Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vsevolod Qarşin 1855-ci il fevralın 2-də dünyaya gəlib. Bu zaman Krım müharibəsi gedirdi və sonralar onun eşitdiyi nağıllar bu müharibənin iştirakçısı olmuş ata

Vsevolod Qarşin

  • Ana Səhifə
  • Vikipediya
  • Vsevolod Qarşin

Qarşin Vsevolod Mixayloviç (2 fevral 1855-1888) — rus yazıçısı.

Vsevolod Qarşin
rus. Всеволод Гаршин
Doğum adı Всеволод Михайлович Гаршин
Doğum tarixi 2 (14) fevral 1855(1855-02-14)[…]
Doğum yeri
  • Baxmut qəzası[d], Yekaterinoslav quberniyası, Rusiya imperiyası[…]
Vəfat tarixi 24 mart (5 aprel) 1888(1888-04-05)[…] (33 yaşında)
Vəfat yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat səbəbi yıxılma[d]
Dəfn yeri
  • Literatorski mostki[d]
Təhsili
  • Sankt-Peterburq Mədən Universiteti[d] (1874–1876)
Fəaliyyəti yazıçı, ədəbi tənqidçi, şair, incəsənət tənqidçisi[d]
Əsərlərinin dili rus dili
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Vsevolod Qarşin 1855-ci il fevralın 2-də dünyaya gəlib. Bu zaman Krım müharibəsi gedirdi və sonralar onun eşitdiyi nağıllar bu müharibənin iştirakçısı olmuş atasının zabit dostları ilə bölüşdükləri xatirələri idi. Müharibənin dəhşətli və eyni dərəcədə maraqlı olan epizodlarını gələcək yazıçı həyəcanla dinləyir, yenicə bitmiş müharibənin təlatümlü xatirələri onun qəlbini sarırdı. Uşaqlıqdan sərbəst, daha doğrusu, özbaşına böyüyən kiçik Qarşinin kitablarla tanışlığı 5-6 yaşlarından başlayır. Nəzarətsiz bu balaca oxucunun mütaliəsi uşaq kitabları yox, Hüqo, Jukovski, Qoqol, Puşkin, Çernışevski, evdə illərlə yığılıb qalmış abunə olduqları jurnallar idi. Yazıçı körpə çağlarındakı bu kimsəsiz, lakin mənalı, azad günləri xatırlayıb yazırdı: Lermontovun "Zəmanəmizin qəhrəmanı" əsərini oxuyurdum, bir şey anlamasam da, "Bela" hekayətini dərk edir, ağlayırdım. Dərk etdiyi isə ürək sıxan şeylər idi: anası böyük uşaqlarının müəllimi P.Zavadski ilə qaçmışdı. Bu əxlaq faciəsi ilə uşaq elə uşaqlıqdan bir tərəfdən odlu məhəbbət (ehtiras deyə bilərik), digər tərəfdən isə öldürücü bir ailə nifrətinin şahidi olmuşdu. Bunlar onun psixologiyasına dərin təsir göstərdi. Uşaqlıqdan da heç üzü gülməzmiş. Qarşin Dağ-Mədən institutunda oxuyarkən 1877-ci ildə Rusiyanın Türkiyəyə qarşı təcavüzkar hərbi başlayır. Serb çaxnaşmaçılarını çoxdan dəstəkləyən çar 1877- ci il aprelin 12-də Türkiyəyə müharibə elan edir. Tələbə Qarşin "Slavyan qardaşlarımızı Osmanlı zülmündən azad edək" kimi saxta, lakin müdhiş bu çağırışa uyan minlərlə şovinist ruhlu "Xristos divanələri"nə könüllülərə qoşulub, Balkan cəbhələrinə gedir. Çox təəssüf ki, bu oyuncaq ideyaların əsiri olan əcaib, lakin güclü və mətin adamlar, onların bədii surətləri o dövr rus ədəbiyyatının gözəl, parlaq nümunələrində də görünür. Belə ədəbi qəhrəmanlar əslində başlarının bəlasını götürüb.

Vsevolod Qarşin 1877-ci ildə könüllü olaraq Rusiya-Türkiyə müharibəsində iştirak etmişdir. "Dörd gün", "Qorxaq", "Sıravi əsgər İvanovun xatirələrindən" hekayələrində çarizmin istilaçı müharibələrini pisləmişdir. "Hadisə", "Rəssamlar", "Prinsip", "Qırmızı gül", "Nadejda Nikoloyevna", "Siqnal", "Ayılar", "Gecə", "Görüş" və s. əsərlərində ictimai zülmə, ədalətsizliyə qarşı qəzəbli etiraz vardır. Əsərlərinin mövzsunu şəxsiyyətin faciəsi tutub intihar etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vsevolod Qarşin haqqında məlumat. Vsevolod Qarşin nədir? Vsevolod Qarşin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Məşədi Zeynal

  • Mart 01, 2026

    1985-ci il

  • Mart 01, 2026

    Azərbaycan KP

  • Fevral 27, 2026

    Basketbol topu

  • Fevral 27, 2026

    Dilbaz atı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst