Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüseyn Kürdoğlu (tam adı: Hüseyn Həsən oğlu Alışanov; 15 iyun 1934, Əhmədli, Laçın rayonu – 12 iyul 2003, Bakı) — şair, ədəbiyyatşünas, 1973-cü ildən Azərbaycan

Hüseyn Kürdoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Hüseyn Kürdoğlu

Hüseyn Kürdoğlu (tam adı: Hüseyn Həsən oğlu Alışanov; 15 iyun 1934, Əhmədli, Laçın rayonu – 12 iyul 2003, Bakı) — şair, ədəbiyyatşünas, 1973-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur.

Hüseyn Kürdoğlu
Hüseyn Həsən oğlu Alışanov
Doğum adı Hüseyn Həsən oğlu Alışanov
Doğum tarixi 15 iyun 1934
Doğum yeri Əhmədli kəndi, Laçın rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 12 iyul 2003 (69 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
  • Xırdalan
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti şair, ədəbiyyatşünas

Mündəricat

Həyatı

Hüseyn Kürdoğlu 1934-cü il iyunun 15-də Azərbaycanın Laçın rayonunun Əhmədli (Mollaməhmədi) kəndində anadan olmuşdur.. Orta təhsilini Əhmədli kənd yeddiillik, Ağdam şəhər 1 saylı orta, Laçın şəhər orta və Qubadlı rayonu Xanlıq kənd məktəblərində alıb ADU-nun filologiya fakültəsinə daxil olmuşdur (1953–1958). Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində ədəbi dram şöbəsinin redaktoru kimi başlamışdır. Sonra Azərbaycan EA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir (1960). "Müasir kürd şairi A. Qoranın poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1966). Şərqşünaslıq İnstitutunun "İran ədəbiyyatı" şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır (1968–1993). Ömrünün sonunadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda işləmişdir (1993-cü ildən). Ədəbi yaradıcılığa erkən başlamış, ilk şeirlərini hələ orta məktəbin beşinci sinfində ikən Laçın rayonunda çıxan "Sovet Kürdüstanı" qəzetində çap etdirmişdir. Onun "Gözəldir" rədifli ilk qoşması 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunandan sonra dövri mətbuatda müntəzəm çıxış etməyə başlamışdır. Bədii tərcümə ilə də məşğul olmuşdur.

2003-cü il iyulun 12-də Bakıda vəfat etmiş, Xırdalan qəbiristanlığında dəfn edilmişdir.

Əsərləri

  • 1. Səhər nəğmələri. Bakı: Azərnəşr, 1963, 37 səh.
  • 2. Yurdumu gəzə-gəzə. Bakı: Gənclik, 1968, 48 səh.
  • 3. Qaya çiçəkləri. Bakı: Gənclik, 1970, 66 səh.
  • 4. Doğma diyarım. Bakı: Gənclik, 1973, 78 səh.
  • 5. Çiçək təbəssümü. Bakı: Gənclik, 1975, 110 səh.
  • 6. Ata yurdum. Bakı: Yazıçı, 1978, 111 səh.
  • 7. Dördtelli durnam. Bakı: Gənclik, 1979, 91 səh.
  • 8. Toy karvanı. Bakı: Yazıçı, 1981, 95 səh.
  • 9. Durna səsi. Bakı: Yazıçı, 1985, 141 səh.
  • 10. Quzular dağa çıxdı. Bakı: Gənclik, 1985, 124 səh.
  • 11. Müasir kürd şairi Abdulla Qoranın poeziyası. Bakı: Elm, 1969, 160 səh.
  • 12. Bu dünya bir karvan yolu. Bakı: Yazıçı, 1989, 84 səh.
  • 13. Min bir bayatı. Bakı: Gənclik, 80 səh.
  • 14. Yaralı torpağım, yaralı sevgim. Bakı, 1997.
  • 15. İmana-dinə gəldim. Bakı, 1999.
  • 16. Ziyalımız — ziyamız. Bakı, 1999.
  • 17. Yurduma qurbandır sözüm. Bakı, 2005.
  • 18. Aytənin nəğmələri. Bakı, 2009.
  • Seçilmiş əsərləri. Bakı, 2011.

Tərcümələri

(kürdcədən)

  • 1. Rəhim Qazi. Peşmərçə (povest). Bakı: Azərnəşr, 1969, 106 səh.

Ədəbiyyat

  • Razim Məmmədov. "Aşıq Şəmşir Hüseyn Kürdoğlu haqqında". "Laçın yurdu". №3(14) ("Bəxtiyar-4" nəşriyyatı). 25.09.2014: səh.44–49. (#accessdate_missing_url)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hüseyn kürdoğlu sözünün mənası, hüseyn kürdoğlu haqqında məlumat. hüseyn kürdoğlu nədir? hüseyn kürdoğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Şahindej

  • Mart 06, 2026

    Cek (pavian)

  • Fevral 27, 2026

    MTN

  • Mart 01, 2026

    Böyrək kababı

  • Fevral 25, 2026

    II Elizabet

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst