Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qəhrəman Rəfi oğlu Süleymanzadə (1 avqust 1910, Salyan, Cavad qəzası – 29 iyul 2001, Bakı) — Azərbaycan SSR partiya və dövlət xadimi.

Qəhrəman Süleymanzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Qəhrəman Süleymanzadə

Qəhrəman Rəfi oğlu Süleymanzadə (1 avqust 1910, Salyan, Cavad qəzası – 29 iyul 2001, Bakı) — Azərbaycan SSR partiya və dövlət xadimi.

Qəhrəman Süleymanzadə
M.F. Axundov adına Respublika Dövlət Kitabxanasının direktoru
1966 – 1985
Azərbaycan Kommunist Partiyası Ağdaş Rayon Komitəsinin birinci katibi
1951 – 1957
Azərbaycan Kommunist Partiyası Vartaşen Rayon Komitəsinin birinci katibi
1948 – 1951
Azərbaycan Kommunist Partiyası Maştağa Rayon Komitəsinin birinci katibi
1942 – 1948
Şəxsi məlumatlar
Doğum tarixi 1 avqust 1910(1910-08-01)
Doğum yeri
  • Salyan, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 29 iyul 2001(2001-07-29) (90 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji İnstitutu (1928–1931)

Təltifləri
2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1945 "Şərəf nişanı" ordeni — 1944 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970 "Qafqazın müdafiəsinə görə" medalı — 1945 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı — 1975 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1985 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1945 "Əmək veteranı" medalı — 1978 "N. K. Krupskaya" medalı — 1981

Həyatı

Qəhrəman Süleymanzadə 1910-cu il avqust ayının 1-də Bakı quberniyası Cavad qəzasının Salyan şəhərində anadan olmuşdur. Atası Rəfi Süleyman-zadə şəxsigəmisi ilə Bakı-Həştərxan-Ənzəli istigamətində işləmiş, inqilabdan sonra gəmisi, əmlakı müsadirə edilmiş və həyatının sonunadək ailəsini cox çətinliklə dolandırmışdır. Qəhrəman 16 yaşından (1926–1928) "Qırmızı Muğan" nəşriyyatında yığıcı kimi işləməyə başlamış, orta təhsilini tamamladıqdan sonra 1928-ci ildə Azərbaycan Ali Pedaqoji İnstituna daxil olmuşdur. İnstitutun sonuncu kursundan başlayaraq müəllim kimi fəaliyyət göstərməyə başlamış, 1931-ci ildə ali təhsilini başa vurmuşdur. Qəhrəman Süleyman-zadə Zaqatala şəhərində orta məktəb müəllimi və direktoru (1931–1934), Zaqatala rayon Komsomol Komitəsi katibinin müavini (1934–1935), Lenin (Sabunçi) və Maştağa (Abşeron) rayonlarında orta məktəb müəllimi və məktəb direktoru (1935–1938) işləmişdir.

1938–1940-cı illər Maştağa rayon Komsomol Komitəsinin 1-ci katibi, 1940–1942-ci illər həmin rayonun Partiya Komitəsində şöbə müdiri və katib, 1942–1948-ci illəri Maştağa Rayon Partiya Komitəsinin birinci katibi (eyni zamanda 1946–1948-ci illəri Bakı Ali Partiya məktəbini bitirmiş), 1948–1951-ci illər Vartaşen Rayon Partiya Komitəsinin birinci katibi, 1951–1957-ci iiləri Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi, 1957–1966-cı illəri Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmişdir. 1966–1985-ci illərdə M.F. Axundov adina Respublika Dövlət Kitabxanasının direktoru vəzifəsində çalışmışdır. 1985-ci ildə fərdi təqaüdə çıxmışdır. Qəhrəman Süleymanzadə həyatı boyu xalqının, vətəninin taleyini düşünmüş , milli-mənəvi dəyərlərə, adət-ənənlərə ehtiramla yanaşmış, humanizm prinsiplərini əsas götürmüş, haqqı nahaqqa qurban verməmişdir. 2001-ci il 29 iyulda Bakı şəhərində vəfat edib.

Azərbaycan SSR Ali Sovetinin üç dəfə (2-ci, 3-cü və 4-cü çağırışlar) deputatı seçilmişdir. Azərbaycan SSR Baş Soveti Prezidiumunun Fəxri Fərmanı (1943-cü il), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1966-cı il), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1971-ci il) və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1973-cü il) ilə təltif edilmişdir.

Mükafatları

  • "Şərəf nişanı" ordeni — 1944
  • 2-ci dərəcəli Vətən Müharibəsi ordeni — 1945
  • "Qafqazın müdafiəsinə görə" medalı – 1945
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı – 1945
  • "V. İ. Leninin anadan olmasının 100 illiyi şərəfinə rəşadətli əməyə görə" yubiley medalı – 1970
  • "1941–1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 30 illiyi" yubiley medalı – 1975
  • "Əmək veteran" medalı – 1978
  • N.K. Krupskaya medalı — 1981
  • "1941–1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 40 illiyi" yubiley medalı – 1985

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qəhrəman Süleymanzadə haqqında məlumat. Qəhrəman Süleymanzadə nədir? Qəhrəman Süleymanzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Azərbaycanlıların etnogenezi

  • Fevral 27, 2026

    Yoğun bağırsaq

  • Fevral 27, 2026

    Muin Müsəvvər

  • Fevral 26, 2026

    Lillehammer

  • Fevral 27, 2026

    Bəhruz Kəngərli

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst