Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dunqanlar- Huey xalqının Orta Asiyadakı hissəsinin adı. XIX əsrdə baş vermiş üsyanın yatırılmasından sonra hakimiyyətin cəza tədbirlərindən xilas olmaq məqsədil

Dunqanlar

  • Ana Səhifə
  • Vikipediya
  • Dunqanlar

Dunqanlar- Huey xalqının Orta Asiyadakı hissəsinin adı. XIX əsrdə baş vermiş üsyanın yatırılmasından sonra hakimiyyətin cəza tədbirlərindən xilas olmaq məqsədilə, o vaxtkı Rusiya imperiyasının ərazisi olan Orta Asiyaya qaçmaq məcburiyyətində qalmışlar. Həmin dövrdən etibarən orada məskən salaraq, yaşamağa başlamış, yerli əhali tərəfindən dunqan adı ilə tanınmışlar. Onların rəsmi surətdə bu adı almaları yalnız SSRİ-nin dövründə, 1924-cü ildə baş vermişdir. Sayları Qazaxıstanda 40 min, Qırğızıstanda isə təxminən 60 minə yaxındır. Buradan başqa Özbəkistan, Tacikistan və Rusiya Federasiyasında da kompakt şəkildə yaşayırlar. Onlar əsasən kənd təsərrüfatı, ticarət və restoran biznesi ilə məşğul olurlar. O da çox maraqlıdır ki, dunqanlar Orta Asiyada ən aşağı sosial vəziyyətə və ən çox dini özünüdərk duyğusuna malik xalq hesab edilirlər. Onların yalan danışmamaları, ticarətlə məşğul olsalar belə, alıcıları aldatmamaq kimi xislətləri qonşu xalqların arasında bir zərb-məsəl halına gəlmişdir.

Dunqanlar özünəməxsus mədəniyyətə malikdirlər və qonşu xalqlar içərisində öz ənənələrinə görə də seçilirlər. Qırğızıstanın Karakol şəhərində XX əsrin əvvəllərində inşa edilmiş taxta məscid onların memarlıq ənənələrini özündə əks etdirir. Onun inşaatına memar Çjou Sı rəhbərlik etmişdir. Məscid dördbucaq formada, qranit səkiyə alınmış süni təpənin üzərində inşa edilmişdir. Məbəd dunqanların dünyagörüşlərinə uyğun olaraq, yaşıl, sarı və qırmızı boyalarla rənglənmişdir. Bu rənglərin hər biri özündə simvolik mənalar daşımaqdadır. Qırmızı - xoşbəxtliyə, yaşıl – uğura, sarı isə möhtəşəmliyə işarədir. Başqa müsəlman xalqlarından fərqli olaraq, dunqanlarda İslamın rəngi yaşıl deyil, sarı kimi qəbul olunmuşdur.

Müasir dövrdə dunqanlar Qırğızıstanda ictimai həyatda fəal iştirak edir. Onların dilində qəzet nəşr edilir, radioverilişlər aparılır, ictimai birlikləri fəaliyyət göstərir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dunqanlar haqqında məlumat. Dunqanlar nədir? Dunqanlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rəqəmsal elektronika

  • Fevral 27, 2026

    Vittoriya

  • Fevral 27, 2026

    Dance-pop

  • Fevral 27, 2026

    Qarabağlar (Şərur)

  • Fevral 27, 2026

    Cannabis

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst