Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Viktor İvanoviç Naneyşvili (1878, Samtredia bələdiyyəsi[d], İmereti – 22 mart 1940, Moskva) — sovet siyasi xadimi, 1903-cü ildən Rusiya Sosial-Demokrat Fəhlə Pa

Viktor Naneyşvili

  • Ana Səhifə
  • Vikipediya
  • Viktor Naneyşvili

Viktor İvanoviç Naneyşvili (1878, Samtredia bələdiyyəsi[d], İmereti – 22 mart 1940, Moskva) — sovet siyasi xadimi, 1903-cü ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü.

Viktor Naneyşvili
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 2-ci sədri
23 iyul 1920 – 9 sentyabr 1920
ƏvvəlkiMirzə Davud Hüseynov
SonrakıYelena Stasova
RKP(b) Qırğız (Qazax) Vilayət Komitəsinin 3-cü I katibi
1924 – 19 fevral 1925
ƏvvəlkiGeorgi Korostelyov
Sonrakıvəzifə ləğv olunub
BKP(b) Qazaxıstan Diyar Komitəsinin 4-cü I katibi
19 fevral 1925 – iyun 1925
Əvvəlkivəzifə təsis olunub
SonrakıFilip Qoloşyokin
Şəxsi məlumatlar
Doğum tarixi 1878(1878)
Doğum yeri
  • Samtredia bələdiyyəsi[d], İmereti, Gürcüstan
Vəfat tarixi 22 mart 1940(1940-03-22) (61–62 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası,
  • Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyası
Təhsili
  • Moskva Universitetinin Tarix və Filologiya fakültəsi[d]
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Vera Pavlovna Naneyşvili
Uşaqları Mariya Viktorovna Naneyşvili, Pavel Viktoroviç Naneyşvili
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni

Həyatı

Viktor Naneyşvili 1878-ci ildə kəndli ailəsində dünyaya gəlmişdir. 1917-ci il inqilabı zamanı Bakıda olmuşdur. 1918-ci ilin aprelində Dağıstanın fövqəladə komissarı təyin edilmiş, 23 noyabr 1918-yanvar 1919 tarixlərində RKP(b)-nin Həştərxan quberniya komitəsinin sədri vəzifəsini icra etmişdir. 1920-ci il iyul ayının 23-dən sentyabr ayının 9-na qədər Azərbaycan SSR KP MK-nın prezidiumunun sədri, 1922-ci ilin sentyabrından 1923-cü ilin sonlarına qədər RKP(b)-nin Perm quberniyası komitəsinin katibi olmuşdur. 1924-cü ilin sentyabrından 1925-ci ilin iyununa qədər RKP(b)-nin Qazaxıstan partiya təşkilatının məsul (1-ci) katibi vəzifəsini icra etmişdir.

1931-ci ildən həbs olunduğu 1939-cu ilə qədər Moskva Ümumittifaq Ticarət Akademiyasına rəhbərlik etmişdir.

1939-cu il noyabr ayının 28-də həbs olunmuş, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası tərəfindən 21 mart 1940-cı ildə ölüm hökmünə məhkum edilmiş, 22 mart 1940-cı ildə güllələnmişdir. 1955-ci il mart ayının 19-da bəraət almışdır.

Qırmızı əmək bayrağı ordeni ilə mükafatlandırılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Viktor Naneyşvili haqqında məlumat. Viktor Naneyşvili nədir? Viktor Naneyşvili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zərrinrud

  • Fevral 25, 2026

    Belfast

  • Fevral 27, 2026

    Ümid

  • Fevral 27, 2026

    Andjey Duda

  • Fevral 11, 2026

    Xəzər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst