Quqark rayonu, Kirovakan rayonu, Böyük Qarakilsə rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Rayon mərkəzi əvvəlcə Yaqublu (Meğrut) qəsəbəsi, sonralar isə Quqark şəhəri olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 149 km-dir.
| Rayon | |
| Quqark rayonu | |
|---|---|
| İnzibati mərkəz | Kirovakan, Yaqublu (Pəmbək) |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 09.09.1930 |
| Ləğv edilib | 11 aprel 1995 |
| Əhalisi | |
| Əhalisi | 20 368 (1989) nəfər |
![]() | |
Tarixi
1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-ə qədər Böyük Qarakilsə rayonu (1930–1935), həmin tarixdən 1962-ci ilə, yəni ləğv olunana qədər Kirovakan rayonu (1935–1962) adlandırılmışdır. 1964-cü ildə yenidən bərpa edilmiş və 1995-ə yəni yenidən ləğv edilənə qədər Quqark rayonu adlandırılıb. Ərazisi 766 kv.km-dir.
Böyük Qarakilsə rayonunun ərazisi Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının Qazax qəzasına daxil olub. Rayon ərazisini Pəmbək yarıb keçir. Qərbi Azərbaycanın Pəmbək mahalının bir hissəsi bu rayonun ərazisinə düşür.
1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri:Hallavar, Yuxarı Kilsə, Mollaqışllaq, Xancığaz, Heydarlı, Aşağı kilsə, Vartana, Yaqublu, Arçut, Böyük Qarakilsə.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Böyük Qarakilsə rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:
| Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
|---|---|---|
| Böyük Qarakilsə | Kirovakan | 03.01.1935 |
| Böyük Qarakilsə rayonu | Kirovakan rayonu | 03.01.1935 |
| Xaçkənd | Debed | 03.01.1935 |
| Bozigah | Həmzəçimən | … |
| Dərəkənd | Dozarakyuğ | … |
| Qamışqut | Yeğəknut | 03.01.1935 |
| Hacıkənd | Debed | 03.01.1935 |
| Xancığaz | Gözəldərə | 01.06.1940 |
| Hacıqara | Makaraşen | 01.03.1946 |
| Sarımsaxlı | Karaberd | 04.04.1946 |
| Yaqublu | Meğrut | 01.04.1946 |
| Şahəli | Vahaqni | 10.04.1947 |
| Kolagirən | Antaramut | 10.09.1948 |
| Buzovdal | Bazum | 25.01.1978 |
| Kolagirən qəsəbəsi | Dzorakert | 25.01.1978 |
Həmçinin bax
- Qərbi Azərbaycan
- Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası
- Erməni əhalisinin tarixi miqrasiyası
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Quqark rayonu haqqında məlumat. Quqark rayonu nədir? Quqark rayonu nə deməkdir?
