Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vaxtanq Kikabidze (19 iyul 1938, Tbilisi – 15 yanvar 2023, Tbilisi) — Sovet və gürcü müğənnisi, bəstəkarı, kino aktyoru, kinorejissoru, ssenaristi, siyasətçisi;

Vaxtanq Kikabidze

  • Ana Səhifə
  • Vikipediya
  • Vaxtanq Kikabidze

Vaxtanq Kikabidze (19 iyul 1938, Tbilisi – 15 yanvar 2023, Tbilisi) — Sovet və gürcü müğənnisi, bəstəkarı, kino aktyoru, kinorejissoru, ssenaristi, siyasətçisi; Gürcüstan SSR xalq artisti (1980), Ukraynanın əməkdar artisti (2013), SSRİ Dövlət mükafatı laureatı (1978). Gürcüstan parlamentinin VII çağırış deputatı (2020-2023).

Vaxtanq Kikabidze
gürc. ვახტანგ კონსტანტინეს ძე კიკაბიძე
Doğum adı ვახტანგ კიკაბიძე
Doğum tarixi 19 iyul 1938(1938-07-19)
Doğum yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Vəfat tarixi 15 yanvar 2023(2023-01-15) (84 yaşında)
Vəfat yeri
  • Tbilisi, Gürcüstan
Vəfat səbəbi beyin şişi
Milliyyəti gürcü
Uşağı 2
Fəaliyyəti komediyaçı, müğənni, kinorejissor, ssenarist, kino aktyoru, aktyor, siyasətçi, kinematoqraf[d]
Fəaliyyət illəri 1966–2023
Təhsili
  • Tbilisi Dövlət Universiteti (1955–1957)
Mükafatları SSRİ Dövlət mükafatı
"Dostluq" ordeni (Rusiya)
IMDb ID0452795
İmzanın şəkli
buba.diaspora.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır. Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.

Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.

O, 2023-cü il yanvarın 15-də Tbilisi xəstəxanasında, 85 yaşında beyin şişindən vəfat edib. 17 yanvar tarixində vida və vətəndaş anım mərasimi keçiriləcək. O, Tbilisidəki Mtatsminda Panteon qəbiristanlığında dəfn olunacaq.

Azərbaycan qastrolları

2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq "Veselo" Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.

Filmoqrafiya

  1. Qəm yemə! (1969)
  2. Mimino (film, 1977)

Ailəsi

Aktrisa Liana Qudadzenin əmioğlusudur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vaxtanq Kikabidze haqqında məlumat. Vaxtanq Kikabidze nədir? Vaxtanq Kikabidze nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Seqment

  • Fevral 25, 2026

    Toxumlu bitkilər

  • Fevral 24, 2026

    Gəmiqayırma sənayesi

  • Fevral 27, 2026

    Təzəbinə

  • Fevral 27, 2026

    Arpad

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst