Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bakirə Məryəmin doğması  · İsanın çarmıxa çəkilməsi  · İsanın dirilməsi  · Pasxa  · İsa Xristianlıqda

Əhdi-Cədid

  • Ana Səhifə
  • Vikipediya
  • Əhdi-Cədid

Xristianlıq

İsa

Bakirə Məryəmin doğması  · İsanın çarmıxa çəkilməsi  · İsanın dirilməsi  · Pasxa  · İsa Xristianlıqda

Erkən Dövr

Həvari  · Kilsə  · İnanc  · İncil  · Allahın Padşahlığı  · Septuaginta  · Yeni Əhd

Bibliya
Əhdi-Ətiq  · Əhdi-Cədid  ·
Xristian kanonları  · Apokrif

Teologiya
Bağışlanma  · Vəftiz  · Xristologiya  · Ata  · Oğul  · Müqəddəs Ruh  ·
İnsan  · Xilas  · Esxatologiya  · Üç üqnum
Tarix və Ənənələr
Xronologiya  · Məryəm  · Pyotr  · Pavel  ·
Erkən  · I Konstantin  ·
Kilsə məclisi  ·
Xristianlıqda bölünmə  · Xaç yürüşləri  ·
Reformasiya
Məzhəblər və Hərəkatlar
Qərbi
Adventist · Anabaptist · Anglikan · Baptist · Kalvinizm · Evangelizm · Müqəddəslik · Luteran · Medotist · Qədim Kilsə · Protestant · Əllinci · Katolik kilsəsi
Şərqi

Pravoslav · Katolik kilsəsi · Şərqi Pravoslav · Konstantinopol Pravoslav Kilsəsi

Hərəkatlar

Yehova şahidləri · Sonuncu gün · Unitarianizm · Kristafel · Birlik pentekostalizmi


Əsas mövzular
Mədəniyyət  · Xristianlığın tənqidi  · Ekumenizm  · Ayin ili  · Liturgiya  · Musiqi  · Vəftiz  · Digər dinlər  · Dua  · Vəz  · Simvolizm

Xristianlıq

  • bax
  • müzakirə
  • redaktə

Əhdi-cədid və ya Yeni Əhd – xristianların müqəddəs kitabı Bibliyanın ikinci bölməsi. Əhdi-cədidin ilk dörd kitabı İncil adlanır.

Mündəricat

Əhdi-cədidin məzmunu

Əhdi-cədid 27 kitabdan ibarət olub qədim yunan dilində yazılmışdır. İlk dörd kitab İncildir. Ondan sonra Həvarilərin İşləri Kitabı, həvari Paulun yazdığı 13 Məktub, İsa Məsihin digər həvariləri və yaxın ardıcılları tərəfindən yazılmış 7 Məktub və müəllifi məlum olmayan "İbranilərə Məktub" yer alır. Əhdi-cədidin son kitabı "Yəhyaya nazil olan Vəhy"dir.

İncil Xilaskar İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. Məktublar ilk kilsəyə (imanlılar cəmiyyəti) yol göstərmək üçün yazılıb. Vəhy Kitabı insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayan peyğəmbərlik kitabıdır.

Əhdi-cədidin qədim əlyazmaları

Əhdi-cədidin bir çox qədim əlyazmaları müxtəlif muzey və kitabxanalarda saxlanır. İncilin ilk əlyazmaları, çox güman, o dövrdə geniş şəkildə istifadə edilən, amma davamlı olmayan papirusların üzərində yazılmışdır.

İngiltərənin Mançester şəhərində yerləşən Con Raylands Kitabxanasında, Əhdi-cədidin bilinən ən qədim nüsxəsinin bir parçası saxlanılır. Eramızın 130–140-cı illərinə aid olan və Con Raylands Papirusu kimi bilinən bu parçanın üstündə, Yəhyanın Müjdəsinin kiçik bir hissəsi yazılmışdır. Bu papirus kiçik olmaqla bərabər, Yəhyanın Müjdəsinin yazılma tarixindən sadəcə olaraq 40–50 il sonrasına aid olması baxımından xüsusi əhəmiyyətə malikdir.

İsveçrənin Cenevrə şəhərinin yaxınlığında yerləşən Bodmer Kitabxanasında da mühüm papiruslar saxlanmaqdadır. Onlardan biri, eramızın 200-cü ilinə aid olan Yəhyanın Müjdəsidir. Yenə də eyni illərə aid, İncilin Matta, Mark, Luka və Yəhyadan ibarət olan bir nüsxə, çürümə səbəbilə hal-hazırda Lukanın son yarısı ilə Yəhyanın ilk yarısını əhatə edir.

İrlandiyanın paytaxtı Dublində yerləşən Çester Bitti Kitabxanasında bəzi mühüm əlyazmalar saxlanılır. Müjdələrin, Həvarilərin İşləri Kitabının və Vəhyin əlimizdə olan ən qədim nüsxələri, habelə həvari Paulun Məktublarından eramızın 180–200-cü illərinə aid olan ən qədim əlyazması burada saxlanılır.

Əhdi-cədidin qədim əlyazmaları başqa qədim əsərlərin əlyazmalarından sayca çoxdur. Homerin əsərlərinin 110, Vergili və Sofoklun əsərlərinin təqribən 100, Esxilin 50, Platonun 11 əlyazması qaldığı halda, Əhdi-cədidin tamamı və hissələrinin əlyazmaları 5 300-dən artıqdır.

Əhdi-cədidin Azərbaycanda yayılması

Əhdi-cədidin Azərbaycan dilinə tərcüməsi XIX əsrin ortalarından başlamışdır. 1878-ci ildə Əhdi-cədid bütövlükdə tərcümə olunmuş və Londonda nəşr olunmuşdur. 1982-ci ildə Əhdi-cədid Mirzə Xəzər tərəfindən tərcümə olunub kirill əlifbası ilə nəşr olunmuşdur. Bu tərcümə sonrakı illərdə beş dəfə yenidən nəşr edilmişdir. 2009-cu ildə Müqəddəs Kitab Şirkətinin yeni tərcüməsi latın əlifbası ilə çıxmışdır.

Həmçinin bax

  • Əhdi-ətiq

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əhdi-Cədid haqqında məlumat. Əhdi-Cədid nədir? Əhdi-Cədid nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 11, 2026

    Su

  • Fevral 23, 2026

    14 avqust

  • Fevral 20, 2026

    Ontario

  • Fevral 15, 2026

    Türkmənistan

  • Fevral 23, 2026

    Həyat ensiklopediyası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst