Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qənirə Ələsgər qızı Paşayeva (24 mart 1975, Düz Qırıqlı, Azərbaycan SSR, SSRİ – 28 sentyabr 2023, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, jurnalist, Azərbayca

Qənirə Paşayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Qənirə Paşayeva

Qənirə Ələsgər qızı Paşayeva (24 mart 1975, Düz Qırıqlı, Azərbaycan SSR, SSRİ – 28 sentyabr 2023, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı (2005–2023).

Qənirə Paşayeva
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
2 dekabr 2005 – 28 sentyabr 2023
Seçki dairəsiIII, IV, V və VI çağırış — 105 saylı Tovuz
Avropa Şurası Parlament Assambleyasının üzvü
2006 – 2020
Şəxsi məlumatlar
Doğum tarixi 24 mart 1975(1975-03-24)
Doğum yeri
  • Düz Qırıqlı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 28 sentyabr 2023(2023-09-28) (48 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • bitərəf
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • Azərbaycan Tibb Universiteti
Fəaliyyəti jurnalist, siyasətçi, həkim

Təltifləri "Şərəf" ordeni "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı — 2019
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi. 24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilmişdir. 28 sentyabr 2023-cü ildə müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində vəfat etmişdir.

Ölümü

Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdür. 28 sentyabr 2023-cü ildə Qənirə Paşayeva 48 yaşında ölmüşdür. 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.

Ailəsi

Subay idi. Firuzə adlı mənəvi qızı var idi.

Jurnalist fəaliyyəti

1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır.

2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.

Siyasi fəaliyyəti

Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Mədəniyyət komitəsinin sədri olmuşdur.

Somali səfəri

Qənirə Paşayeva 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım etmişdir.

Mükafatları

  • Gürcüstanın fəxri vətəndaşı.
  • "Şərəf" ordeni (Gürcüstan)
  • "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
  • "Aşıq Ələsgər – 200" yubiley medalı (29 dekabr 2021).
  • "Tatarıstan 1920–2020" yubiley medalı

Kitabları

  • Tarixə adını yazan qadınlar
  • Nobel mükafatlı qadınlar. Bakı: "Elm və təhsil", 2009. 456 səh. 1000 nüsxə
  • Tarixə adını yazan qadınlar, 3 cilddə. Bakı: Ozan, 2011.
  • Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən 2016-03-05 at the Wayback Machine. H. Məmmədova ilə birgə. Bakı: "Elm və təhsil", 2011.
  • Səndən sonra. Təbriz: 2020
  • Türk ruhunun söz bayrağı Əhməd Cavad
  • Ağ filin uğur gətirdiyi ölkə — Tailand
  • Sirlər dünyasına səyahət — Misir

Filmoqrafiya

  1. Apreldən əvvəl may... Azərbaycan Xalq Cümhuriyyəti (film, 2001)
  2. Erməni soyqırımı. Türkün sözü (film, 2001)
  3. Mənə inanın! (film, 2007)
  4. Ruhum qarabağlıdır (film, 2012)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qənirə Paşayeva haqqında məlumat. Qənirə Paşayeva nədir? Qənirə Paşayeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Stavropol

  • Fevral 25, 2026

    Qəməri təqvimi

  • Fevral 27, 2026

    Film sənayesi

  • Fevral 27, 2026

    Sellüloza

  • Fevral 27, 2026

    Kompton (Kaliforniya)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst