Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tacəddin Mehdiyev, 11 dekabr 1991-ci ildə müdafiə naziri vəzifəsinə gətirilmişdir. Qarabağ münaqişəsi zamanı ingilis jurnalist Tomas de Vaalın Tacəddin Mehdiyev

Tacəddin Mehdiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Tacəddin Mehdiyev

Tacəddin İbrahim oğlu Mehdiyev — General-mayor, Azərbaycan Respublikasının sabiq müdafiə naziri.

Tacəddin Mehdiyev
Tacəddin Mehdiyev
Azərbaycan Respublikasının Müdafiə naziri
11 dekabr 1991 – 17 fevral 1992
ƏvvəlkiValeh Bərşadlı
SonrakıŞahin Musayev
Şəxsi məlumatlar
Doğum yeri Şəmkir
Fəaliyyəti hərbi qulluqçu
Rütbəsi General-mayor

Mündəricat

Azərbaycanın Müdafiə naziri

Tacəddin Mehdiyev, 11 dekabr 1991-ci ildə müdafiə naziri vəzifəsinə gətirilmişdir. Qarabağ münaqişəsi zamanı ingilis jurnalist Tomas de Vaalın Tacəddin Mehdiyevdən götürdüyü müsahibəsindən:

" Tacəddin Mehdiyev: Bizim bir dənə də olsun hərbi təchizatımız yoxdur... Təchizat üçün müxtəlif yerlərlə əlaqə yaratmaq da mümkünsüzdür... Mobil telefonu bu günlərdə əldə etmişik. Lakin heç kimlə əlaqə yarada bilmirik. Bütün danışıqlarımız düşmənlər tərəfindən nəzarət altındadır. Telefon xəttlərinin demək olar ki, hamısı zəbt olunmuş ərazilərdən keçir və bütün danışıqlar asanlıqla eşidilir. Nə kazarmamız, nə təlim məşq üçün xüsusi ərazi, nə də silahmız var... "

Hələ nazir postunda olarkən Tacəddin Mehdiyev özü şəxsən 1992-ci il 25 yanvar tarixində Daşaltı kəndini erməni işğalından azad etmək üçün baş tutmuş əməliyyata rəhbərlik etmişdir. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edirdi. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan taqımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirmişdir.

17 fevral 1992-ci ildə ermənilərin törətdiyi Qaradağlı soyqırımından sonra tutduğu vəzifədən azad edilmişdir.

Sonrakı illər

2005-ci ildə 99 saylı Şəmkir kənd seçki dairəsindən parlament seçkiləri zamanı namizədliyini irəli sürsə də, lakin deputat seçilməmişdir.

Həmçinin bax

  • Daşaltı əməliyyatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tacəddin Mehdiyev haqqında məlumat. Tacəddin Mehdiyev nədir? Tacəddin Mehdiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Troya müharibəsi

  • Fevral 27, 2026

    Embrion

  • Fevral 27, 2026

    Adi şaftalı

  • Fevral 27, 2026

    Prizma

  • Fevral 27, 2026

    Yəhya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst