Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xanhüseyn Hüseynağa oğlu Kazımlı (1 oktyabr 1942, Ağaməmmədli, İmişli rayonu – 24 iyul 2025) — keçmiş millət vəkili, Azərbaycan Sosial Rifah Partiyasının keçmiş

Xanhüseyn Kazımlı

  • Ana Səhifə
  • Vikipediya
  • Xanhüseyn Kazımlı

Xanhüseyn Hüseynağa oğlu Kazımlı (1 oktyabr 1942, Ağaməmmədli, İmişli rayonu – 24 iyul 2025) — keçmiş millət vəkili, Azərbaycan Sosial Rifah Partiyasının keçmiş sədri.

Xanhüseyn Kazımlı
Şəxsi məlumatlar
Doğum tarixi 1 oktyabr 1942(1942-10-01)
Doğum yeri
  • Ağaməmmədli, İmişli rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 24 iyul 2025(2025-07-24) (82 yaşında)
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Partiya
  • Azərbaycan Sosial Rifah Partiyası (1994–2023)
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti
Fəaliyyəti siyasətçi
Uşağı
  • Fəxri Kazımov
Elmi fəaliyyəti
Elmi adı
  • professor

Təltifləri "Şöhrət" ordeni
Azərbaycan Respublikasının əməkdar müəllimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 55-dən çox monoqrafiya və dərsliyin, 7 tədqiqat əsərinin, 350-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.

1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri, prorektor vəzifələrində çalışmışdır. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət və qiymətləndirmə kafedrasının müdiridir.

Uzun müddət parkinson xəstəliyindən əziyyət çəkən Xanhüseyn Kazımlı 24 iyul 2025-ci ildə vəfat edib. O, Yasamal qəbiristanlığında dəfn edilib.

Siyasi fəaliyyəti

1994–1998-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi, 1998–1999-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri işləmişdir. 1998-ci ildə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd olmuşdur. , Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində itki və tələfatın qiymətləndirilməsi üzrə işçi qrupunun rəhbəridir. Azərbaycan Sosial Rifah Partiyasının ilk sədr olmuşdur.

Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür. Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Cənubi Afrika Respublikası, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Avrasiya Qiymətləndiriciləs Birlikləri Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədridir. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür. Azərbaycan Respublikası Veteranlar Şurası İdarə Heyətinin üzvüdür.

Ailəsi

Evlidir, 5 övladı var.

  • Azərbaycan İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımovun atasıdır.
  • Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımovanın atasıdır.

Mükafatları

  • Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli, 716 saylı Fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilmişdir.
  • "Qızıl qələm" və Hacı Zeynalabdin Tağıyev mükafatları laureatıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xanhüseyn kazımlı sözünün mənası, xanhüseyn kazımlı haqqında məlumat. xanhüseyn kazımlı nədir? xanhüseyn kazımlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hiri-motu dili

  • Fevral 24, 2026

    Kipriya

  • Fevral 27, 2026

    Şıxmahmud

  • Mart 06, 2026

    Yasin Qarayev

  • Mart 01, 2026

    Pizza

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst