Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tunisin paytaxtı Tunis şəhərində də kasıblar küçələrə çıxmağa başlayıblar. Paytaxtda, əsasən, fəhlələrin yaşadıqları Ettadamen məhəlləsində yüzlərlə gənc mağaza

Yasəmən inqilabı

  • Ana Səhifə
  • Vikipediya
  • Yasəmən inqilabı

Tunisin paytaxtı Tunis şəhərində də kasıblar küçələrə çıxmağa başlayıblar. Paytaxtda, əsasən, fəhlələrin yaşadıqları Ettadamen məhəlləsində yüzlərlə gənc mağazalara hücum çəkib, bir bankı yandırıb. Polis onlara qarşı güc tətbiq edib.

Tunis inqilabı, Yasəmən inqilabı
Yer
  • Tunis
Tarix 24 dekabr 2010
Səbəb 2010-cu il iqtisadi böhranı
Əsas məqsəd İşsizliyin və inflasiyanın aradan qaldırılması
Nəticə Prezident Ben Əlinin ölkədən qaçması
Təşkilatçılar Həmkarlar ittifaqları
Hərəkətverici qüvvələr Tələbələr, kiçik sahibkarlar
İştirakçı sayı 10 000 – 20 000 nəfər
Həlak olanlar 100 nəfərdən çox
Yaralananlar 100 nəfərə yaxın
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hökumət bu vaxta qədər baş verən qarşıdurmalarda 21 nəfərin öldüyünü açıqlayıb. Ancaq hüquq müdafiəçiləri ölənlərin sayının 50 nəfəri keçdiyini iddia edirlər.

Tunis hakimiyyəti ölkədə komendant saatı tətbiq edib. Lent.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb bir həftədən artıq ölkədə işsizliyə, qiymət artımına və korrupsiyaya etiraz edən yoxsulların aksiyalarının səngiməməsidir.

Komendant saatı 20:00-dan 06:00-a qədər insanların və nəqliyyatın hərəkətinin qadağan edilməsini nəzərdə tutur. Ölkədəki bütün məktəblər və universitetlər artıq bağlanıb.

Bu arada, Tunis prezidenti Zin əl-Abidin bin Əli ölkədə 300 min yeni iş yeri açılacağına söz verib.


Lent.az-ın "trt.net.tr" saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, komendant saatının tətbiq olunması və küçəyə çıxmağa qadağa qoyulmasına baxmayaraq, paytaxtda nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qanlı toqquşmalar davam edir.

Nümayişçilər gecə saatlarında polisə və ətrafdakı binalara hücum edib. Atışmalarda ən azı 4 nəfərin vurularaq öldürüldüyü bildirilir. Müxalifət həftəsonundan bəri ən azı 50 nəfərin öldüyünü bəyan edib. Polis nümayişçilərin qarşısını ala bilmədiyi üçün paytaxta ordu qüvvələri yeridilib. Küçələrdə zirehli hərbi texnikalar gəzir.

Dövlət başçısı Zin əl-Abidin bin Əlinin daxili işlər nazirini vəzifədən uzaqlaşdırması, həbsdəkilərin azadlığa buraxılması barədə tapşırıq versə də, toqquşmalar ölkə ərazisinə yayılır. Yoxsulluq, korrupsiya və işsizliklə bağlı şüarlar sırasına indi fikir azadlığı, toplanma azadlığı kimi siyasi şüarlar da əlavə edilib.

Kütləvi aksiyalar nəticəsində yanvarın 14-də hakimiyyətdən kənarlaşdırılan və ölkədən qaçmağa məcbur olan Tunis prezidenti Zin əl- Abidin bin Əlinin ailəsi çevrilişdən sonra ölkədən 1,5 ton qızıl aparmağa nail olub. Lent.az-ın "Mond" qəzetinə istinadən verdiyi məlumata görə, prezident ailəsinin Tunis Mərkəzi Bankında qızıl ehtiyatının alınması üçün öncə prezidentin xanımı Leyla müraciət etsə də, ona rədd cavabı verilib.

Daha sonra Zin əl-Abidin bin Əli özü Tunis Mərkəzi Bankına müraciət edib. Bank əvvəlcə ona rədd cavab versə də, sonra qərarını dəyişib. Ehtimal olunur ki, 45 milyon dollar dəyərində qızılı ölkə sərhəddindən prezident təyyarəsi ilə prezidentin xanımı çıxarıb. Zin əl-Abidin in Əli özü Səudiyyə Ərəbistanına qaçıb və 2019-cu ildə Ciddə şəhərində dünyasını dəyişib.

Həmçinin bax

  • Çörək qiyamları
  • Ərəb ölkələrində etiraz dalğası (2010-2011)
  • Məhəmməd Buəzizi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yasəmən inqilabı haqqında məlumat. Yasəmən inqilabı nədir? Yasəmən inqilabı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cəfərqulu xan

  • Fevral 27, 2026

    Isoptera

  • Fevral 27, 2026

    Sərgi

  • Fevral 27, 2026

    Ayılar

  • Fevral 28, 2026

    Şükür Bayramov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst