Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Umayra Tağıyeva (tam adı: Umayra Rauf qızı Tağıyeva; 3 aprel 1968, Bakı) — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorol

Umayra Tağıyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Umayra Tağıyeva

Umayra Tağıyeva (tam adı: Umayra Rauf qızı Tağıyeva; 3 aprel 1968, Bakı) — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru (2018–2023). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini (2023-cü ildən). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun sabiq müdiri (2018), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi. Coğrafiya üzrə fəlsəfə doktoru.

Umayra Tağıyeva
Umayra Tağıyeva Rauf qızı
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini
Vəzifədədir
2023-cü ildən
    Şəxsi məlumatlar
    Doğum tarixi 3 aprel 1968(1968-04-03) (57 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Milliyyəti azərbaycanlı
    Vətəndaşlığı

    SSRİ SSRİ

    →
    Azərbaycan Azərbaycan
    Təhsili
    • Azərbaycan Dövlət Pedaqoji Universiteti
    Fəaliyyəti alim
    Atası Rauf Tağıyev
    Elmi fəaliyyəti
    Elmi dərəcəsi coğrafiya üzrə fəlsəfə doktoru
    Elmi adı
    • dosent
    Tanınır iqlimşünas

    Təltifləri "Qızıl medal"
    "Fərqlənmə diplomu"
    "Əməkdar mühəndis"
    "Fəxri fərman"
    3-cü dərəcəli "Əmək" ordeni

    Mündəricat

    Həyatı

    Tağıyeva Umayra Rauf qızı 3 aprel 1968-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.1985-ci ildə Bakı şəhəri 6 saylı məktəbi bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-fizika fakültəsinə daxil olmuş, 1990-cı ildə Universiteti Fərqlənmə diplomu ilə bitirmişdir.

    Fəaliyyəti

    Əmək fəaliyyəti

    1990-cı ildə əmək fəaliyyətinə Azərbaycan Hidrometereologiya İdarəsinin (1992-ci ildən Azərbaycan Dövlət Hidrometereologiya Komitəsi) Proqnozlar bölməsində texnik-sinoptik vəzifəsindən başlamış, sonra mühəndis, aparıcı mühəndis, 1993-cü ildən Uzunmüddətli proqnozlar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1998-ci ildə Azərbaycan Qadınlarının Birinci Respublika Qurultayının nümayəndəsi olmuşdur.2001-ci ildə Respublika Prezidentinin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Nazirliyin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun direktoru, 2007–2009-cu illərdə Milli Hidrometereologiya Departamentinin direktor müavini, sonra Hidrometereoloji Proqnozlar Bürosunun direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir.

    2008–2011-ci illərdə Birləmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Azərbaycan Respublikası üzrə Milli Əlaqələndiricisi olmuşdur. 2007-ci ildən hazırkı vaxtadək Ümumdünya Metereologiya Təşkilatında Azərbaycanın Daimi nümayəndəsidir. 1998-ci ildən bir sıra beynəlxalq, regional, milli proqram və layihələrdə ekspert və qrup rəhbəri, 2006–2009-cu illərdə İqlim Dəyişmələri üzrə İkinci Milli Məlumatı Koordinatoru olmuşdur. Fəaliyyət göstərdiyi müddətdə keçirilən beynəlxalq konfrans, simenar və treninqlərdə iştirak etmişdir. 15 elmi məqalənin müəllifi, 2 elmi əsərin həmmüəllifi, olmuşdur. Coğrafiya üzrə fəlsəfə doktorudur. U. R. Tağıyeva 26 yanvar 2015-ci ildən AMEA akad. H. Ə. Əliyev adına Coğrafiya institutunun iqlimşünaslıq və aqroiqlim şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 2018-ci ildə bir müddət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun müdiri vəzifəsində çalışmışdır.

    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru (10 dekabr 2018 – 30 iyun 2023).

    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər ekologiya və təbii sərvətlər nazirinin müavini (2023-cü ildən).

    Elmi fəaliyyəti

    Elmi əsərləri

    Umayra Tağıyeva 3 kitab, bir çox elmi məqalələrin müəllifidir.

    1. UmayraTaghiyeva, Xuebin Zhang, Enric Aguilar, SerhatSensoy and others. Trends in Middle East climate extreme indices from 1950 to 2003. JOURNAL OF GEOPHYSICAL RESEARCH, D22104, 12 PP., USA, 2005doi:10.1029/2005JD006181. VOL. 110.
    2. Тагиева У. Р. Многолетние изменения температуры воздухав Гянджа-Газахском экономическом районе Азербайджана. Вестник Кыргызско-Российского Славянского Университета. Том 10, № 12. Бишкек, 2010, s. 148–156.
    3. ГадиуевУ. Дж.,Тагиева У. Р. Некоторые закономерности распределения температуры воздухана территории Гянджа-Газахского экономического района. BakıUniversitetininXəbərləri. № 4. Bakı, 2010.
    4. M. G. Akperov, I. I. Mokhov, U. Tagiyeva, M. A. Dembitskaya. Cyclone/anticyclone activity over the Caspian Sea basin // Research Activities in Atmospheric and Oceanic Modelling. E. Astakhova (ed.), WCRP Report № 16/2017, 2017.

    Kitabları

    1. AliyevI., TaghiyevaU., KarabakhlyE., MehdiyevB. Educational Proqramme on climate change and conservation of agro-biodiversity for decision-makers and population. Educational Proqramme. UNDP in Azerbaijan and GEF. Baku, 2013, 86 p. (Azərbaycan və ingilis dillərində).
    2. Tağıyeva U. R., Əhmədova C. N. Tibbi-meteoroloji proqnozların hazırlanması üçün metodik vəsait (azərbaycan və ingilis dillərində). Bakı, 2015, 44 s.

    Mükafatları

    • "Qızıl medal"
    • "Fərqlənmə diplomu"
    • 2004-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmiş,
    • 22 may 2009-cu ildə isə ölkə Prezidentinin 298 saylı Sərəncamı ilə Respublikanın Əməkdar Mühəndisi fəxri adına layiq görülmüşdür.
    • 22 may 2020-ci ildə Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə Umayra Tağıyeva III dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

    Həmçinin bax

    • Rəhman Atakişiyev
    • Əliabbas Mədətzadə

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Umayra Tağıyeva haqqında məlumat. Umayra Tağıyeva nədir? Umayra Tağıyeva nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Motel

    • Fevral 27, 2026

      Razmiyan

    • Fevral 25, 2026

      Sarmatlar

    • Fevral 27, 2026

      Daşaltı məscidi

    • Fevral 27, 2026

      I Rocer

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst