| Bu məqalə Xaçmaz şəhəri haqqındadır. Xaçmaz rayonu üçün Xaçmaz rayonu səhifəsinə baxın. |
Xaçmaz — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Xaçmaz şəhər inzibati ərazi dairəsində şəhər, Xaçmaz rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.
| Şəhər | |
| Xaçmaz | |
|---|---|
| |
| 41°28′05″ şm. e. 48°48′10″ ş. u.HGYO | |
| Ölkə | |
| Başçı | Elnur Rzayev |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 1938 |
| Mərkəzin hündürlüyü | 42 ± 1 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ2700 |
![]() Xaçmaz | |
Tarixi
Xaçmaz şəhərinin tarixi tam öyrənilməsə də məlumdur ki, artıq XVII əsr mənbələrdə Xaçmaz adı çəkilir. Şəhərin Qudyalçayın sahilində yerləşməsi də, yəqin ki, təsadüfi deyil, çünki bu çayın mənsəbində o zamanlar tanınmış liman olan Niyazabad yerləşirdi. Şəhərin karvan ticarət yolları üzərində yerləşməsi onun sürətli inkişafına səbəb olmuşdur. XX əsrin əvvəlində inşası başa çatan Bakı-Mahaçqala (Petrovsk) dəmir yolu üzərində Xaçmaz stansiyasının tikintisi şəhəri vacib nəqliyyat məntəqəsinə çevirdi. 1930-cu ildə şəhər rayon mərkəzinə çevrildi. 1945–1954-cü illərdə tikilən Xaçmaz konserv kombinatı isə uzun müddət Avropa qitəsində istehsalat gücünə görə ən iri müəssisələrdən biri olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010–2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına uyğun olaraq Xaçmaz 2013-cü ildə Azərbaycan Respublikasının əfsanələr paytaxtı elan olunub. 2014-cü ildə Xaçmaz şəhəri, Bakı prospektində Bayraq Meydanı yaradılmışdır. Orada 85 metr hündürlüyündə Bayraq dirəyi qaldırılmışdır. Bayrağın uzunluğu 30 metr, eni isə 15 metrdir. Həmin ərazidə Bayraq Muzeyi fəaliyyət göstərir.
Əhalisi
| Etnik qrup | Sayı, 1970 sa. | Nisbəti, 1970 sa. |
|---|---|---|
| Cəmi | 22.313 | 100 % |
| Azərbaycanlılar | 13.170 | 59 % |
| Ruslar və Ukraynalılar | 5.301 | 23,8 % |
| Ləzgilər | 1.726 | 7,7 % |
| Yəhudilər | 892 | 4 % |
| Ermənilər | 507 | 2,3 % |
| Tatarlar | 244 | 1,1 % |
| Gürcülər | 21 | 0,1 % |
| Avarlar | 5 | 0,1 % |
| Tatlar | 3 | 0,1 % |
| Digərləri | ||
| |||||||||||||||||||||||||||||||||||||
Tanınmış şəxsləri
Qardaş şəhərlər
Qalereya
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xaçmaz (şəhər) haqqında məlumat. Xaçmaz (şəhər) nədir? Xaçmaz (şəhər) nə deməkdir?

