Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aydın Çingiz oğlu Qaradağlı (20 avqust 1929, Quba – 28 yanvar 1980, Bakı) — Azərbaycanlı diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı. 1946-cı i

Aydın Qaradağlı

  • Ana Səhifə
  • Vikipediya
  • Aydın Qaradağlı

Aydın Çingiz oğlu Qaradağlı (20 avqust 1929, Quba – 28 yanvar 1980, Bakı) — Azərbaycanlı diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı. 1946-cı ilin dekabr ayının 18-dən Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləmişdir. Azərbaycan SSR əməkdar artisti (1964), ürəklərə nüfuz edən, aydın, təmiz, cilalanmış, məlahətli səs sahibi idi.

Aydın Qaradağlı
Aydın Çingiz oğlu Qaradağlı
Doğum tarixi 20 avqust 1929
Doğum yeri Quba, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 28 yanvar 1980 (50 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Gültəkin Cabbarlı
Uşaqları Xanım Qaradağlı, Aygül Qaradağlı, Vüqar Qaradağlı
Milliyyəti azərbaycanlı
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Fəaliyyəti diktor
Mükafatları Azərbaycan SSR əməkdar artisti

Həyatı

Aydın Qaradağlı 20 avqust 1929-cu ildə Qubada anadan olub. 1944-cü ildə orta məktəbi, 1945-ci ildə Gəmiçilik məktəbini (Azərbaycan Dövlət Dəniz Akademiyasını) bitirib. 1946-cı il dekabr ayın 18-də Azərbaycan SSR dövlət radiosuna diktor vəzifəsinə işə qəbul olunmuşdur. 1948-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Teatr məktəbini (aktyor ixtisası ilə), 1949-cu ildə Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib. 1951–1954-cü illər (1951-Gürcüstan SSR, 1952–1954-Rumıniya) Sovet Orsusunda xidmət edib. 1955-ci ildə Gültəkin xanım Cabbarlı ilə ailə həyatı qurub. 1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olur. 1961–1966-cı illərdə – M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda oxuyub. 1964-cü ildə Azərbaycan SSR əməkdar artist (diktorlar arasında ilk dəfə) fəxri adına layiq görülüb. 1966–1968-ci illərdə Dövlət Radiosunun Baş rejissor, 1970-ci ildə isə Proqram Baş redaksiyasının Baş redaktoru vəzifələrində də çalışıb.

Azərbaycan radiosunun "Qızıl fond"unda Aydın Qaradağlının ifasında dünya klassiklərinin, o cümlədən, Nizami, Füzuli, Natəvan, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyarın və digər klassiklərinin, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin səs yazması qorunub saxlanılır.

1980-ci ilin 28 yanvar tarixində vəfat etmişdir.

Aydın Qaradağlının "Yeddi oğul istərəm" filmi üçün Gəray bəy roluna sınaq şəkli
  • Həsənəliağa xan Qaradağskinin nəvəsidir.
  • Aygül Qaradağlının atasıdır.
  • Vüqar Qaradağlının atasıdır.
  • Gültəkin Cabbarlının həyat yoldaşıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aydın Qaradağlı haqqında məlumat. Aydın Qaradağlı nədir? Aydın Qaradağlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Aleksandr Baqrationi

  • Fevral 27, 2026

    Yasaq şəhər

  • Fevral 27, 2026

    Avadanlıq

  • Fevral 27, 2026

    Əmtəə

  • Fevral 27, 2026

    NEC

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst