Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Patrik Stefan Klüvert ([ˈpɛtrɪ ˈklœyvərt]  ( dinlə), 1 iyul 1976, Amsterdam) – hollandiyalı keçmiş futbolçu, məşqçi və idman direktoru. Xüsusilə Ayaks, Barselon

Patrik Klüvert

  • Ana Səhifə
  • Vikipediya
  • Patrik Klüvert

Patrik Stefan Klüvert ([ˈpɛtrɪ ˈklœyvərt]  ( dinlə), 1 iyul 1976, Amsterdam) – hollandiyalı keçmiş futbolçu, məşqçi və idman direktoru. Xüsusilə Ayaks, Barselona və Hollandiya millilərində hücumçu kimi çıxış edib. Hazırda Super Liqa komandalarından olan "Adana Dəmirspor"un keçmiş baş məşqçisi.

Patrik Klüvert
nid. Patrick Kluivert
Ümumi məlumatlar
Tam adı Patrik Stefan Klüvert
Ləqəbi Qara pantera
Doğum tarixi 1 iyul 1976(1976-07-01) (49 yaş)
Doğum yeri
  • Amsterdam, Şimali Hollandiya, Niderland
Vətəndaşlığı
  •  Niderland krallığı
Boyu 187 sm
Çəkisi 79 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub Türkiyə Adana Demirspor
Vəzifəsi Baş məşqçi
Karyerası
Klub karyerası
1994—1997 Niderland Ayaks 70 (39)
1997—1998 İtaliya Milan 27 (6)
1998—2004 İspaniya Barselona 182 (90)
2004—2005 İngiltərə Nyukasl Yunayted 25 (6)
2005—2006 İspaniya Valensiya 10 (1)
2006—2007 Niderland PSV Eyndhoven 16 (3)
2007—2008 Fransa Lill 13 (4)
Milli yığma
1994—2004 Niderland Niderland 79 (40)
Məşqçisi olduğu klublar
Niderland Tvente
Təltif və medalları
Avropa çempionatları
Bürünc Belçika/Niderland 2000
Bürünc Portuqaliya 2004

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Patrik Stefan Klüvert 1976-cı ildə Hollandiyanın Amsterdam şəhərində anadan olub. Hücumçudur. Futbolçu karyerasına 1994-cü ildə Ayaks klubunda başlayıb. 1997-ci ilə qədər bu klubun şərəfini qoruyub. Ayaks klubunun heyətində çıxdığı 70 oyunda 39 qola imza atıb. Ayaks klubu ilə 2 dəfə (1995,1996) Hollandiya çempionluğunu, 2 dəfə də (1994, 1995) Hollandiya Superkubokunu qazanıb. 1 dəfə (1995) isə çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. Həmin il Vyanada “Milan”la keçirilən final matçının 85-ci dəqiqəsində gözəl qola imza ataraq, Ayaks klubuna kuboku qazandıran oyunçu oldu. Onun gənc yaşda belə parlaq çıxışı nəhəng klubların skautlarının da gözündən yayınmadı. “Milan” rəhbərliyi 1997-ci ilin yayında onu heyətinə cəlb etdi. Lakin futbolçu İtaliyada qənaətbəxş futbol nümayiş etdirə bilmədi. Burada meydana çıxdığı 27 matçda cəmi 6 qola imza ata bildi. 1998-ci ildə digər bir nəhəng kluba-”Barselona”ya transfer edildi. “Barsa”nın heyətində 192 matçda 90 qola imza atmağa müvəffəq oldu. 2004-ci il mövsümünün gedişində Frank Raykardın “Barselona”ya gəlişindən sonra futbolçu özünə heyətdə yer tapa bilmədi. Nəticədə, “Barsa” ilə Klüvertin yolları ayrıldı. “Barsa”dan ayrılandan sonra tez-tez komanda dəyişsə də, məşqçilərlə yola getmədiyi üçün heç bir komandanın heyətində möhkəmlənə bilmədi. “Nyukasl”, “Valensiya”, “PSV” və “Lill” onun şərəfini qoruduğu digər klublardır. Hazırda Fransanın “Lill” klubunda çıxış edir. Bu mövsümdə “Lill”in heyətində cəmi 6 matçda oynayıb və 2 qola imza atıb. Hollandiya yığmasının heyətində son dəfə 2004-cü ildə meydana çıxsa da, Hollandiya yığması tarixində hələlik ən çox qol vuran futbolçudur (40 qol).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, patrik klüvert sözünün mənası, patrik klüvert haqqında məlumat. patrik klüvert nədir? patrik klüvert nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bakı trolleybusu

  • Fevral 27, 2026

    Aomori

  • Fevral 24, 2026

    Arxiyepiskop

  • Mart 01, 2026

    Nəqqaşlıq

  • Fevral 27, 2026

    Ağciyərlər (insan)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst