Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xankəndi talanları və ya Xankəndi poqromları — Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində 1988-ci ilin sentyabrın 18-də yerli azərbaycanlı əhalis

Xankəndi talanları

  • Ana Səhifə
  • Vikipediya
  • Xankəndi talanları

Xankəndi talanları və ya Xankəndi poqromları — Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində 1988-ci ilin sentyabrın 18-də yerli azərbaycanlı əhalisinə qarşı törədilmiş kütləvi talanlar və poqrom aktı. Hadisənin baş vermə səbəbi Dağlıq Qarabağa sahib olmaq üçün erməni millətçilərinin yerli azərbaycanlı əhalinin etnik təmizlənmə prosesinin bir hissəsi.

Xankəndi talanları
Əsas münaqişə: Dağlıq Qarabağ münaqişəsi
Erməni millətçilərinin Xankəndində şəhərdən azərbaycanlıları qovmaq tələbi ilə keçirdiyi mitinq
Erməni millətçilərinin Xankəndində şəhərdən azərbaycanlıları qovmaq tələbi ilə keçirdiyi mitinq
Ümumi məlumatlar
Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarları
Yeri Xankəndi və Kərkicahan
Hücumun hədəfi Xankəndi və Kərkicahan azərbaycanlıları
Tarix
  • 18 sentyabr, 1988
Hücum metodu Talanlar, Terror
Ölü sayı 2 nəfər

1988-ci il 18 sentyabrında ermənilərin Xankəndi şəhərində törətdikləri vəhşiliklər Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarların təşkilatçılığı və iştirakı ilə törədilmişdir.

Mündəricat

Tarixi

Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 1988-ci il fevralın 13-də Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, fevralın 20-də Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdılar. Bu, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların kəskin narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndiyə Daxili Qoşunların batalyonunu göndərdi. Elə həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı.

Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər. Fevralın 20-də Xankəndi mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndiyə yürüş etdilər. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsildi. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetrildi, çoxlu sayda insan isə yaralandı.

1988-ci il 14 mayda Şuşada azərbaycanlılar 5 min nəfərin iştirak etdiyi mitinq keçirir. Mitinqdə erməni silahlılarının hücumlarına son qoyulması tələb edilir. 1988-ci il 16 mayda ermənilər Xankəndidə bir qrup azərbaycanlını döyərək maşına yığır və Şuşaya göndərirlər. 1988-ci il 16 mayda Bakıda Dağlıq Qarabağ ermənilərinin separatçı hərəkətlərinə, Ermənistandan gələn emisarların oradakı fəaliyyətinə son qoyulması tələbləri ilə mitinq keçirilir.

1988-ci il 15 iyunda Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir. 1988-ci il 24 iyunda Arkadi Volski Moskvanın xüsusi nümayəndəsi kimi Dağlıq Qarabağa göndərilir. Ermənilər havadarlarına arxayın olaraq cinayət əməllərininin miqyasını günü-gündən artırmağa başladılar.

Talanlar

1988-ci ilin 18 sentyabrı isə tarixə növbəti erməni vəhşiliklərinin günü kimi yazıldı. Həmin gün silahlı ermənilər Xankəndi şəhərində yaşayan azərbaycanlıların evlərinə hücum etdilər. Evlərə basqın əvvəlcədən planlaşdırıldığından azərbaycanlıların ev telefonları da kəsilmişdi. Xankəndi şəhər daxili işlər şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi mayor Şahbazyanın başçılığı ilə ayrı-ayrı silahlı qruplar azərbaycanlıların yaşadıqları evləri nəzarətə götürmüşdülər. Bu cinayətkar qrupların ilk tapşırığı azərbaycanlıların evlərinin yandırılması idi. 18 sentyabr tarixində, ümumilikdə, Xankəndi şəhərində 63 ev yandırıldı. İki gün ərzində şəhərdə 270-dən artıq ev qarət olundu.

Azərbaycanlıların daha çox yaşadığı Sabir küçəsində və Lesnoy küçəsində Kərpiçxana adlanan məhlədə isə ermənilər ciddi müqavimətə rast gəldilər. Əli yalın, silahsız azərbaycanlılar bu dəfə öz evlərini qorumağı bacardılar.

Ermənilərin digər bir böyük silahlı qrupu isə Kərkicahana hücum etdilər. Mərdliklə müdafiə olunan kərkicahanlılar bu hücumu dəf edə bildilər. Həmçinin, həmin gün ermənilərin Xocalıya hücumu da dəf olundu.

Nəticəsi

Bu hadisədən sonra SSRİ rəhbərliyi vəziyyətin məcrasından çıxdığını gördülər. Onlar hadisələr haqqında Moskvada qərar qəbul etdilər. 19 – 21 sentyabr tarixlərində isə hərbçilərin müşayiəti ilə azərbaycanlılar Xankəndidən Şuşaya köçürüldü. Bu proseslə də azərbaycanlıların Xankəndi şəhərindən etnik təmizlənməsi prosesinə başlanıldı. Sentyabrın 21-dən isə Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində Xankəndində komendant saatı tətbiq edildi. Gərginlik azalsa da, bu müvəqqəti hal idi. Sonrakı hadisələr də sübut etdi ki, həmin günlər Xankəndidə yaranmış nisbi sakitlik şəraitində ermənilər yeni işğalçılıq planları qurublar.

Həmçinin bax

  • Kərkicahanın işğalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xankəndi talanları haqqında məlumat. Xankəndi talanları nədir? Xankəndi talanları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Muzdlu döyüşçü

  • Fevral 27, 2026

    Har Ray

  • Fevral 27, 2026

    Disturbed

  • Fevral 15, 2026

    Dünya dilləri

  • Fevral 27, 2026

    Məcburi yerdəyişmə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst