"Xavəre-nou" (fars. خاور نو — Yeni Şərq) — İran Azərbaycanında fars dilində, 1943–1945-ci illərdə nəşr edilmiş gündəlik qəzet.
| Xavəre-nou | |
|---|---|
![]() "Xavəre-nou" qəzetinin 1944-cü il 21 dekabr tarixli buraxılışının üz qabığı | |
| Sahibi | Azərbaycan Milli Hökuməti |
| Yaranma tarixi | 1943 |
| Siyasi mənsubiyyət | Kommunizm |
| Dil | fars dili |
| Baş ofis | |
| Ölkə |
|
"Xavəre-nou" 1943–1945-ci illərdə Mahmud Turabinin redaktorluğu ilə Təbriz şəhərində dərc edilmişdir. "Xavəre-nou" qəzeti İran Tudə Partiyasının regional orqanı kimi Əli Şəbistərinin partiyadan qovulmasından sonra yaradılmışdır. Əli Şəbistəri "Tudə" qəzetinin Cənubi Azərbaycandakı redaktoru olmuş və Azərbaycan millətçiliyini təşviq etdiyinə görə partiyadan qovulmuşdu.
"Xavəre-nou" Sovet İttifaqının dəstəyi ilə dərc edilmişdir və İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqının İranda geri çəkilməyə məcbur edildikdən sonra bağlanmışdır.
Həmçinin bax
- Azərbaycan Milli Höküməti
- İran Tudə Partiyası
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xavəre-nou sözünün mənası, xavəre-nou haqqında məlumat. xavəre-nou nədir? xavəre-nou nə deməkdir?
