Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Veb tətbiqi (ing. web application) — veb brauzerdən istifadə edərək əldə edilən tətbiq proqramı. Veb proqramları ümumdünya hörümçək torunda aktiv şəbəkə bağlant

Veb tətbiqi

  • Ana Səhifə
  • Vikipediya
  • Veb tətbiqi

Veb tətbiqi (ing. web application) — veb brauzerdən istifadə edərək əldə edilən tətbiq proqramı. Veb proqramları ümumdünya hörümçək torunda aktiv şəbəkə bağlantısı olan istifadəçilərə çatdırılır.

Qrup proqramı və açıq mənbəli veb tətbiqi olan "Horde"un 2007-ci ilin ekran görüntüsü.

Mündəricat

Tarixi

"Netscape" 1995-ci ildə proqramçılara müştəri tərəfində işləyən istifadəçi interfeysinə bəzi dinamik elementlər əlavə etməyə imkan yaradan "JavaScript" adlı skript dilini təqdim etmişdir. Beləliklə, bütöv bir veb səhifə yaratmaq üçün serverə məlumat göndərmək əvəzinə, yüklənmiş səhifənin daxil edilmiş skriptləri daxiletmənin təsdiqlənməsi və ya səhifənin hissələrini göstərmək/gizlətmək kimi müxtəlif tapşırıqları yerinə yetirə bilər.

1999-cu ildə "Servlet Specification" 2.2 versiyasında "Java" dilində "veb tətbiqi" konsepsiyası təqdim edilmişdir. O zaman həm "JavaScript", həm də XML artıq işlənib hazırlanmışdı, lakin "AJAX" hələ yaradılmamışdı və "XMLHttpRequest" obyekti yalnız "ActiveX" obyekti kimi "Internet Explorer 5"də təqdim edilmişdi.

"Gmail" kimi tətbiqlər 2000-ci illərin əvvəllərindən etibarən öz müştəri tərəflərini getdikcə daha interaktiv etməyə başladı. Veb səhifə skripti bütün veb səhifəni yükləmədən məlumatların saxlanması/alınması üçün serverlə əlaqə saxlaya bilir. Təcrübə 2005-ci ildə "Ajax" kimi tanınmışdır.

Dizayner Frensis Berriman və "Google Chrome" mühəndisi Aleks Rassel tərəfindən 2015-ci ildə irəli sürülmüş "Progressive web apps" termini müasir brauzerlər tərəfindən dəstəklənən yeni funksiyalardan istifadə edən və əvvəlcə veb brauzer nişanı daxilində işləyən, lakin sonradan tamamilə oflayn və brauzerdə tətbiq URL-i daxil etmədən işə salına bilən tətbiqlərə aiddir.

Təhlükəsizlik

Bu cür tətbiqlərdə təhlükəsizlik pozuntuları böyük narahatlıq doğurur, çünki bu, həm müəssisə məlumatlarını, həm də şəxsi müştəri məlumatlarını əhatə edir. Bu aktivlərin qorunması istənilən veb tətbiqinin vacib hissəsidir və istehsal prosesinə daxil edilməli olan bəzi əsas əməliyyat sahələri var. Buraya autentifikasiya, avtorizasiya, aktivlərin idarə edilməsi, daxiletmə, qeydiyyat və audit prosesləri daxildir. Tətbiqlərə əvvəldən təhlükəsizliyin qurulması uzun müddətdə daha təsirli və daha az pozucu ola bilər.

İstehsalı

Veb proqramların yazılması veb proqram çərçivələrinin istifadəsi ilə sadələşdirilir. Bu çərçivələr istehsalçı komandaya istifadəçi idarəçiliyi kimi istehsal prosesinin ümumi problemlərini həll etmədən öz məqsədləri üçün unikal olan tətbiq hissələrinə fokuslanmağa imkan verir, nəticədə tətbiqin istehsal prosesini sürətləndirir. İstifadə olunan çərçivələrin çoxu açıq mənbəli proqram təminatıdır.

Həmçinin bax

  • D3.js
  • Proqram xidməti
  • Mobil tərtibat freymvorku
  • Veb 2.0
  • Veb mühəndislik
  • Veb GIS
  • Veb xidmətlər
  • Veb elm
  • Veb vidjeti

Xarici linklər

  • HTML5 Draft recommendation, changes to HTML and related APIs to ease authoring of web-based applications.
  • DMOZ-da Web Applications
  • Web Applications Working Group at the World Wide Web Consortium (W3C)
  • PWAs on Web.dev by Google Developers.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Veb tətbiqi haqqında məlumat. Veb tətbiqi nədir? Veb tətbiqi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Al Paçino

  • Fevral 27, 2026

    Sənət hərəkatı

  • Fevral 27, 2026

    E.ə. 681

  • Fevral 27, 2026

    21 (say)

  • Fevral 26, 2026

    Nitratlar

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst