Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uma Karuna Turman (29 aprel 1970[…], Boston, Saffolk dairəsi[d], Massaçusets, ABŞ) — amerikalı aktrisa və keçmiş model. Ən çox rejissor Kventin Tarantinonun fil

Uma Turman

  • Ana Səhifə
  • Vikipediya
  • Uma Turman

Uma Karuna Turman (29 aprel 1970[…], Boston, Saffolk dairəsi[d], Massaçusets, ABŞ) — amerikalı aktrisa və keçmiş model. Ən çox rejissor Kventin Tarantinonun filmlərindəki rolları ilə tanınır. 1994-cü ildə rol aldığı "Kriminal qiraət" filmindəki performansına görə "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatlarına namizəd göstərilib. O, Kvenintin "Kill Bill" və "Kill Bill 2" filmlərində baş rolda çəkilmişdir. Bu filmlərə görə yenidən "Qızıl Qlobus" mükafatına namizədlik əldə etmişdir.

Uma Turman
ing. Uma Thurman
Uma Turman 2017-ci ildə
Uma Turman 2017-ci ildə
Doğum adı Uma Karuna Thurman
Doğum tarixi 29 aprel 1970(1970-04-29)[…] (55 yaş)
Doğum yeri
  • Boston, Saffolk dairəsi[d], Massaçusets, ABŞ
Həyat yoldaşı
  • Qari Oldmen (1990–1992),
  • İtan Houk (1998–2005)
Uşaqları 3 (Maya Houk, Levon Hawke daxil olmaqla)
Fəaliyyəti aktrisa, film prodüseri, kino aktrisası, model[d], ssenarist, televiziya prodüseri[d], televiziya aktrisası, səsləndirmə aktrisası[d]
Fəaliyyət illəri 1985-ci ildən
Təhsili
  • Li Strasberq Teatr və Film İnstitutu,
  • Peşəkar şagirdlər məktəbi[d]
Boyu 181 sm
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri
Golden Globe Award for Best Actress – Miniseries or Television Film — 2003
IMDb ID0000235
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Uma Karuna Turman 29 aprel 1970-ci ildə Massaçusets ştatının Boston şəhərində anadan olub. Onun atası Robert Turman Hind-Tibet Buddist Tədqiqatları professoru və yazıçı olmuşdur. Atası üç il Buddist rahibi kimi yaşamışdır. Umanın anası Nena fon Şlebrügge dəb modeli idi. Anası Nena, Mexiko şəhərində alman zadəgan və isveçli model Birgit Holmquistin ailəsində dünyaya gəlmişdir.

Turman Buddist dəyərləri ilə böyüyüb. O, Şimali Hindistanın Uttarakhand ştatındakı Almora şəhərində təxminən iki il vaxt keçirmişdir. Uma Massaçusets ştatının Amherst şəhərində boya-başa çatıb. Burada Amherst Regional Junior Liseyində oxuyub, sonralar Nyu-Yorkun Vudstok şəhərinə köçüb. Umanın Qanden (1967), Deçen Karl (1973) və Mipam (1978) adlı üç qardaşı var. Onun atasının əvvəlki evliliyindən dünyaya gəlmiş Taya (1961) adlı ögey bacısı da var. O, həmçinin isveçli futbolçu Max von Schlebrügge ilə qohumdur.

2004-cü ildə nəşr olunan bioqrafiyasında o, özünün yeniyetmə ikən utancaq və introvert olduğunu bildirmişdir. Başqaları onun görünüşünə və özünəməxsus adına lağ edirdilər, ona əsl doğum adı ilə müraciət etmək əvəzinə "Uma Karen" ləqəbi ilə ələ salırdılar. Umanın cəmi on yaşı olanda dostunun anası ona rinoplastika etdirməyi məsləhət gördü. O, uşaq yaşlarında dismorfiyadan əziyyət çəkirdi. On dörd yaşında ikən o, Massaçusetsdə yerləşən hazırlıq məktəbi Northfield Mount Hermon Məktəbində təhsil almağa başladı. Burada olduğu müddətdə o, The Crucible tamaşasında Ebiqeyl kimi çıxış etdi. İstedad agentlikləri onun çıxışına heyran qalmışdılar. Onlar Umaya bununla peşəkarcasına məşğul olmaq şansı təklif etdilər. Bu heyrətamiz fürsəti düşünərək o, məktəbi atmaq və aktrisalıq karyerasına davam etmək qərarına gəldi.

Filmoqrafiya

  • Kriminal qiraət (1994)
  • Batman & Robin (1997)
  • Gattaca (1997)
  • The Avengers (1998)
  • Billi öldürmək: 1-ci hissə (2003)
  • Billi öldürmək: 2-ci hissə (2004)
  • Percy Jackson & the Olympians: The Lightning Thief (2010)
  • Nimfoman (2013)
  • Burnt (2015)
  • Qırmızı, ağ və kral mavisi (2023)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, uma turman sözünün mənası, uma turman haqqında məlumat. uma turman nədir? uma turman nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    2 aprel

  • Mart 01, 2026

    Tuşeti distansiyası

  • Fevral 27, 2026

    Misir yazısı

  • Mart 07, 2026

    Avqustin Voloşin

  • Fevral 27, 2026

    Dolğanlar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst