Albov baldırğanı (lat. Heracleum albovii) — bitkilər aləminin kərəvizçiçəklilər dəstəsinin kərəvizkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU D2. Azərbaycanın nadir növüdür.
| Albov baldırğanı | ||||
|---|---|---|---|---|
| Elmi təsnifat | ||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Albov baldırğanı | ||||
| Beynəlxalq elmi adı | ||||
| ||||
| ||||
Botaniki xarakteristikası
Çoxillik ot bitkisidir. Yarpaqları yumurtavaidir, ikər-lələklidir, hər iki üzü bozumtul tükcüklüdür, kənarları sərt dişciklidir. Çətir şüaları 20-25 ədəddir, tükcüklüdür, müxtəlifdir. Çiçəkləri sarımtıl-ağ rəngdədir, az böyümüşdür. Meyvəsi ellipsvari, çılpaqdır, uzunluğu 6–7 mm-dir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
Çiçəkləmə iyul-avqust, meyvəvermə avqust-sentyabr aylarına təsadüf edir. Mezofitdir. Orta və yuxarı dağ qurşaqlarında, çay kənarlarında və sulu dərələrdə rast gəlinir.
Yayılması
Naxçıvanın dağlıq hissəsi (Ordubad rayonu — Urmus kəndi ətrafı, Soyuqdağ, Yağlıdərə, Ağyurd ətəkləri).
Sayı və tendensiyası
Populyasiyasında azalma müşahidə edilir.
Məhdudlaşdırıcı amillər
Cəmi 3 lakolitetinə rast gəlinmişdir. Antropogen və zoogen amillərdir.
Mühafizə tədbirləri
Populyasiyaları nisbətən təhdid altında olduğundan qorunması vacibdir. Akademik H. Əliyev adına Zəngəzur Milli Parkı ərazısındə təbii populyasiyaları mühafizə olunmalıdır.
Sinonimləri
Heterotipik sinonimləri
- Heracleum incanum var. lazicum Boiss.
- Wendtia incana var. lazica (Boiss.) Grossh.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, albov baldırğanı sözünün mənası, albov baldırğanı haqqında məlumat. albov baldırğanı nədir? albov baldırğanı nə deməkdir?