Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kventin Cerom Tarantino (ing. Quentin Jerome Tarantino; 27 mart 1963[…], Noksvill, Tennessi) — Amerika rejissoru, aktyoru və prodüseri.

Kventin Tarantino

  • Ana Səhifə
  • Vikipediya
  • Kventin Tarantino

Kventin Cerom Tarantino (ing. Quentin Jerome Tarantino; 27 mart 1963[…], Noksvill, Tennessi) — Amerika rejissoru, aktyoru və prodüseri.

Kventin Tarantino
ing. Quentin Tarantino
Doğum adı Quentin Jerome Tarantino
Doğum tarixi 27 mart 1963(1963-03-27)[…] (62 yaş)
Doğum yeri
  • Noksvill, Tennessi, ABŞ
Həyat yoldaşı
  • Daniyella Pik[d] (2018)[…]
Uşağı 2
Partnyorları
  • Mira Sorvino[d] (1995–1998)
  • Didem Erol[d] (2007–2011)
Atası Toni Tarantino[d]
Fəaliyyəti aktyor, ssenarist, kinorejissor, film prodüseri, kino aktyoru, yazıçı, montajçı[d], televiziya aktyoru, rejissor, prodüser, film ssenaristi[d]
Fəaliyyət illəri 1987-ci ildən
Boyu 185 sm
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi — 2013 Macarıstanın "Xidmətlərə görə" ordeni
Ən yaxşı ssenariyə görə "Qızıl qlobus" mükafatı — 1994 Ən yaxşı ssenariyə görə "Qızıl qlobus" mükafatı — 2013 Ən yaxşı ssenariyə görə "Qızıl qlobus" mükafatı — 2020 Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı — 1995 Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı — 2013 Golden Globe Award for Best Motion Picture – Musical or Comedy — 2020
IMDb ID0000233
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kventin Tarantino fəaliyyəti dövründə Oskar mükafatı, Qızıl Palma Budağı, Qızıl Qlobus və Britaniya kino və televiziya incəsənətləri akademiyası mükafatları qazanmışdı. Anası Konni Makxyu yerli aborigen tayfalarından olsa da, Los-Ancelesdə böyüyüb. Karyerası 1990-cı illərdə müstəqil filmlərdən başlamışdı. Çəkildiyi filmlər arasında "Quduz köpəklər" (1992), "Kriminal qiraət" (1994), "Şəfəqdən qüruba qədər" (1996) və "Billi öldürmək" (2003), "Şərfsiz əclaflar" (2009) daha məhşurdsur. Üslubu qeyri-xronoloji postmodernist süjetlər və zorla stilləşdirilmiş üslublardan fərqlənir. Fəaliyyətinin ilk on ilində artıq onun barəsində bioqrafik kitablar yazılır, tədqiqatlar aparılır, müxtəlif fikirlər söylənilir və qalmaqallar eşidilirdi.

Mündəricat

Rejissorluq xətti

Rejissorların çoxundan fərqli olaraq Tarantino öz sənədini özü, video prokatda klerk işləyərkən öyrənmişdir. Onun kinematoqrafiya zövqü orijinal "pop-culture" və "specialty movie" sintezi təsiri altında formalaşıb. Tarantinonun bütün kinolarına öz xüsusi xətti məxsusdur, ona görə də başqa rejissorların işlərini Tarantino filmləri ilə səhv salmaq çətindir.

Hər şeydən öncə onun filmləri dolaşıq və parçalanmış xronologiya axımı ilə fərqlənir, ondan başqa qanlı səhnələrin tam açıq və dəqiq nümayiş olunması, şiddət estetizasiyası və uzun dialoqların yer alması ilə fərqlənməkdədir. The Quentin Tarantino Archives saytın məlumatına görə (3 yanvar 2011) 2010-cu ilin ən yaxşı on filmi:

  • 1. "Toy story. Böyük qaçış."
  • 2. "Social network"
  • 3. "Animal kingdom"
  • 4. "I am love"
  • 5. "Tangled"
  • 6. "True grit"
  • 7. "The town"
  • 8. "Greenberg"
  • 9. "Cyrus"
  • 10. "Enter the void"

Tarantino filmlərinə başqa kiçik əlamətlər də məxsusdur. Qəhrəmanlar adətən "General motors" avtomobillərini, əsasən "Chevrolet" və "Cadillac" markalarını idarə edirlər. Filmlərin hamısında nəsə holland yer almaqdadır: "Reservoir köpəklər" filmində ilk "Little Green Bag" mahnısısnı George Baker ifa edib, söz və musiqini isə Jan Gerbrand Visser və Benjamino Bouwens yazıblar – onların hamısı hollanddır. "Kriminal qiraət" filmində qəhrəmanlar Amsterdam haqqında danışırlar, Vincent Vega holland piposunu çəkir, "Billi öldürtmək" filmində Uma Turman qəhrəmanının adi Beatriksdir (Niderland kraliçasının adı).

Demək olar ki Tarantinonun bütün filmlərində "mexican standoff" səhnəsi vardır, bu səhnədə bir neçə qəhrəman bir birlərinə silah yönəldirlər. Filmlərdə çox peşəkarcasına qəhrəmanların bədən hissələrinin kəsilməsi kimi imitativ səhnələr qurulub, böyük hissəsi kadrın arxasında qalan şiddət və qəddarlıq yer alır, bu elementlərin rejissorun filmlərində böyük yer almasına baxmayaraq, real həyatda Tarantino şiddətə nifrət edir.

Kinolarda çoxlu sayda "close up" ve daha çox "extreme close up"da çəkilmiş bədən hissələri və ya əşyalar var, maşının baqaj hissəsindən çəkən kamera rakursları rejissorun bütün filmlərində yer alır. Qəhrəmanların çoxu ləqəqləri var. Kinoda reklama nifrət etdiyinə görə, Tarantino tez tez uydurulmuş brendlərdən istifadə edir, misal üçün kinoların çoxunda "Red Apple" siqaretlərini görmək olar. Əsas qəhrəman ən azından bir cinayət işi görüb, bəzi filmlərində qəhrəmanlar ağ qara kostyum geyinirlər, dialoqlar daha çox kafe və restoranlarda aparılır.

Ssenarilərin çoxunda azyaşlı uşaqların valideynlərinin oldürülmə səhnələrini görmək olar. Misal üçün "Quduz köpəklər" filmində polis yalvarır: "Məni öldürmə, mənim balaca uşağım var!". Sonra isə onu soyuqqanlılıqla öldürürlər. "Billi öldürmək. 1-ci bölüm " filmində isə Beatriks balaca Nikinin gözü önündə onun anasını öldürür. "Şərəfsiz əclaflar" filmində Diane Kruger qəhrəmanı təzə ata olan alman əsgərini qətlə yetirir.

Daha çox Tarantino Harvi Keytel, Maykl Medsen, Uma Turman, Tim Rot, Semuel L. Cekson kimi aktyorlarla işləməyə üstünlük verir. Rejissorun hər filmində (Death Proof filmini nəzərə almasaq) Skorsezenin "Mean Streets" filmində oynayan aktyorlardan biri çəkilib.

Filmoqrafiya

  1. Quduz köpəklər (film, 1992) / Reservoir Dogs
  2. Kriminal qiraət (film, 1994) / Pulp Fiction
  3. Dörd otaq (film, 1995) / Four Rooms ("Hollivuddan olan adam" novellası)
  4. Ceki Braun (film, 1997) / Jackie Brown
  5. Billi öldürmək: 1-ci hissə (film, 2003) / Kill Bill: Vol. 1
  6. Billi öldürmək 2 (film, 2004) / Kill Bill: Vol. 2
  7. Ölümün sübutu (film, 2007) / Death Proof
  8. Şərəfsiz əclaflar (film, 2009) / Inglourious Basterds
  9. Azad olunmuş Canqo (film, 2012) / Django Unchained
  10. Mənfur səkkizlik (film, 2015) / The Hateful Eight
  11. Bir vaxtlar Hollivudda (film, 2019) / Once Upon a Time … in Hollywood

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kventin tarantino sözünün mənası, kventin tarantino haqqında məlumat. kventin tarantino nədir? kventin tarantino nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mixail Levandovski

  • Fevral 27, 2026

    Oraqdimdiklər

  • Mart 01, 2026

    Qurban Xəlilov

  • Fevral 27, 2026

    Qomindan

  • Mart 03, 2026

    Nima Yuşic

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst