Vasili Vasilyeviç Vereşşagin (rus. Василий Васильевич Верещагин, 14 (26) oktyabr 1842, Çerepoves, Novqorod quberniyası[d] – 31 mart (13 aprel) 1904, Lüşunkou[d], Dalian[d]) — məşhur rus batal rəssamı və ölkə xaricində də məşhur olan ilk rus rəssamlarından biri. Onun rəsmlərinin bəzilərinin özünəməxsus gözəlliyi, əsərlərinin çoxunun ictimaiyyətə təqdim olunması və sərgilənməsini önləmişdir.
| Vasili Vereşşagin | |
|---|---|
| rus. Василий Васильевич Верещагин | |
| |
| Doğum tarixi | 14 (26) oktyabr 1842 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 31 mart (13 aprel) 1904 (61 yaşında) |
| Vəfat yeri |
|
| Fəaliyyəti | rəssam, yazıçı, hərbi qulluqçu |
| Təhsili |
|
| Janrlar | batal janrı, peyzaj, janr rəssamlığı, portret, mifologiya rəssamlığı, dini rəssamlıq[d] |
| Stillər | şərqşünaslıq[d], realizm |
| Tanınmış işi | |
| Üzvlüyü |
|
| Mükafatları | |
| | |
Həyatı
İlk illəri və təhsili
Vereşşagin 1842-ci ildə Novqorod vilayətində Çerepovets də anadan olmuşdur. Onun atası torpaq sahibi olan əsilzadə, anası isə tatar əsilli idi. 8 yaşı olarkən Çarski Seloya göndərilir və burada Aleksandr Kadet korpusuna daxil olur. Üç il sonra Peterburqa Dəniz Kadet korpusuna göndərilir və 1858-ci ildə ilk səfərinə çıxır. O, Danimarka, Fransa və Misirə doğru yola çoxan Kamçatka freqatında xidmət edir.
Vereşşagin, dəniz məktəbindən məzun olduqdan sonra dərhal rəsm çəkməyə başlamaq üçün hərbi xidmətdən ayrılır. İki il sonra, 1863-cü ildə Peterburq Akademiyası ona "Aşiq Ulyssesin Qətli" adlı rəsminə görə medal verir. 1864-cü ildə Jan-Leon Jeromun yanında işləmək üçün Parisə getsə də, burada istədiyi kimi təhsil ala bilməmişdir.
Mərkəzi Asiya səyahətləri
1866-cı ildə Paris Salonunda, Məzmurlarda dua edən ''Duxoborlar'' rəsmi sərgilənir. Növbəti il, general Konstantin Kaufman Türküstana etdiyi səfərdə Verşagini də özü ilə dəvət edir. Ona kiçik leytenant rütbəsi verildi. 2–8 iyun 1868-ci ildə Səmərqəndin mühasirəsində göstərdiyi qəhrəmanlığa görə Müqəddəs Georgi ordeni (4-cü dərəcə) ilə təltif edilir. 1868-ci ildə Peterburqa, 1869-cu ildə Parisə, həmin ilin sonların Peterburqa və 1869-cu ildə Sibir üzərindən Türküstana gedir.

1871-ci ildə Münhendə özünə bir atelye açır. 1873-cü ildə Londonda Kristal Sarayda öz əsərlərini nümayiş etdirən sərgi açır. 1874-cü ildə Peterburqda təşkil edilən sərgidə onun keçmiş, indiki və gələcək bütün fatehlərə həsr edilmiş "Müharibənin ucaldılması" və dostları tərəfindən tərk edilmiş rus əsgərlərinə həsr edilmiş "Arxada qalanlar" əsərləri rus ordusunu alçaldır bəhanəsi ilə sərgiyə qəbul edilmədi. 1874-cü ilin sonlarında Himalay dağları, Hindistan və Tibeti əhatə edən bir səfərə çıxaraq iki il ərzində səyahət edir. 1876-cı ilin sonlarında Parisə geri qayıdır.
Rus-Türk müharibəsi
1877–1878-ci illərdə Rus-türk müharibəsinin başlaması ilə Vereşşagin Parisdən ayrılır və rus ordusunda xidmət etməyə başlayır. Şipka keçidi döyüşlərində və qardaşının öldürüldüyü Plevna döyüşlərində iştirak edir. Ruse yaxınlığında Dunay çayını keçməyə hazırlaşarkən ağır şəkildə yaralanır. Müharibənin sonlarında Yeşilköydə general Mixail Skobelevin katibi kimi fəaliyyət göstərir.
Yaradıcılığı
Rus-türk müharibəsindən sonra Vereşşagin, müharibə rəsmlərini tez bir zamanda ərsəyə gətirdiyi və özünə köməkçilər götürdüyü Münhen şəhərinə köçür. Rəsmlərdəki sensasiyalı mövzular və onların didaktik məqsədləri, yəni müharibənin dəhşətini göstərərək sülhün inkişaf etdirilməsi, 1881-ci ildə Parisdə, daha sonralar isə London, Berlin, Drezden, Vyana və digər şəhərlərdə rəsim sərgilərində nümayiş etdirilməsinə və əsasən rəsm əsərləri ilə maraqlanmayan kütlənin marağını cəlb etməsinə səbəb oldu.
Vereşşagin, Britaniya Hindistanında bir çox imperatorluq səhnələrini təsvir edir. Onun 1876-cı ildə çəkdiyi "Caypura gedən Uels şahzadəsinin rəsmi mərasimi" adlı rəsm əsəri dünyanın üçüncü böyük rəsm əsəri kimi qəbul edilir. 1882–1883-cü illər arasında yenidən Hindistana qayıdır. Onun çəkdiyi üç rəsm əsəri böyük mübahisələrə səbəb olur: birincisi Romada edamın təsvir olunduğu "Romalılar tərəfindən çarmıxa çəkilmə (1887)", ikincisi sipahilərin topla güllələnməsinin təsvir edildiyi "İngilislərin Hindistan üsyanını yatırması" əsəri, üçüncüsü isə "Peterburqda nihilistlərin edamı" əsəri idi. Vereşşagini tənqid edənlər Hindistan üsyanının yatırılmasında istifadə olunan topla güllələnmə üsulunun sadəcə 1857-ci il üsyanı zamanı yarandığını, lakin rəssamın 1880-ci illərin müasir əsgərlərini təsvir edib və bu edam üsulunu o zamana uyğunlaşdırdığını bildirirlər. 1887-ci ilin dekabr ayında Vereşşagin Amerika İncəsənət Federasiyasının jurnalında çıxan yazısında, "başqa bir üsyan olsa ingilislər yenə bu üsuldan istifadə edəcəklər" deyə özünü müdafiə etdi.



XIX əsrin sonlarına doğru, Vereşşagin sadəcə Rusiyada deyil, ölkə xaricində də məşhurluq qazanmışdı və adı Avropa və Amerika mətbuatının səhifələrindən əskik olmurdu. Müharibəni bir bayram kimi təsvir edən rəsm əsərlərindən fərqli olaraq, Vereşşagi, ilk əsərlərindən müharibənin dəhşətli olmağını təsvir edirdi. Vereşşagin bildirirdi:
| Həyatım boyunca günəşi sevdim və günəşi boyamaq istədim... Müharibəni görüb nə düşündüyümü söyləyəndə, bir daha özümü günəşə həsr edəcəyimə görə məmnun oldum. Lakin, müharibənin qəzəbi məni izləməyə davam etdi. Vereşşagin |
1882-ci ildə Berlindəki Vereşşagin sərgisi alman dəniz marşalı Helmut Karl Bernhard von Moltke tərəfindən ziyarət olunur. Vereşşagin Moltkeni "Müharibənin ucaldılması" adlı əsərinin önünə gətirir. Əsər marşalın düşüncələrinin qarışmasına səbəb olur. Moltke sərgini ziyarət etdikdən sonra, alman əsgərlərinin sərgiyə gəlməsini qadağan etdi. Avstriya müharibə naziri də eyni addımı atdı və rəssamın avstriyalı zabitlərin Vyanadakı 1881-ci il sərgisindəki rəsmləri pulsuz görmələrinə icazə verilməsi fikrini də qəbul etmədi.
Rusiyada, Vereşşaginin əsərlərinin nümayişi və rus ordusunu alçaldır bəhanəsi ilə kitablarının çoxaldılması və satılması qadağan edildi. Bundan təsirlənən rəssam əsərlərindən üçünü yandırır: "Unudulmuş əsgər", "Mühasirə olunanlar" və "Qovalayıb içəri girənlər".
1884-cü ildə Suriya və Fələstinə edilən səyahət, ona Əhdi-Cədidlə maraqlanmaq şansı verdi. Verşaginin əsərləri, o zamanlar həqiqi fiqur kimi düşünülən İsa Məsih haqqında canlandırdığı nağıllara görə mübahisə obyektinə çevrildilər. İsanın təsvirinin həddən artıq kobud və həddən artıq semit obrazı daşıdığı söylənilirdi.
Vereşşaginin 1893-cü ildə Moskvada Napoleonun Rusiyaya hücumunu təsvir edən rəsmini çəkdiyi və kitabını yazdığı "1812" seriyasının Tolstoyun "Hərb və Sülh" əsərinə təsir etdiyi düşünülür.

Son illəri
Vereşşagin, 1894–1895-ci illərdə I Çin-yapon müharibəsi ərəfəsində Uzaq Şərqdə idi və 1900-cü ildə Boksçular üsyanı zamanında Mancuriyada rus hərbi dəstələri ilə birlikdə idi. 1901-ci ildə Filippinə, 1902-ci ildə ABŞ və Kubaya, 1903-cü ildə Yaponiyaya gedir. Rus-yapon müharibəsi əsnasında admiral Stepan Makarov tərəfindən Makarovun admiral gəmisi Petropavlovska dəvət olunur. Petropavlovsk 13 aprel 1904-cü ildə Port Artura qayıdarkən iki mina ilə toqquşur və batır. Admiral Makarov və Vereşşagin də daxil olmaq üzrə şəxsi heyətin böyük hissəsi həlak olur. Vereşşaginin son işi ola, admiral Makarovun rəhbərlik etdiyi müharibə toplantısını təsvir etdiyi rəsm, zərər görmədən ələ keçirilir.
İrsi
Perm diyarındakı, Vereşşagino qəsəbəsinə və 1978-ci ildə sovet astronom Lüdmila Zuravlyova tərəfindən kəşf edilən kiçik bir asteroidə 3410 Vereşşagin adı verilmişdir.
"Müharibənin apofeozu" əsəri çex ağır metal qrupu olan Arakainin Farao albomunun örtük fotosu üçün istifadə olunmuşdur.
Qalereya
Qaliblər
Gözlənilməz hücum
Hücumdan sonra
Şipka ərazisi
Məğlubiyyət. Dua
Borodino yüksəkliklərində Napoleon, 1897
Plevna, hücumdan əvvəl. 1881
Şipka-Şeynovo. Skobelev Şipkada
Udaypurda hindu məbədi, 1874—1886
Səmərqənd, 1869
Dəvə üzrəində ərəb, 1869-1870
Baniya (tacir). Mumbay, 1874-1876
Əfqan, 1867-1868
Buxara döyüşçüsü (sərbaz), 1873
Bxil, 1884
Alatau dağlarında. 1869-1870
Fəth edilən Moskvada ("Kremldə edam"), 1887-1888
Müşahidə, 1873
Himalay axşamları, 1875
Himalay ponisi, 1875
Caypurda atlı döyüşçü, 1881
Krım dağlarının görünüşü
İki yəhudi, 1883-1884
Səhərin erkən saatlarında qala yüksəkliyindən Səmərqəndin əsas küçəsinin görünüşü, 1869-1870
Kəşmirdəki dağ çayı, 1875
Əmir Teymur qapısı, 1872
İki şahin(Başıbozuklar), 1878-1879
Yapon qadını, 1903
Pars rahibi. Mumbay, 1874-1876
Nikolun ikonası, 1894
Tac Mahal muzeyi, 1874-1876
Molla Rəhim və molla Kərim bazara gedən yolda, 1873
Çu çayı üzərindəki qırğız çadırları, 1869-1870
Bayram geyimlərində dərvişlər, 1869-1870
Çuquçakda bağ qapısı, 1869-1870
Kalmık ibadətgahı, 1869-1870
Zəngin qırğız ovçu şahin ilə, 1871
Casus
Adyutant
Karvansarayın həyətində dəvə
Dutarist
Kalmık laması
Qırğız
Alatau dağlarında köçəri yolu
Əmir Teymur mavzoleyi, Səmərqənd
Səmərqənddəki arıçılar
Qırğız köçü
Çin məbədinin qalıqları. Ağ-kənd
Müharibə haqqında
Ölümcül yaralı
Məscidin qapısında
Daşkənddə özbək qadın
Türk morqu. 1877-1878-ci illər müharibəsində türk morqu
Ədəbiyyat
- Pleshakov, Constantine. "The Tsar's Last Armada-The Epic Voyage to the Battle Of Tsushima." (2002).
- Verestchagin, Vassili. (1887). Vassili Verestchagin, painter, soldier, traveler; autobiographical sketches (F. H. Peters, translator). London, R. Bentley & Son. OCLC 1097646
- Kowner, Rotem (2006). "Historical Dictionary of the Russo-Japanese War". Scarecrow. 620pp. ISBN 0-8108-4927-5
- Leonard D. Abbott, "Verestchagin, Painter of War." The Comrade (New York), vol. 1, no. 7 (April 1902), pp. 155–156.
- Art Institute of Chicago, Works of Vassili Verestchagin: an Illustrated, descriptive catalogue and two appendixes to the catalogue Realism and Progress in Art by Verestchagin.
- W. T. Stead, "Vassili Verestchagin: Character Sketch," Review of Reviews (London), vol. 19 (January 1899), frontispiece, 22–33.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vasili Vereşşagin haqqında məlumat. Vasili Vereşşagin nədir? Vasili Vereşşagin nə deməkdir?
