Edqar Longe (18 avqust 1879, İngiltərə – 12 dekabr 1950, Alforvill) — Fransanın sosialist aktivisti, həkim, Karl Marksın nəvəsi.
| Edqar Longe | |
|---|---|
| fr. Edgar Longuet | |
| Doğum tarixi | 18 avqust 1879 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 12 dekabr 1950 (71 yaşında) |
| Vəfat yeri |
|
| Atası | Şarl Longe |
| Anası | Cenni Longe |
| Fəaliyyəti | həkim, siyasətçi |
| Partiyası |
|
Həyatı

Edqar Longe 18 avqust 1879-cu ildə İngiltərənin Remsgeyt qəsəbəsində Şarl Longenin və Karl Marksın qızı Cenni Longenin ailəsində dünyaya gəlib. Uşaq ikən çox yemək yediyinə görə onu Canavar deyə çağırırdılar. Edqar 18 aylıq olanda ailəsi Fransaya köçmüşdü.
O, Fransa işçi hərəkatında olduqca fəal idi və 1905-ci ildə Jül Gedin dəstəkçisi kimi Sosialist Partiyasına qoşulmuşdu. 1937-ci ildə sosialistlərdən ayrılan Edqar 1938-ci ildə fəal üzvü olduğu Fransa Kommunist Partiyasına daxil oldu. Siyasi cəhətdən o, sadiq Stalinçi kimi Sovet İttifaqına heyran idi.
Longe babası Karl Marksla Karlın qızları Cenni (Longenin anası), Eleonora və Lauranın və ailə dostu Fridrix Engelsin birlikdə çəkdirdiyi dagerotipi 1948-ci ildə Moskvadakı Sov.İKP MK-nın Marksizm-Leninizm İnstitutuna bağışlamışdı. Həmin il o, Fridrix Engelsin və babası Karl Marksın yazdığı "Kommunist Manifesti"nin Sovet İttifaqında və Polşa Xalq Respublikasında 100 illik yubileyinin qeyd edilməsində iştirak etmişdi.
Longe Parisətrafı ərazidə – Alforvildə yaşayırdı. O, 1950-ci ildə vəfat etmiş və ölümündən bir qədər əvvələ qədər həkim kimi çalışmışdı.
Edqar Longe rəssam Frederik Longenin və siyasətçi Pol Longenin atasıdır. Edqarın qardaşı Jan da fəal sosialist və Fransa Deputatlar Palatasının üzvü olub.
Əsərləri
- Some pages of the family life of Karl Marx. In: Mohr and General. Memories of Marx and Engels. Dietz Verlag, Berlin 1964, pp. 359–374
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Edqar Longe haqqında məlumat. Edqar Longe nədir? Edqar Longe nə deməkdir?