Valeh Əyyub oğlu Bərşadlı (6 iyul 1927, Eyvazlı, Zəngəzur qəzası – 15 may 1999, Bakı) — general-leytenant, Azərbaycanın ilk müdafiə naziri (1991).
| Valeh Bərşadlı | |
|---|---|
| |
| may 1992 – 4 sentyabr 1992 | |
| Əvvəlki | Şahin Musayev |
| Sonrakı | Nurəddin Sadıqov |
| 5 sentyabr 1991 – 11 dekabr 1991 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | Tacəddin Mehdiyev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 6 iyul 1927 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 15 may 1999 (71 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | hərbi qulluqçu |
| Rütbəsi | |
| Təltifləri | |
Həyatı
Valeh Bərşadlı 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlmişdir. Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirmişdir. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur. 1992-ci ildə tutduğu vəzifədən istefa vermişdir.
Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, taqım komandirliyindən ən nəhəng ordulardan (Almaniya Demokratik Respublikasında yerləşən sovet qoşun birləşmələrindən) birinin müavinliyinə qədər yüksəlmişdir.
15 may 1999-cu il tarixində vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Valeh Bərşadlı haqqında məlumat. Valeh Bərşadlı nədir? Valeh Bərşadlı nə deməkdir?
