Muheyyiz ayini — müsəlmanların "Cahiliyyə dövrü" adlandırdıqları İslamdan əvvəlki dövrdə ərəblərin qız uşaqları üçün keçirdikləri yetkinliyə giriş ayinidir.
Ayinin keçirildiyi məkan
Darunnədvədə keçirilən bu ayində ilk dəfə aybaşı olan qızlar iştirak edərdi. Ayində iştirak edən qızlara öz yaşlarını hesablamaq və evlənmək icazəsi verilirdi. Bu ayinə qədər isə onlara öz yaşlarını hesablamaq qadağan idi.
Ayinin icraçısı və iştirakçıları
Ayinin içraçısı Qusayoğulları idi. Məlum olan ilk icraçı Qusayoğullarından Abdiddaradır. Ayində ilk dəfə aybaşı olan qızlarla yanaşı, Qusayoğulları və yaşı 40-ı keçmiş Qureyşin başçıları iştirak edirdi.
Ayin prosesi və mənası
Yetkinlik çağına çatmış qızlara "dir" (ərəb. درع) adlanan köynək geyindirilərdi. Bu köynəyin açıq buraxılan hissəsi çırılıb qıza geyindirilirdi. Daha sonra qız evinə aparılar və evində normal şəkildə geyindirilərdi.
Ayinin mənası:
Bu qız artıq yetkindir və bu qızla evlənmək istəyən evlənə bilər. Bu mərasim isə hər kəsin önündə keçirildi.
Ayinin təsirləri
Aişənin yetkin olduğu halda "6 yaşında nişanlandım, 9 yaşında evləndim" deməsi bu ayinin (İslam ənənələrinə zidd olunduğu üçün qadağan edilsə də) və adətin İslamdan sonra da təsirinin davam etdiyini, qadınların aybaşı olduqdan sonra yaşlarını hesablamağa başladıqları və bunu davam etdirdiklərini sübut edir.
Həmçinin bax
- Bar və Bat Mitzvah
- Darunnədvə
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muheyyiz ayini haqqında məlumat. Muheyyiz ayini nədir? Muheyyiz ayini nə deməkdir?