilmiş, 10 noyabr 2020-ci il razılaşmasına əsasən 20 noyabrda Azərbaycana qaytarılıb.

Coğrafiyası və iqlimi

Bu kənd Ağdam şəhərindən 12 km cənub şərqdə, Qarqarçay -ın sağ sahilindəki ərazidə yerləşir.

Əslində, kəndin özü indiki Qarqarın yox, çayın ən qədim yatağı olan Köhnə Qarqarın sağ sahilində yerləşir.

Ərazi çox da böyük olmayan yastıdüzənlik olan Qarqarçayın Kaynozoy erasının dördüncü dövr gətirmə süxurlarından ibarətdir. Üzəri isə qalın gil-torpaq qatı ilə örtülmüşdür. Bu qat suvarma əkinçiliyi üçün çox əlverişli olub, məhsuldardır. Ərazinin əsas problemi su məsələsidir (yerin 120-150 metr dərinliklərində keyfiyyətli sular kifayət qədərdir). Kəndin suya olan təlabatı bir kəhriz, bir neçə arteizan, həyətlərdəki çoxlu sayda fərdi su quyuları, mövsümdə sel olarsa Qarqarçay-dan götürülən sular və Tərtərçay -dan Mərzili çölünəqədər çəkilmiş Ağdam kanalından götürülən suların hesabına ödənilir.

Kəndin torpaq sahəsi Qarqarçay-ın sağ sahili boyunca qərbdən şərqə doğru 4 km, şimaldan cənuba isə 4 km-dən az uzanır. Göstərilən bu ölçülər daxilində kəndin ümumi sahəsi 15 kvadratkilometrə qədərdir ki, bu da 1500 hektara qədər torpaq sahəsi deməkdir. Bu qədər sahənin 700-800 hektarı əkin üçün yararlı, o cümlədən 450-500 hektarı isı üzümlüklərdir.

Kənd ərazisinin şimal hissəsində Qarqarçay özü təbii sərhəd təşkil edir. Qərbdə Novruzlu kəndi ilə Yusifcanlı arasından "Qobu" deyilən "Quru çay" dərəsi keçir ki, o da öz suyunu Qarqarçaydan götürüb.

Qobudan əlavə "Qışlaq arxı" (Qışdı arxı) və "Köndələn arxı" da suvarmada istifadə olunub. "Köndələn arx" qonşu Mərzili kəndi ilə təbii sərhəd təşkil etməklə uzanıb şərq qonşumuz Ağcabədi rayonunun Qiyaməddinli kəndinin ərazisinə qədər gedir. Şərqdən Ağcabədi rayonunun Qiyaməddinli kəndi ilə sərhəd təşkil edir ki, o isə başqa kəndlərə nisbətən daha yaxında yerləşir. Qarqarın sol sahilində Əfətli və Acarlı kəndləri ilə qonşudur. Yusifcanlı kəndininbir hissəsi olan "Quzeydən" massivi Mərzili tərəfdədir. "Qızlar" arxı da buradadır.

Yusifcanlı-nın coğrafi kordinatları aşağıdakı kimidir: 39 dərəcə, 58 dəqiqə, şimal enliyi isə 47 dərəcə, şərq uzunluğu, yəni, kənd Bakı-dan 3 dərəcəlik məsafədədir. Bu da hava xətti ilə 256 km edir.3 dərəcəlik məsafə isə 12 dəqiqə vaxta bərabərdir. yəni Bakı-da 8 tamam olanda kənddə 8-ə hələ 12 dəqiqə qalır. Günəş Yusifcanlı-da Bakı-dan 12 dəqiqə sonra çıxır.

Digər məsafə və ölçülər: Yusifcanlı-dan İran sərhəddinə,Araz çayı-na qədər olan məsafə hava xətti ilə 110 km-dir.Kənddən ekvator-a qədər olan məsafə 4450 km, şimal qütbü-nə qədər isə 5565 km-dir.

İqlimi mülayim, quru subtropik iqlimə malikdir. İllik maksimum temperatur 39-40 dərəcə, minimum temperatur isə 10-13 dərəcə təşkil edir. İllik yağıntının miqdarı minimum 250–300 mm, maksimum isə 550 – 600 mm miqdarında olur.

Flora və faunası

Bitki örtüyü zəngindir. Onlardan palıdı, qaraağacı, qozu, qovağı, tut ağacını, yabanı nar, saqqız ağacı, dağdağan, habelə cır üzüm, böyürtkan və qaratikan kollarının dibində bənövşə və qulançarı göstərə bilərik. Çöllər xüsusi əhəmiyyətli biyanla başdan-başa örtülür.

Bu zəngin bitki aləminin içərisində heyvanlardan canavar, çaqqal, tülkü, meşə pişiyi, vaşaq, köstəbək, kirpi, porsuq, ilanlar, tısbağa, qurbağa , quşlardan – çalağan, qaraquş, qara qarğa, boz qarğa, saxsağan, qaratoyuq, göyərçin, sərçə, alabaxta, köç vaxtı vağlar və digərləri də yaşayır.

Tanınmışlar

  • Teymur Məmmədov (aktyor) (1960) – aktyor

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yusifcanlı haqqında məlumat. Yusifcanlı nədir? Yusifcanlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Matsue

  • Fevral 27, 2026

    Nobelium

  • Fevral 23, 2026

    Santa-Klara (Kaliforniya)

  • Fevral 28, 2026

    Lui Massinyon

  • Fevral 23, 2026

    Ceyms Kuk

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst