Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaradolaq (əvvəlki adı:Şaumyankənd) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qaradolaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali S

Qaradolaq (Ağcabədi)

  • Ana Səhifə
  • Vikipediya
  • Qaradolaq (Ağcabədi)

Qaradolaq (əvvəlki adı:Şaumyankənd) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qaradolaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağcabədi rayonunun Şaumyankənd kəndi Qaradolaq kəndi və müvafiq olaraq Şaumyankənd kənd Soveti Qaradolaq kənd Soveti adlandırılmışdır.

Qaradolaq
39°55′33″ şm. e. 47°28′05″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Qaradolaq xəritədə
Qaradolaq
Qaradolaq

Mündəricat

Toponimikası

Qaradolaq toponimi qara və dolaq sözlərindən əmələ gəlib. Kənd sakinlərinin dediklərinə görə qaradolaqlılar çox-çox əvvəllər həmişə başlarına və qollarına qara dolaq bağlayarmışlar. Bu, onları digər tayfalardan fərqləndirirdi. Elə bu səbəbdən də onlara qaradolaqlar deyilmişdir. Qaradolaqlar Qarabağa gələndən sonra Təklə Qara dolaq adlanırdı. Ağcabədi rayonunda Qaradolaq kəndi yaxınlığında qaradolaq tayfasının adı ilə bağlı digər oykonim-Yeni Qaradolaq kəndi də qeydə alınmışdır.

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzindən 22 km cənub-qərbdə, Qarabağ kanalından 7 km aralıda, Mil-Qarabağ düzündə yerləşir.

Tarixi

Qaradolaq kəndi XX əsrin əvvəllərinədək əsasən yarımköçəri həyat tərzi keçirmiş qaradolaqlar Azərbaycan tayfasının adı ilə əlaqədar yaranmışdır. Kəngərlilər tərkibində olmuş qaradolaqlar keçmişdə Kür çayı sahillərində Çılpaqqaya, İcqan, Qaraca, Canavar yeri, Mehmanhəsən yeri, Axmaz arası və başqa ərazilərdə yaşamışlar. Qaradolaq tayfaları 1900–1905-ci illərdə oturaqlaşaraq müəyyən tirələrə parçalanmış və İmamqulubəyli, Məmmədbəyli, Məşədiismayıllı, Əbişbəyli, Əmirxanlı, Qaradolaq və s. kəndlər yaratmışlar. Bəzi araşdırıcılar qaradolaqları (Cavad qəzası ərazisində yaşayan qaradolaqları) təklə tayfaları ilə eyniləşdirir. Təklələr səlcuq-oğuz tayfalarındandır. Sonra bəzi mənbələrdə onlar şahsevənlərin tirəsi kimi göstərilir. Qaradolaq elinin tirə və nəsillərindən avaslılar, alxanuşağı, qrallar, quluuşağı, şahverdilər, əmirxanlılar, tanrıverdilər, allahverənlər, mehdiuşağı və başqalarını göstərmək olar. İrili-xırdalı 30 kənddən ibarət olan Qaradolaq eli yayı yayalaqlarda, qışı qışlaqlarda Kürün sağ sahillərində, Nəfəqulubəylidən Zərdab rayonunun ərazilərinə qədər uzanan torpaqlarda keçirərdilər. Qaradolaq camaatının bir hissəsi köçəri həyat, bir hissəsi isə oturaq həyat tərzi keçirirdi.

Əhalisi

Əhalisinin sayı 2766 (2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir.

İqtisadiyyatı

Əhali əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaradolaq (Ağcabədi) haqqında məlumat. Qaradolaq (Ağcabədi) nədir? Qaradolaq (Ağcabədi) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Boyaqotu

  • Fevral 27, 2026

    Kinema Citrus

  • Fevral 27, 2026

    Fiziki kosmologiya

  • Fevral 28, 2026

    Maliyyə böhranı

  • Fevral 27, 2026

    Böcək

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst