Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tutayuq Validə Xaspolad qızı (23 sentyabr 1914, Şuşa – 12 noyabr 1980, Gəncə) — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949), pr

Validə Tutayuq

  • Ana Səhifə
  • Vikipediya
  • Validə Tutayuq

Tutayuq Validə Xaspolad qızı (23 sentyabr 1914, Şuşa – 12 noyabr 1980, Gəncə) — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949), professor (1950), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1968).

Validə Tutayuq
Validə Xaspolad qızı Tutayuq
Doğum tarixi 23 sentyabr 1914
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 12 noyabr 1980 (66 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Elm sahəsi biologiya
Elmi dərəcəsi biologiya elmləri doktoru
Elmi adı Professor
İş yeri
  • Botanika İnstitutu (1957–1962)
Təhsili Azərbaycan Kənd Təsərrüfatı İnstitutu
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1974
"Oktyabr inqilabı" ordeni"Şərəf nişanı" ordeni

Mündəricat

Həyatı

1914-cü ildə Şuşada doğulmuşdur. Validə Tutayuq 1980-ci ildə vəfat etmişdir.

Təhsili

1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Bağçılıq və bostançılıq" fakültəsinə qəbul olmuşdur.

1932-ci ildə institutda preparator vəzifəsinə qəbul edilən V. Tutayuq elə bu vaxtdan etibarən axşam təhsili ilə yanaşı əmək fəaliyyətinə başlayır.

1934-cü ildə aspiranturaya qəbul olunur, K.A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına ezam edilir, sonralar doğma institutuna qayıdır .

Fəaliyyəti

1939-cu ildən botanika kafedrasına başçılıq etmişdir. 1949-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, 35 yaşında biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadın olmuşdur.

1957-ci ildə Azərbaycan SSR EA Botanika İnstitutuna direktor təyin olunur.

O, geniş profilli botanika və biologiya üzrə milli kadrların hazırlanması üçün Azərbaycan dilində ilk dərsliklərin müəllifidir. 1968-1972-ci illərdə V.Tutayuqun rəhbərliyi ilə Azərbaycanın qış və yay otlaqlarının geniş geobotaniki tədqiqi aparılmışdır.

Əsərləri

V.Tutayuq 250-dən artıq elmi əsərin, o cümlədən, 10 dərsliyin, 9 monoqrafiyanın müəllifidir. O, Azərbaycan KP MK-nın üzvü olmuşdur.

1939-1980-ci illərdə AKTİ-nin botanika kafedrasının müdiri, dekan, prorektor, Azərbərbaycan EA Botanika İnstitutunun anatomiya və morfologiya laboratoriyasının müdiri, direktoru vəzifələrində çalışmışdır. Elmi-tədqiqatı, əsasən, Azərbaycan dendroflorasının, çiçəyin teratologiyasının öyrənilməsinə həsr edilmişdir. AKP MK üzvü olmuşdur (1956-1960). Botaniklərin 9-cu Beynəlxalq konqresində (Monreal, 1950) məruzə etmişdir.

Mükafatları

O, “Şərəf nişanı” ordeni (1943), “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində fədəkar əməyinə görə” medalı (1945), SSRİ Ali Təhsil Nazirliyinin qərarı ilə “B.Miçurinin anadan olmasının 100 illiyi xatirəsinə” yubiley medalı (1955), Respublikanın xalq təsərrüfatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Fəxri fərmanla (1960) təltif edilmiş, “Əməkdar elm xadimi” adına (1974) layiq görülmüşdür.

İrsi

Haqqında "Çinara bənzəyən insan" adlı film çəkilmişdir.

2008-ci ildə Azərbaycan televiziyasında istehsal olunan Akademik Validə Tutayuq adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.

Həmçinin bax

  • Tutayuqlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Validə Tutayuq haqqında məlumat. Validə Tutayuq nədir? Validə Tutayuq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Göygöl

  • Fevral 27, 2026

    Canəli Əkbərov

  • Fevral 23, 2026

    Əhli-Sünnət

  • Fevral 27, 2026

    Qrimm qardaşları

  • Fevral 27, 2026

    Manilik

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst