Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xaç — bir-birlərini düz bucaqlarda kəsən iki xətt və ya çubuqdan ibarət olan şəkildir. Şəkillərdən biri və ya hər ikisi də ortasından ikiyə bölünür. Plus (+) və

Xaç

  • Ana Səhifə
  • Vikipediya
  • Xaç

Xaç — bir-birlərini düz bucaqlarda kəsən iki xətt və ya çubuqdan ibarət olan şəkildir. Şəkillərdən biri və ya hər ikisi də ortasından ikiyə bölünür. Plus (+) və ya vurma (x) şəklində ola bilər.

Yunan xaçı.

Əsrlər boyu xaç müxtəlif dinlərdə və mədəniyyətlərdə çox fərqli şeyləri simvolizə etmək üçün istifadə edilmişdir. Fərqli mənaları olan xaçlar forma etibarilə tamamilə eyni deyildirlər.

Mündəricat

Qırmızı Xaç

Qırmızı Xaç hərəkatının simvolu

Ağ fonda qırmızı xaçdır. Müqəddəs Georgi (ing. Saint Georgius) xaçı kimi də tanınır. Gürcüstan dövlətinin bayrağındakı simvoldur. Gürcüstan adını (Georgia) Müqəddəs Georgidən götürmüşdür. Bu simvol həm də Qırmızı Xaçın simvoludur. Qırmızı Xaç tərəfindən emblem kimi istifadə olunur. Qırmızı Xaç Qızıl Aypara ilə bərabər müharibə və fəlakət qurbanlarına humanitar yardım çatdıran beynəlxalq hərəkatdır. 1864-cü ildə Anri Dünan tərəfindən İsveçrədə təsis edilmişdir. Bu emblem eyni zamanda səhiyyə avadanlıqları və alətlərinin də üstündə istifadə olunur. Xaç işarəsi xristianlıqla eyniləşdirilsə də, Qırmızı Xaç bu gün heç bir dini mənsubiyyətə malik deyildir və din, dil və irq ayrı-seçkiliyi etmədən insanlara köməklik göstərməyə çalışır. Bəzi insanlar Qırmızı Xaç bayrağının İsveçrə bayrağının əks rəngi olduğunu iddia edirlər.

Svastika

Hindu Swastikası

Svastika və ya Qamalı xaç yazıdan əvvəlki tarixi dövrlərdən qalma simvoldur. Qamalı xaç adı yunan əlifbasının qamma (Γ) hərfinə istinadla verilmişdir. Svastika sözü isə sanskrit dilində su (yaxşı) və asti (olmaq) sözlərinin birləşməsindən yaranmışdır. “Yaxşı, xoşbəxt və sağlam olmaq” deməkdir.

Svastika hinduizm, buddizm və caynizmə görə müqəddəsdir. Daha sonra isə Nasist Almaniyası tərəfindən emblem kimi istifadə edilməyə başlanmışdır.

Əsas xaç fiqurları

Şəkil Adı İzahat
Yunan xaçı Bərabər uzunluğa malik 2 xətdən ibarət olub IV əsrdən etibarən geniş bir formada istifadə olunan xaç növüdür.
Latın xaçı Uzun bir perpendikulyar xəttin içindən keçən yan xəttdən ibarət olan və Yunan xaçı ilə birlikdə ən çox yayılmış xaç formasıdır. İsanın çarmıxa çəkilməsini simvolizə edir.
Bizans xaçı Xaricə doğru genişlənən ucları olan dik Latın xaçı. Əsasən, Bizans imperiyasında son antik dövr və erkən orta əsrlər dövrləri arasında istifadə edilmişdir.
Patriarxal xaç (üç çubuqlu çarpaz) Üst tərəfdə iki çarpaz çubuğu olan ikiqat xaç. Üst hissədəki daha qısadır və İsanın çarmıxa çəkildiyi lövhəni simvolizə edir.
Lotaringiya xaçı (iki çubuqlu xaç) Lotaringiya xaçı bir şaquli və iki üfüqi çubuqdan ibarətdir. İki çubuqlu çarpaz iki qısa üfüqi çubuğun kəsişdiyi şaquli xəttdən ibarətdir.
Papalıq xaçı Üst tərəfdə üç çubuğu olan xaç. Çubuqlar qeyri-bərabər uzunluqdadırlar və hər biri aşağıdakından daha qısadır.
Müqəddəs ürək İsanın Müqəddəs Ürəyinin alov, tikanlı tac və Latın xaçı ilə təsviri.
Salem xaçı Bu xaç, patriarxal xaçına oxşayır, lakin əsas çarpaz çubuğun altında üstdəki çarpaz çubuğun uzunluğuna bərabər olan əlavə bir çarpaz çubuq vardır.
Monoqrammatik xaç P hərfinin üstünə bir xətt əlavə edilərək xaç kimi görünməsi təmin edilmişdir.
Pilləli xaç Bir neçə pilləli (adətən üç) və bir əsas üstündə duran xaç.
Yerusəlim xaçı Hər bucağında daha kiçik xaç olan böyük bir xaç. Yerusəlim krallığının simvolu kimi istifadə edilmişdir.
Üzüklü xaç Yunan xaçının xaricinə bir üzük qoyulur.
Çəngəlli xaç XIII əsrin sonu və ya XIV əsrin əvvəllərində Alman Reynlandında populyarlıq qazanmış Y hərfi formasında olan xaç.
Dəmir xaç Prussiyada hərbi medal və nişan kimi yaranmış Alman hərbi xaçı. Daha sonra Almaniya imperiyasında, Veymar Respublikasında, Nasist Almaniyasında və müharibədən sonrakı Almaniyada müxtəlif hərbi və təhlükəsizlik qüvvələrinin nişanlarında istifadə edilmişdir.

Xaç motivli bayraqlar

Bəzi xristian ölkələr bayraqlarını xaçdan təsirlənərək yaratmışlar.

İsveç bayrağı Skandinaviya xaçına görə hazırlanmışdır.
  • Birləşmiş Krallıq bayrağı
    Birləşmiş Krallıq bayrağı
  • Burundi bayrağı
    Burundi bayrağı
  • Danimarka bayrağı
    Danimarka bayrağı
  • Dominikan bayrağı
    Dominikan bayrağı
  • Dominikan Respublikası bayrağı
    Dominikan Respublikası bayrağı
  • Finlandiya bayrağı
    Finlandiya bayrağı
  • Gürcüstan bayrağı
    Gürcüstan bayrağı
  • İsveç bayrağı
    İsveç bayrağı
  • İsveçrə bayrağı
    İsveçrə bayrağı
  • İslandiya bayrağı
    İslandiya bayrağı
  • Yamayka bayrağı
    Yamayka bayrağı
  • Malta bayrağı
    Malta bayrağı
  • Norveç bayrağı
    Norveç bayrağı
  • Portuqaliya bayrağı
    Portuqaliya bayrağı
  • Serbiya bayrağı
    Serbiya bayrağı
  • Slovakiya bayrağı
    Slovakiya bayrağı
  • Tonqa bayrağı
    Tonqa bayrağı
  • Yunanıstan bayrağı
    Yunanıstan bayrağı
  • Åland bayrağı
    Åland bayrağı
  • Farer adaları bayrağı
    Farer adaları bayrağı
  • Martinika bayrağı
    Martinika bayrağı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xaç sözünün mənası, xaç haqqında məlumat. xaç nədir? xaç nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Türkiyə

  • Fevral 27, 2026

    Abbasbəyli (Qazax)

  • Fevral 27, 2026

    Səyyar universitet

  • Fevral 27, 2026

    Britlər

  • Fevral 27, 2026

    Məngü Timur

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst