Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ultan qalası Muğan düzündə, Araz çayının cənub sahilində, Ərdəbil ostanının Ultan kəndindən qərbdə, dəniz səviyyəsindən 67–73 m yüksəklikdə yerləşir. Yerli əhal

Ultan qalası

  • Ana Səhifə
  • Vikipediya
  • Ultan qalası

Ultan qalası — indiki İran ərazisində qala-şəhər.

Ultan qalası
Ölkə  İran
Şəhər Ərdəbil ostanı
Aidiyyəti Atropatena
Tikilmə tarixi IV—XVII əsrlər
Material kərpic
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.1671
KateqoriyaYaşayış yeri
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Ultan qalası (Azərbaycan)
Nöqtə
Ultan qalası

Ultan qalası Muğan düzündə, Araz çayının cənub sahilində, Ərdəbil ostanının Ultan kəndindən qərbdə, dəniz səviyyəsindən 67–73 m yüksəklikdə yerləşir. Yerli əhalinin Ultan qalası adlandırdığı bu şəhər xarabalıqlarının qala divarları ilə müdafiə olunan sahəsi düzbucaq biçimdə olub 33 hektar sahəni əhatə edir. Düzbucaqlının küncləri əsas coğrafi cəhətlərə istiqamətlənmişdir. Qalanı eni 10 m-ə çatan müdafiə xəndəyi əhatə edir. Şəhərin qala divarlarından bayırda cənub-qərb, cənub və şərq istiqamətlərində genişlənən rabad yerləşir. Rabadla birlikdə Ultan şəhər xarabalıqlarının ümumi sahəsi 70 hektara yaxındır. Arxeoloji qazıntılar məhdud miqyasda aparılmış, mədəni təbəqənin stratiqrafiyası müəyyənləşdirilmiş, şəhər istehkamları ilə bağlı bir çox suallara aydınlıq gətirilmişdir. Qalınlığı 5 m-ə çatan mədəni təbəqə yatımında dörd inşaat dövrü müəyyənləşdirilmiş, I və II inşaat qatlarında sasani və ərəb fəthləri dövrünün maddi mədəniyyət nümunələri, III və IV inşaat qatlarında isə IX-XI əsrin əvvəllərinə aid faktik materiallar əldə edilmişdir. İstehkam qalıqlarının tədqiqindən məlum olmuşdur ki, şəhərin ilk qala divarı çiy kərpicdən hörülmüş, qalınlığı 4 m olmuşdur. Bu qala divarı sel ilə dağıdıldıqdan sonra onun qalıqları üzərində nisbətən kiçik ölçülü kərpiclərdən yenisi inşa olunmuşdur.

Qazıntılar zamanı əldə olunan arxeoloji materiallar əsasən saxsı qab parçalarından ibarətdir və daha çox orta əsr Beyləqan şəhərinin saxsı məmulatı ilə oxşarlıq təşkil edir.

Tədqiqatçılar ehtimal edirlər ki, Ultan qalası Sasanilər dövründə tikilmiş qalalardandır. Göründüyü kimi, həmin qala Nadir şahın hakimiyyəti dövrünə kimi qorunub saxlanmış, lakin sonralar ruslarla aparılan müharibələr nəticəsində dağılaraq xarabalığa çevrilmişdir.

Xarici keçid

  • "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" 2018-08-16 at the Wayback Machinee-qanun.az (az.)

Həmçinin bax

  • Varsan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ultan qalası haqqında məlumat. Ultan qalası nədir? Ultan qalası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hərəkət

  • Fevral 25, 2026

    Edqar Longe

  • Fevral 27, 2026

    İordan çayı

  • Fevral 27, 2026

    Fəridə Məmmədova

  • Fevral 25, 2026

    Prussiya krallığı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst