Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xonqxa (Qırmızı) (vyet. Sông Hồng; çin. 元江, Yuanszyan) — Çin Xalq Respublikasının cənubunda və Vyetnamın şimalında yerləşən çay.

Xonqxa çayı

  • Ana Səhifə
  • Vikipediya
  • Xonqxa çayı

Xonqxa (Qırmızı) (vyet. Sông Hồng; çin. 元江, Yuanszyan) — Çin Xalq Respublikasının cənubunda və Vyetnamın şimalında yerləşən çay.

Xonqxa (Qırmızı)
çin. 元江, vyet. Sông Hồng
Çayda günəşin qürubu. Hanoy körpüsündən görünüş
Çayda günəşin qürubu. Hanoy körpüsündən görünüş
Xəritə
Ölkələr
  •  ÇXR
  •  Vyetnam
Mənbəyi Çin Xalq Respublikası
 • Yüksəkliyi 1776 m
Mənsəbi Cənubi Çin dənizi
 • Yüksəkliyi 0 m
Uzunluğu 1183 km
Su sərfi 900 m³/san
Su hövzəsi 158000 km²
Hövzəsinin sahəsi 158.000 km²
Xonqxa çayı (Çin)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Xonqxa çayı Çinin fiziki xəritəsində:

25°50′ şm. e. 101°19′ ş. u.HGYO

20°16′ şm. e. 106°33′ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adlanması

Çində Yuanszyan (çin. 元江) və ya Xunxe, pinyin dilində Hónghé, — vyet. Şonqxonq, əvvələr vyet. Xonqa adlandırılmış.

Xarakteriskası

Çayın uzunluğu 1183 km, sahəsi təxminən 158 min km²-dir. Su sərfi mənsəbində 30 min m³/saniyədir. Ən aşağı su sərfi — 700 m³/saniyədir. Orta su sərfi — 900 m³/saniyədir. Mənbənin dəniz səviyyəsindən hündürlüyü — 1776 metrdir. Dənizə Syuantxyui qoruq ərazisində tökülür. Dənizə töküldüyü ərazidə dəhnə formalı körfəz formalaşıb. Körfəz Balat (vyet. Cửa Ba Lạt) adlanır. Cənubi Çin dənizinə tökülənə qədər Txaybin və Namdin əyalətləri arasında inzibati sərhəddi formalaşdırmış.

Suyun qırmızımtıl-qəhvəyi rəngi çayın Qırmızı adlandırılmasına səbəb olmuşdur. Suyun tərkibində olan lil ona bu rəngi verir. Xonqxa çayında musson mövsümündə baş verən daşqınlar onun il boyu fərqli səviyyələrə malik olmasına səbəb olur. Xonqxa çayının deltası Vyetnamın mühüm kənd təsərrüfatı bölgəsidir.

Axımı

Çay öz başlanğıcını Çinin Yunnan əyalətindən, Dalı şəhərinin cənubunda yerləşən dağlardan götürür. Cənub-şərqə doğru axaraq Çin və Vyetnam arasında 80 km-lik sərhədi formalaşdırır. Xonqxa daha sonra Laokay əyalətində və eyni adlı şəhərdən keçərək düzənlik əraziyə çıxır. Vetçi şəhəri yaxınlığında çaya Lo və Da (Qara) çayları birləşir. Bakbo körfəzinə tökülənə qədər çay Hanoy və Hayfon şəhərlərindən keçir.

Əsas qolları

Xonqxa çayının əsas üç qolu var. Soldan ona Nansixe, sağdan isə Lo və Da çayları birləşir.

Təsərrüfat əhəmiyyəti

Xonqxa çayı üzərində yerləşən Nanşa su anbarı

Əsasən düyü tarlalarının suvarılmasında istifadə olunur. XIX əsrdə Xonqxa çayı Çinin mühüm ticarət marşrutu hesab edilirdi. Vyetnam ərazisində, Hanoy şəhərəinə kimi çayda gəmiçilik inkişaf edib. Ümumi uzunluğu 175 km olan bu hissəyə dəniz gəmiləri belə daxil ola bilir. Çin ərazisində Xonqxada çay gəmiçiliyi əsasən yaxın məntəqələrə çayın dibindən qum daşınması ilə məhdudlaşır. Çay üzərində yerləşən böyük şəhərlər — Xekoy (Çin) və Yenbay, Laokay, Hanoy (Vyetnam). Xonqxa çayının deltasının qollarının birində Hayfon dəniz limanı yerləşir.

Çin ərazisində çay üzərində bir-neçə SES inşa edilmiş. Nanşa SES-i Yuanyan və Szyanşuy uezdinə yerləşir. (Xunxe-Xani-İiski muxtar əyaləti). Maduşan SES-i isə Qeszyu və Szinpin uezdlərində yerləşir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xonqxa çayı haqqında məlumat. Xonqxa çayı nədir? Xonqxa çayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    İrvin Kiyes

  • Fevral 26, 2026

    Baş pontifik

  • Mart 01, 2026

    Ataraksiya

  • Fevral 27, 2026

    Türkan

  • Fevral 27, 2026

    Qrafik planşet

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst