Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ensefalit (yun. enkephalos- beyin)– baş beyinin iltihabı, xəstəliktörədən mikroorqanizmlərin beyinə keçməsi nəticəsində baş verən infeksion xəstəlik qrupu. Ense

Ensefalit

  • Ana Səhifə
  • Vikipediya
  • Ensefalit

Ensefalit (yun. enkephalos- beyin)– baş beyinin iltihabı, xəstəliktörədən mikroorqanizmlərin beyinə keçməsi nəticəsində baş verən infeksion xəstəlik qrupu. Ensefalit spesifik törədicilərin (süzülən virusların bir neçə tipi) bilavasitə beyin toxumasına keçməsindən, bəzi infeksion xəstəliklərdən (qrip, yatalaq, qızılca, skarlatina, suçiçəyi, revmatizm, quduzluq və s.) kəskin və xroniki intoksikasiyadan (qidadan zəhərlənmələr və s.) törəyir.

Quduzluq virusu
Quduzluq virusu

Ensefalit çox zaman təbii mənbə xəstəliyi olub, müəyyən coğrafi landşaftlarda (əsasən tayqa meşələri zonası) yayılır. Onun üçün mövsümi xarakter daşıyıb infeksiya daşıyıcılarının (gənə, ağcaqanad) aktivliyi ilə əlaqədardır. Gənə ensefalitinin mənbəyi bəzi gəmiricilər, iri mal-qara, keçilər, bəzi quş növləri sayılır. Xəstəliyin yayıcıları çox vaxt otlaq gənələri olur.

İnfeksion xəstəliklərin təsnifatının ən rasional prinsipi onların səbəblərinə görə təsnifatdır (etioloji amillərə). Ensefalitlərin səbəbi hələlik müəyyən edilmədiyindən, ensefalitlərin təsnifatı zamanı xəstəliyin gedişatının xüsusiyyətləri də istifadə olunur (patogenetik amil). Bu prinsiplərə əsaslanaraq, ensefalitlər əsas və ikincil, virus və mikrob, yoluxucu-allergik, allergik və zəhərli olanlara bölünür.

Mündəricat

Risk faktorları

Hər kəs ensefalitə yoluxa bilər. Yoluxmanı artıra bilən faktorlara aşağıdakılar aiddir:

  • Bəzi növ ensefalitlər müəyyən yaş qruplarında daha çox yayılmış və ya daha ağır keçir. Ümumilikdə uşaqlar və yaşlı insanların virus ensefalitinə məruz qalma riski daha çoxdur. Herpes simpleks mənşəli ensefalit daha çox 20–40 yaş arasında rast gəlinir;
  • Zəif immun sisteminə malik olan insanlar — İİV virusu daşıyıcıları, immunosupressiv dərmanlar qəbul edənlər və.s;
  • Coğrafi regionlar. Ağcaqanadlar və gənələr müəyyən coğrafi regionlarda yayğın olurlar;
  • İlin fəsli- gənə ensefaliti daha çox yaz-yay mövsümündə rast gəlinir.

Əlamətləri

Ensefalit xəstəliyinin inkubasiya dövrü 7–20 gündür. Xəstəlik qəflətən kəskin başlayır. Temperatur 39–40°-yə çatır. Xəstədə baş ağrıları, qusma olur. Xəstəliyin ilk günlərində şüur pozğunluğu, sayıqlama, meningit əlamətləri ola bilər. Ağır hallarda bulbar sindrom meydana çıxır. Ən qorxulu hal qalxan iflic formasıdır. Bu 2–3 gün ərzində xəstəni məhv edə bilir.

Ağırlaşmaları

Ağırlaşmalar yaşdan, ensefalitə səbəb olan infeksiyadan, xəstəliyin ağırlıq dərəcəsindən, xəstəliyin başlanması ilə müalicənin başlanması arasındakı zamandan asılıdır. Beyinin iltihabla zədələnməsi bir sıra fəsadlarla səbəb ola bilər. Ən ağır ağırlaşma zamanı koma və ölüm olur. Digər ağırlaşmalar- davamlı yorğunluq, şəxsiyyət dəyişiklikləri, yaddaş pozulmaları, görmə və eşitmə defektləri, əzələ zəifliyi- parezlər, nitq pozulması bir neçə ay və ya daimi olaraq qala bilər.

Həmçinin bax

  • Viruslar
  • Xəstəlik

Xarici keçid

  • [./Https://www.bodybuildingmyth.xyz/turmeric-its-uses-benefits/%5B%5D Ensefalit]
  • BEYIN ILTIHABI (ENSEFALIT) [ölü keçid]
  • Ensefalit Nedir? Belirtileri ve Nedenleri Nelerdir? 2017-07-30 at the Wayback Machine

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ensefalit haqqında məlumat. Ensefalit nədir? Ensefalit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    BMW

  • Fevral 25, 2026

    Xəlil İnalcık

  • Fevral 10, 2026

    Paris

  • Fevral 25, 2026

    Kəlbəcər

  • Fevral 24, 2026

    ABŞ gerbi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst