Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xanbikə xanım (1856, Şuşa – 1921, Ağdam, Şuşa qəzası) — azərbaycanlı şairə, Xurşidbanu Natəvanın qızı.

Xanbikə xanım

  • Ana Səhifə
  • Vikipediya
  • Xanbikə xanım

Xanbikə xanım (1856, Şuşa – 1921, Ağdam, Şuşa qəzası) — azərbaycanlı şairə, Xurşidbanu Natəvanın qızı.

Xanbikə xanım
Doğum tarixi 1856(1856)
Doğum yeri
  • Şuşa, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1921(1921) (64–65 yaşında)
Vəfat yeri
  • Ağdam, Şuşa qəzası, Azərbaycan SSR
Dəfn yeri
  • İmarət qəbiristanlığı
Həyat yoldaşı
  • Əmanulla xan Naxçıvanski
Uşaqları
  • Bəhram xan Naxçıvanski,
  • Əkbər xan Naxçıvanski[d],
  • Kamran xan Naxçıvanski[d]
Atası Xasay xan Usmiyev
Anası Xurşidbanu Natəvan
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycan dili, fars dili

Mündəricat

Həyatı və yaradıcılığı

Xanbikə xanım 1856-cı ildə Şuşada doğulmuşdur. Xurşidbanu Natəvan irsinin görkəmli tədqiqatçısı Bəylər Məmmədov onun əsl adının Fatmabikə xanım olduğunu, hələ kiçik yaşlarından şair-həkim Mirzə Sadıq Sadiqin və şair Mirzə Rəhim Fənanın təsiri ilə şeir yazmağa başladığını, anası Xurşidbanu Natəvanın yolunu davam etdirərək qəzəllər və rübailər qələmə aldığını göstərmişdir.

Xanbikə xanım 1872-ci ildə Xok və Qıvraq kəndinin atamanı Əmanulla xanla ailə qurmuş, ondan bir neçə övladı olmuşdur. Oğlu Əkbər xan Naxçıvanski 1960-cı illərə qədər yaşamışdır. Dümanın Xurşidbanuya bağışladığı fiqurları, fil sümüyündən olan şahmatı da muzeyə o bağışlamışdır.

Polkovnik Əmanulla xan (1845–1891) vəfat etdikdən sonra Xanbikə xanım 1891-ci ildən sonra Gəncədə yaşayan naxçıvanlı tacir, yazıçı Mirzə Cəlilin yaxın dostu Kərbəlayi Cabbar Hacı Ələsgərov ilə ailə qurur.

Ərinin qulluğu ilə əlaqədar olaraq Xanbikə xanım Naxçıvanda, Tiflisdə, Vladiqafqazda yaşasa da, tez-tez anası ilə məktublaşır, bəzən ailəsi ilə bərabər Qarabağa gəlirdi. Xanbikə xanım 1921-ci ildə Ağdamda vəfat etmiş, İmarətdəki silsiləvi qəbiristanlıqda dəfn olunmuşdur.

Xanbikə xanım Azərbaycan və fars dillərində yazdığı şeirlər bir sıra nəzirələrdən, anası Xurşidbanunun və qızı Ənbərbikənin ayrılığına həsr edilmiş mənzum məktublardan ibarətdir. Bu mənzumələrdə Natəvanın təsiri açıq-aydın şəkildə hiss edilir. Bəylər Məmmədov şairənin təkcə bir şeirinin mətbuat üzü gördüyünü, yerdə qalanları isə arxiv, muzey və əlyazmaları fondunun nadir eksponatlarından olduğunu bildirmişdir.

Bəylər Məmmədov Xanbikə xanımın anası kimi nəfis əl işləri, müxtəlif janrda tikmələr hazırlamaq bacarığı olduğunu yazmışdır.

Onun bir-neçə qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" kitabında çap olunmuşdur. Bu kitabda göstərilir ki, Xanbikə xanım "məclisi-üns"ün iştirakçılardan biri idi.

Ailəsi

  • İbrahimxəlil xan Cavanşir nəticəsidir.
  • Mehdiqulu xan Cavanşirin nəvəsidir.
  • Xurşidbanu Natəvannın qızıdır.
  • Mehdiqulu xan Vəfanın bacısıdır.
  • Əmanulla xan Naxçıvanskinin həyat yoldaşıdır.
  • Bəhram xan Naxçıvanskinin anasıdır.
  • Əkbər xan Naxçıvanskinin anasıdır.
    • Nəvələri: Xanımcan xanım, Nuşerim xanım, Məhmə xanım, Zibəndə xanım, Seymur xan, İzzət xan, Sürəyya xanım, Həbib xan, Əxtər xanım, Reyhanat xanım, Tərlan xanım, Aman xan, İsgəndər xan
      • Nəticələri:
  • Xaqan xan Naxçıvanski, Kamran xan Naxçıvanski, Ənvər xanım Naxçıvanskaya, Sənubər xanım Naxçıvanskaya,Sima xanım Naxçıvanskaya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xanbikə xanım haqqında məlumat. Xanbikə xanım nədir? Xanbikə xanım nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nelli Blay

  • Fevral 11, 2026

    Sloveniya

  • Fevral 26, 2026

    Ölü dil

  • Fevral 27, 2026

    Hartford

  • Fevral 27, 2026

    Mak-Ardl xəstəliyi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst