Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abdal — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd.Dağ yamacındadır.

Abdal (Ağdam)

  • Ana Səhifə
  • Vikipediya
  • Abdal (Ağdam)
Bu məqalə adının Abdal (kənd) olaraq dəyişdirilməsi təklif olunur. Müzakirə səhifəsindəki əlaqəli müzakirəyə nəzər yetirə və fikirlərinizi bildirə bilərsiniz. Lütfən müzakirədə qərar çıxana qədər məqalə adını dəyişdirməyin və bu şablonu səhifədən çıxarmayın.

Abdal — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd.Dağ yamacındadır.

Abdal
39°51′54″ şm. e. 46°55′15″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 707 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Abdal xəritədə
Abdal
Abdal

Mündəricat

Tarixi

1905–1918-ci illərdə kəndə erməni silahlı qüvvələri tərəfindən basqınlar olub və xeyli sayda insan öldürüb və işgəncələrə məruz qalıb.Abdal kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci ildə Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuşdur.

Toponimikası

ABDAL — Yuxarı Qarabağın Vərəndə nahiyəsində kənd adı. İndi Ağdam rayonunda Abdal-Gülablı. Yerli tam adı Abdal-Bulaq. Kənddə Xanımbulaq, Damcıbulaq, Bəybulaq və s. bulaqlar var.

Laçın qəsəbəsinin qədim adı Abdallar, Laçın rayonu ilə Ordubad rayonu arasında Abdaldağ, Xocavənd rayonunda Bəhrəmli kəndi ərazisində Abdallar qışlağı, Ordubad və Tovuz rayonlarında Abdal dağ adları, orta əsrlərdə İrəvan əyalətində Abdal, Abdallar-Ulya, Abdaloğlu, Gürcüstanın Bolnisi rayonunda Abdallı, Şimali Qafqazın Ter əyalətində Abdaldağ toponimləri mənşəcə eynidir. Eramızın 1 minilliyinin 1 yarısında Orta Asiyada mövcud olmuş Abdal tayfa nümayəndələri müxtəlif istiqamətlərə köçmüş və onların müəyyən hissəsi Cənubi Qafqaza gəlmişdir. Albaniyada ermənicə yazılışda Heptal formasında bu tayfanın yaşadığını VII əsr alban tarixçisi Moisey Kalankatlı yazmışdır. Abdal adlı tayfa başqırdlarda, qazaxlarda və türkmənlərdə də vardır. Cənubi Qafqazda Abdallı kənd adlarının bəziləri Qızılbaşların (XV əsr) Şamlı tayfasının Abdallı qolunun məskunlaşması ilə bağlıdır.

Tarixi mənbələrdə Abdal-Gülablı tayfalarından bir neçəsi 16-cı əsrin əvvəllərində buradan Kür-Araz ovalığına əsasəndə Cavad qəzasına (indiki Salyan rayonunun Qarabağlı kəndi) ərazisinə yerləşmişlər və həmin kəndin əsasını qoyanlardan olmuşlar.

Həmçinin bax

  • Abdal yurdu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abdal (Ağdam) haqqında məlumat. Abdal (Ağdam) nədir? Abdal (Ağdam) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dənizkənarı Alplar

  • Fevral 27, 2026

    Agent 007

  • Fevral 27, 2026

    Quam

  • Fevral 27, 2026

    Divandərə

  • Fevral 25, 2026

    Teofrastus

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst