Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Viktor Fyodoroviç Yanukoviç (ukr. Віктор Федорович Янукович; 9 iyul 1950[…], Yenakiyeve[d], Donetsk vilayəti) — Ukrayna Respublikasının Siyasi və Dövlət Xadimi.

Viktor Yanukoviç

  • Ana Səhifə
  • Vikipediya
  • Viktor Yanukoviç

Viktor Fyodoroviç Yanukoviç (ukr. Віктор Федорович Янукович; 9 iyul 1950[…], Yenakiyeve[d], Donetsk vilayəti) — Ukrayna Respublikasının Siyasi və Dövlət Xadimi. Regionlar partiyasının sədri. 2002–2005, 2006–2007-ci illərdə Ukrayna Respublikasının Baş Naziri. 2010-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda 48,95% səslə qalib gələrək Ukrayna Respublikasının 4-cü Prezidenti seçilmiş və 2010-cu il 25 fevral tarixindən vəzifəsinin icrasına başlamışdır.

Viktor Yanukoviç
ukr. Віктор Федорович Янукович
Ukrayna Prezidenti
25 fevral 2010 – 22 fevral 2014
ƏvvəlkiViktor Yuşşenko
SonrakıAleksandr Turçinov
Ukraynanın Baş naziri
4 avqust 2006 – 18 dekabr 2007
ƏvvəlkiYuxi Yexanurov[d]
SonrakıYuliya Timoşenko
28 dekabr 2004 – 5 yanvar 2005
ƏvvəlkiNikolay Azarov[d]
SonrakıYuliya Timoşenko
21 noyabr 2002 – 7 dekabr 2004
SonrakıNikolay Azarov[d]
Ukraynanın xalq deputatı
23 noyabr 2007 – 19 fevral 2010
25 may 2006 – 12 sentyabr 2006
Şəxsi məlumatlar
Doğum adı Віктор Федорович Янукович
Doğum tarixi 9 iyul 1950(1950-07-09)[…] (75 yaş)
Doğum yeri
  • Yenakiyeve[d], Donetsk vilayəti, Ukrayna SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Fəaliyyəti mühəndis, iqtisadçı, siyasətçi, hüquqşünas, diplomat, mühazirəçi
Dini şərqi ortodoks xristianlıq
Elmi fəaliyyəti
Elm sahəsi siyasət
Elmi dərəcəsi
  • iqtisad elmləri doktoru (2000)
Elmi adı
  • professor

Təltifləri gümüş "Olimpiya" ordeni — 2007 "Fəxri legion" ordeninin böyük xaçı Order of St. Vladimir the Equal-to-the-Apostles (3rd class) "Payızgülü" ordeninin böyük lenti 3-cü dərəcəli "Xidmətlərə görə" ordeni "Heydər Əliyev" ordeni "III Maqariosa" ordeni 1-ci dərəcəli "Dostluq" ordeni "Xose Marti" ordeni — 2011 "Müqəddəs Mesrop Maştots" ordeni — 2011 "Ananiya Şirakatsi" medalı — 2004 Order of Independence "İsmoili Somoni" ordeni Order of the Crown of Brunei "Zeyd" ordeni "Serbiya Respublikası" ordeni
"Şəfəq" ordeni 1-ci dərəcəli "Müqəddəs mömin Moskva knyazı Daniil" ordeni Order of St. Vladimir the Equal-to-the-Apostles (first class) Order of the Holy Equal-to-the-Apostles Prince Volodymyr the Great II Degree (ROC) 1-ci dərəcəli "Şaxtaçı şöhrəti" döş nişanı 2-ci dərəcəli "Şaxtaçı şöhrəti" döş nişanı 3-cü dərəcəli "Şaxtaçı şöhrəti" döş nişanı Fəxri dəmiryolçu Merited transport worker of Ukraine 1-ci dərəcəli "Müqəddəs Sergey Radonejski" ordeni Order of St. Nestor the Chronicler
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Donetskdə Enakoyev qəsəbəsində kömürçü fəhlə ailəsində anadan olub. 1967-ci ildə o, soyğunçuluğa görə mühakimə olunub. 1970-ci ildə onu başqasına orta dərəcəli xəsarət yetirməklə bağlı məhkəmə qarşısına çıxarıblar. Rəsmi məlumata görə, bu ittiham Viktor Yanukoviçin üzərindən qaldırılıb. 2006-cı ildə Ukrayna hakimiyyəti bu cinayət işində saxtakarlıq ehtimalını araşdırmağa başlayıb. Ancaq heç nə sübut olunmayıb. Viktor Yanukoviç özü etiraf edir ki, çətin uşaqlığı olub, ancaq gənclik səhvlərinə qalib gəlməyi bacarıb.

İş karyerasında isə Viktor Yanukoviç sürətlə irəliləməyə başlayıb. 1980-ci ildə Donbassda rəhbər vəzifədə işləyib. 1996–1997-ci illərdə Donetsk vilayətinin administrasiyasına rəhbərlik edib. Özünü yaxşı təşkilatçı kimi göstərib. 2002-ci ildə Leonid Kuçma gözlənilmədən Viktor Yanukoviçi baş nazir təyin edib, Ali Rada da əksəriyyət onu dəstəkləyir. Baş nazir olduğu dövrdə ÜDM artım tempi kəskin artıb, bir neçə vacib iqtisadi islahat keçirilib.

Viktor Yanukoviç 2003-cü ildən Regionlar Partiyasına rəhbərlik edir. Regionlar Partiyası yarandığı gündən onu böyük biznesmenlər dəstəkləyir. Onların içərisində ən nüfuzlusu milyarder Rinat Əhmədovdur. 2004-cü il prezident seçkilərinə Viktor Yanukoviç Leonid Kuçmanın davamçısı kimi qatılıb. O, seçki kampaniyasında ölkənin rusdilli əhalisinin maraqlarını müdafiə etməyə çalışıb, Rusiyayla xoş münasibətlərin tərəfdarı kimi çıxış edib. Nəticədə, Ukrayanın qərbində və mərkəzində yaşayan əhali ona səs verməyib. Rusdilli əhalinin yaşadığı Şərqi və Cənubi Ukraynada isə o, ən populyar siyasətçi olub. Mərkəzi və Qərbi Ukraynada Viktor Yuşşenkonun, Şərqi və Cənubi Ukraynda Viktor Yanukoviçin dəstəklənməsi ölkəni faktiki dil sərhədi ilə ayırıb.

Viktor Yanukoviç və tərəfdarları müxalifətə keçəndən sonra bir neçə dəfə mübarizə taktikalarını dəyişiblər. Bununla belə, göy-mavi rəngləri rəmz götürən Regionlar Partiyasının əsas dayağı yenə də Cənubi və Şərqi Ukrayna sayılır.

Qayıdış

2006-cı il parlament seçkilərində Viktor Yanukoviç və onun partiyası parlament seçkilərində uğur qazanıb, Ali Radada ən böyük fraksiyanı yaradıb. Böhran əleyhinə koalisiyası yaradılıb və Viktor Yanukoviç yenidən baş nazir kürsüsünə əyləşib. Baş nazir dərhal prezident Viktor Yuşşenkonun elan etdiyi prinsiplərdən fərqli xarici siyasət kursu yürütməyə başlayıb. Brüsselə səfəri zamanı Viktor Yanukoviç elan edib ki, Ukrayna NATO-ya qəbul olmağa hazır deyil. O, paralel olaraq Moskva ilə əlaqələri genişləndirib. Bu fonda prezident və baş nazirin tərəfdarları arasında hakimiyyət daxilində çəkişmə güclənib. 2007-ci ildə Viktor Yuşşenko Ali Radanı buraxıb, deputatları Konstitusiyaya zidd hərəkətlərdə ittiham edib. 2007-ci il seçkilərində Viktor Yanukoviç baş nazir postunu itirib və yenidən müxalifətə keçib. Hökumətə Yuliya Timoşenko rəhbərlik etməyə başlayıb.

2010-cu il prezident seçkilərində Viktor Yanukoviç və Yuliya Timoşenko qələbə qazanmağa potensial namizədlər sayılırdılar. Nəticədə Yanukoviç seçkilərdə qalib gələrək Ukrayna Respublikasının 4-cü prezidenti olmuşdur.

22 fevral 2014-cü il tarixində baş vermiş əhalinin narazılığından sonra ölkədən qaçmış və parlament tərəfindən prezidentlik hüququndan məhrum edilmişdir.

Mükafatları

  • 17.11.2013 — Azərbaycan "Heydər Əliyev" ordeni

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Viktor Yanukoviç haqqında məlumat. Viktor Yanukoviç nədir? Viktor Yanukoviç nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kirman

  • Fevral 27, 2026

    Hacıalmuradlı

  • Fevral 27, 2026

    Bağdad mühafəzəsi

  • Fevral 24, 2026

    Qasımkənd (Rusiya)

  • Fevral 26, 2026

    Şri Lanka

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst