Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Virus (lat. virus — "zəhər") — ən sadə canlı orqanizmdir. Çox vaxt canlı yox, yarı-canlı orqanizm olaraq qəbul edilir. 1892-ci ildə D. İ. İvanovski sübut edib k

Virus

  • Ana Səhifə
  • Vikipediya
  • Virus

Virus (lat. virus — "zəhər") — ən sadə canlı orqanizmdir. Çox vaxt canlı yox, yarı-canlı orqanizm olaraq qəbul edilir. 1892-ci ildə D. İ. İvanovski sübut edib ki, bu kiçik hissəciklər asanlıqla kiçik məsamələrdən keçə bilirlər. Ona görə bunlara viruslar və ya süzülən viruslar adı verildi. Əksər viruslar irsi materialdan və qoruyucu örtük olan kapsiddən təşkil olunmuşdur.

Viruslar
Elmi təsnifat
Ranqsız:
Viruslar
Beynəlxalq elmi adı
  • Virus
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  10239
EOL  5006

Ensefalit, qızılca, quduzluq, tütün mozaikası və s. RNT tərkibli viruslardır.

Virusların xaricdən örtən zülal örtüyü kapsid adlanır.

Virusun RNT-si zülal örtüyünün (yəni kapsidin) içərisində yerləşir.

Viruslar həm prokariot, həm də eukariot mikroorqanizmlərdən bir sıra əlamətlərinə görə fərqlənirlər ki, bunlar aşağıdakı əlamətlərdir:

  • 1. Viruslar ancaq bir tipli nuklein turşusuna (DNT ya da RNT) sahibdirlər.
  • 2.Hüceyrə quruluşu yoxdur.
  • 3. Böyümə və ikiyə bölünmə qabiliyyətinə malik deyillər.
  • 4. Xüsusi metabolik sistem yoxdur.
  • 5. Öz tərkib hissəsinin hesabına deyil, sahib hüceyrənin hesabına çoxalır.
  • 6. Xüsusi zülalını sintez etmək üçün sahib hüceyrənin ribosomundan istifadə edir.
  • 7. Genetik parazitdir. Viruslar ekosistemdə demək olar ki, hər yerdə mövcuddurlar. Virusları mikrobiologiyanın bir bölməsi olan virusologiya öyrənir. Virusların sahib hüceyrədən kənar forması virionlar kimi adlanır. Virus hissəcikləri adətən 2, yaxud 3 hissədən ibarət olur:
  • 1. Genetik informasiyanı daşıyan DNT, yaxud RNT-dən təşkil olunmuş genetik material
  • 2. Bəzi hallarda genləri əhatə edən protein qatı
  • 3. Proteinləri əhatə edən lipid təbəqəsi. Bütün viruslar Vira aləmi altında birləşdirilir. Tərkibində olan nuklein turşusunun tipinə görə 2 yarım aləmə ayrılır: DNT tərkibli viruslar və RNT tərkibli viruslar. RNT tərkibli viruslar riboviruslar, DNT tərkibli viruslar isə dezaksiriboviruslar kimi tanınırlar.

RNT tərkibli viruslara aşağıdakı qrupları misal göstərmək olar: Ortomyxoviridae (qrip virusları), Paramyxoviridae (buraya qızılca, epidemik parotit və digər viruslar daxildir), Rhabdoviridae (quduzluq, vezukulyar stomatit və s.), Retroviridae (QİÇS virusu və s.), Picornaviridae (enteroviruslar, A hepatit virusu və s.), Reoviridae (reoviruslar, rotoviruslar) və digərləri.

DNT tərkibli viruslar qrupuna isə Poxviridae (məs: təbii çiçək virusu, çiçək vaksini virusu və b.), Herpesviridae qrupu (sadə herpes, su çiçəyi, sitomeqaliya virusları və s.), Hepadnoviridae (insanın B hepatit virusu), Adenoviridae (insanın adenovirusları), Parvoviridae (adenoassosiyalaşmış viruslar) və digər qruplar daxildir.

Virusları spiralvari və sferik formalardan başlamış müxtəlif mürəkkəb quruluşlara qədər geniş miqyasda dəyişirlər. Ümumiyyətlə, virusların orta ölçüsü bakteriyaların orta ölçüsünün təxminən yüzdə birinə bərabərdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Virus haqqında məlumat. Virus nədir? Virus nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Qaradolaq (Ağcabədi)

  • Fevral 26, 2026

    Kordova xilafəti

  • Fevral 27, 2026

    Fyodor Dostoyevski

  • Fevral 27, 2026

    Segunda División

  • Fevral 27, 2026

    Sana

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst