Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vüqar Aydın oğlu Qaradağlı (24 noyabr 1966, Bakı) — müəllim, alim, jurnalist, filologiya elmləri doktoru, dosent, BDU-nun professoru, Azərbaycan Respublikasının

Vüqar Qaradağlı

  • Ana Səhifə
  • Vikipediya
  • Vüqar Qaradağlı

Vüqar Aydın oğlu Qaradağlı (24 noyabr 1966, Bakı) — müəllim, alim, jurnalist, filologiya elmləri doktoru, dosent, BDU-nun professoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2010).

Vüqar Qaradağlı
Doğum tarixi 24 noyabr 1966(1966-11-24) (59 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Aydın Qaradağlı
Anası Gültəkin Cabbarlı
Elm sahəsi şərqşünaslıq
Elmi dərəcəsi dosent
Elmi rəhbəri Vasim Məmmədəliyev
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20102010

Mündəricat

Həyatı

Vüqar Qaradağlı 1966-cı il noyabrın 24-də Bakıda anadan olub. 1983-cü ildə orta məktəbi, 1990-cı ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. 1985–1987-ci illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə Bakı Dövlət Universitetindən başlayıb. Bu universitetin baş laborantı (noyabr, 1990 – may, 1991), tədris hissəsinin böyük inspektoru (1991, may – oktyabr, 1992), Ərəb filologiyası kafedrasının müəllimi (oktyabr, 1992 – mart, 1994), Baş müəllimi (mart, 1994 – dekabr, 2006) vəzifələrində çalışıb. 1994-cü ilin fevralından 1999-cu ilin sentyabr ayınadək BDU-nun İlahiyyat fakültəsinin ilk dekan müavini işləyib. 2006-cı ilin dekabrından Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının dosentidir. 2012–2017-ci illərdə Azad Azərbaycan MTRK-nın prezidenti olub.

2022-ci ilin fevral ayından Ərəb filologiyası kafedrasının müdiridir. Filologiya elmləri doktorudur.

Ailəsi

Ailəlidir, 2 övladı var.

Aydın Qaradağlı ilə Gültəkin Cabbarlının övladıdır. Həsənəliağa xan Qaradağskinin nəticəsidir.

Fəaliyyəti

1991–2011 Qurani-Kərimin Ziya Bünyadovla Vasim Məmmədəliyevin tərcüməsində Azərbaycan dilində çapdan çıxmış 12 nəşrinin redaktorudur.

2007, 1882 və 1888-ci illərdə A. O. Çernyayevski ilə S. H. Vəlibəyovun müəllifliyi ilə çıxmış "Vətən dili" kitabının əski əlifbadan transfoneliterasiyasının, ön söz, qeyd və cədvəllər, şərhlərin müəllifidir (92,5 çap vərəqi).

2012 "Təcvid" kitabının müəllifidir (22,5 çap vərəqi).

2012 "Qurani-Kərim: latın qrafikası ilə fonetik transkripsiyası (təcvidli, vurğulu)" kitabının müəllifidir (40 çap vərəqi).

Elmi-pedaqoji fəaliyyətlə yanaşı media sahəsində də mühüm işlərdə çalışıb. 1999-cu il mayın 5-dən işıq üzü görən "Bizim əsr" və elə həmin il iyunun 4-dən nəşrə başlayan "Naş vek" qəzetlərinin baş redaktoru olub. 1999-cu ildən efirə çıxan "Radio Lider"in və 2000-ci il sentyabrın 1-dən fəaliyyətə başlayan "Lider" televiziyasının daxil olduqları "Media-Holdinq"in baş direktoru işləyib (2006-cı il sentyabrın 1-dək). "Mərkəz" qəzetinin baş redaktoru olub (2008-ci ilin noyabr ayından 2010-cu ilin oktyabrınadək). 2012-ci il mayın 14-dən 2017-ci il sentyabrın 26-dək Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının prezidenti olub. Azərbaycanda ilk klassik musiqi televiziya kanalının (ATV-Vivaçe) yaradıcısıdır.

2018, 1882 və 1888-ci illərdə A. O. Çernyayevski ilə S. H. Vəlibəyovun müəllifliyi ilə çıxmış "Vətən dili" kitabının əski əlifbadan transfoneliterasiyasının, ön söz, qeyd və cədvəllər, şərhlərin müəllifidir (II nəşr. 143,5 çap vərəqi).

2022, 1882 və 1888-ci illərdə A. O. Çernyayevski ilə S. H. Vəlibəyovun müəllifliyi ilə çıxmış "Vətən dili" kitabının əski əlifbadan transfoneliterasiyasının, giriş sözü, şərhlərin müəllifidir (III nəşr. 15,5 çap vərəqi).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vüqar Qaradağlı haqqında məlumat. Vüqar Qaradağlı nədir? Vüqar Qaradağlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xırdayarpaq qarağac

  • Fevral 27, 2026

    Svetlana Medvedeva

  • Fevral 27, 2026

    Bayram xoca

  • Fevral 23, 2026

    Tbilisi

  • Fevral 27, 2026

    Alan Türinq

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst