Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xabier Alonso Olano (25 noyabr 1981[…]) — ispan futbol məşqçisi və keçmiş futbolçu. Xabi Alonso karyerasına doğulduğu Xipuskoa vilayətinin paytaxtı San-Sebastya

Xabi Alonso

  • Ana Səhifə
  • Vikipediya
  • Xabi Alonso

Xabier Alonso Olano (25 noyabr 1981[…]) — ispan futbol məşqçisi və keçmiş futbolçu. Xabi Alonso karyerasına doğulduğu Xipuskoa vilayətinin paytaxtı San-Sebastyanın futbol klubu olan Real Sosyedadın əsas komandasında başladı. SD Eibarda icarə əsasında qısa müddət oynadıqdan sonra o, keçmiş klubu Real Sosyedadın baş məşqçisi Con Toşakın təşəbbüsü ilə bu kluba kapitan olaraq geri döndü. Xabi Alonso 2002–2003 mövsümündə Real Sosyedadın La Liqanı ikinci yerdə başa vurmasında əvəzedilməz rolu oldu. O avqust 2004-cü ildə 10,5 milyon funt sterlinqlik müqavilə əsasında Liverpula transfer edildi. O, Liverpuldakı ilk mövsümündə UEFA Çempionlar Liqasının finalında həlledici qol vurdu və UEFA Çempionlar Liqasını qazandı. Sonrakı mövsüm o, FA Kuboku və FA Community Shield kubokunu qazandı. O, 2009–2010 mövsümünün başlanğıcında 30 milyon funt sterlinq-ə yaxın dəyəri olan müqavilə əsasında Real Madridə transfer edilib. O,2003-cü ilin aprelində keçirilmiş İspaniyanın Ekvadora 4–0 qalib gəldiyi oyunda milli yığmada ilk oyununu keçirdi. İspaniya milli futbol komandasında oynadığı müddət ərzində o, Avro 2008, Avro 2012 və 2010 Dünya Kubokunu qazanmaqla yanaşı Avro 2004 və 2006 Dünya Kubokunda ölkəsini təmsil etmişdir. 23 iyun 2012-ci ildə Xabi Alonso Avro 2012-nin dörddəbir final mərhəsində Fransaya qarşı İspaniya milli futbol komandasının şərəfini 100-cü dəfə qorudu. Onun həm yubileyi, həm də İspaniyanın yarımfinal mərhələsinə yüksəlməyinə səbəb olmuş Fransaya vurduğu qol böyük təntənə ilə qeyd edildi.

Xabi Alonso
isp. Xabi Alonso
Ümumi məlumatlar
Doğum tarixi 25 noyabr 1981(1981-11-25)[…] (44 yaş)
Vətəndaşlığı
  •  İspaniya
Boyu 183 sm
Çəkisi 76 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
İspaniya Antiquoko
Klub karyerası
1999–2004 İspaniya Real Sosyedad 119 (9)
2000–2001 → İspaniya Eybar 14 (0)
2004–2009 İngiltərə Liverpul 143 (15)
2009—h.h. İspaniya Real Madrid 158 (4)
Milli yığma
2000 İspaniya İspaniya (18 yaşlılar) 1 (0)
2002–2003 İspaniya İspaniya (21 yaşlılar) 9 (0)
2003—h.h. İspaniya İspaniya 109 (15)
Məşqçi karyerası
2019–2022 Real Sociedad B
2022–2025 Bayer 04
2025–2026 Real Madrid
Təltif və medalları
Dünya çempionatları
Qızıl CAR 2010
Konfederasiyalar kubokları
Bürünc CAR 2009
Avropa çempionatları
Qızıl Avstriya/İsveçrə 2008
Qızıl Polşa/Ukrayna 2012

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 12 may 2014 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 11 may 2014 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Xabi Alonso 25 noyabr 1981-ci ildə məşhur futbolçu ailəsində anadan olmuşdur. Onun atası Periko Alonso Real Sosyedad komandasında oynayarkən komandası iki mövsüm ard-arda La Liqa çempionu oldu və karyerasındakı üçüncü çempionluğunu Barselonaya transfer olunduqdan sonra əldə etdi. O, həmçinin karyerası boyunca 21 dəfə İspaniyanın şərəfini qorumuşdur. Xabi Alonso kiçik bask şəhərciyi Tolosada anadan olmuşdur. Həyatının ilk altı ilini Barselonada keçirən Xabi Alonso sonradan ailəsi ilə birlikdə San-Sebastyana köçdü. Bu şəhərdə onda futbola qarşı ehtiras əmələ gəldi. Belə ki, o, uşaqlığını "Playa de la Konça" (Balıqqulağı çimərliyi) adlanan çimərlikdə futbol oynayaraq keçirirdi. O, bu illərdə tanış olduğu Mikel Arteta ilə arasında başlayan dostcasına rəqabətin oyun texnikasına faydalı olduğunu söyləmişdir. Atası futbola sıx bağlanan Xabini və böyük qardaşı Mikeli tez-tez birlikdə məşq etmək üçün Sabadelin məşq meydançasına aparırdı. Xabi Alonso atasının oyun üslubunun təsiri altında qol atmaqdansa yaxşı top ötürməyi daha çox sevirdi. Kiçik yaşda o, yarımmüdafiəçi olaraq oynamağa qərar verdi. Bu qərar ona topla rəftarının yaxşılaşmasında böyük rolu oldu. Sonralar Xabinin bu bacarığı onun klub və milli yığma karyerasının ayrılmaz hissəsinə çevrildi.
O, 15 yaşında olarkən ingilis dilini öyrənmək üçün məktəb mübadilə proqramı çərçivəsində İrlandiyanın Kells qəsəbəsinə getdi.
Xabi Alonso və Mikel Arteta olduqca iddialı idilər və onların Real Sosyedadda birlikdə oynamaq ən böyük arzuları idi.

Karyerası

Məşqçi karyerası

25 may 2025-ci ildə "Real Madrid" Xabi Alonsonun komandaya baş məşqçi təyin olunduğunu rəsmən elan edib.

2026 İspaniya Superkuboku finalında "Real Madrid"in "Barselona"ya 3–2 hesabı ilə məğlub olmasından bir gün sonra, 12 yanvar 2026-cı ildə klub qarşılıqlı razılaşma əsasında Alonso ilə yollarını ayırıb.

Statistika

Klub karyerası

Klub Mövsüm Liqa Kubok1 Liqa Kuboku Avropa Başqa2 Cəmi
OyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Real Sosyedad 1999–2000 0010–00–10
Total 0010–00–10
Eibar 2000–01 14000–00–140
Total 14000–00–140
Real Sosyedad 2000–01 18000–00–180
2001–02 29300–00–293
2002–03 33310–00–343
2003–04 34300–81–424
Total 114910–81–12310
Liverpul 2004–05 242000081–323
2005–06 353520010030535
2006–07 324102015010514
2007–08 192301040–272
2008–09 3343010101–475
Ümumi 14315122404724021019
Real Madrid 2009–10 34300–70–413
2010–11 34071–110–521
2011–12 36140–10021522
2012–13 28070–10020470
2013–14 0000–000000
Ümumi 1324181–380411926
Ümumi karyera 40328323409338154035
1 O cümlədən FA Kuboku və Kral Kuboku
2 O cümlədən UEFA Superkuboku, FIFA Club World Cup, FA Community Shield and Supercopa de España

Milli komanda karyerası

Xabi Alonso Avro 2008 çərçivəsində Zaltsburqda keçirilmiş Yunanıstan – İspaniya matçının başlanğıc heyətində
Milli komandaMövsümOyunQol
İspaniya
2002–0310
2003–04100
2004–0560
2005–06121
2006–0780
2007–08102
2008–09144
2009–10154
2010–11101
2011–12163
2012–1350
Ümumi karyera 10715

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xabi Alonso haqqında məlumat. Xabi Alonso nədir? Xabi Alonso nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Məhəmmədtağı Behcət

  • Fevral 27, 2026

    Mənfi ədədlər

  • Fevral 27, 2026

    VideoKids

  • Fevral 27, 2026

    Yaqub Mahmudov

  • Mart 01, 2026

    Nares boğazı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst