Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vilyam Ramzay (2 oktyabr 1852[…], Qlazqo[…] – 23 iyul 1916[…]) — Şotlandiyalı kimyaçı. Arqon, neon, kripton və  ksenon kimi təsirsiz qazları kəşf etmişdir. Bu k

Uilyam Ramzay

  • Ana Səhifə
  • Vikipediya
  • Uilyam Ramzay

Vilyam Ramzay (2 oktyabr 1852[…], Qlazqo[…] – 23 iyul 1916[…]) — Şotlandiyalı kimyaçı. Arqon, neon, kripton və  ksenon kimi təsirsiz qazları kəşf etmişdir. Bu kəşfləri sayəsində o, 1904-cü ildə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Bundan əlavə Ramzay əvvəllər yalnız Günəş spektrində müşahidə olunmuş, amma Yerdə müşahidə olunmamış heliumu da havadan ayırmağı bacarmışdır.

Vilyam Ramzay
ing. William Ramsay
Doğum tarixi 2 oktyabr 1852(1852-10-02)[…]
Doğum yeri
  • Qlazqo, Şotlandiya, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[…]
Vəfat tarixi 23 iyul 1916(1916-07-23)[…] (63 yaşında)
Vəfat səbəbi xərçəng xəstəliyi
Elm sahəsi kimya
İş yerləri
  • London Universitet Kolleci,
  • Stratklayd Universiteti,
  • Bristol Universiteti,
  • Qlazqo Universiteti
Təhsili
  • Tübingen Universiteti,
  • Qlazqo Universiteti (1868–1871),
  • Tübingen Universiteti (1871–1872)
Üzvlüyü
  • London Kral Cəmiyyəti,
  • Bavariya Elmlər Akademiyası[d],
  • Peterburq Elmlər Akademiyası,
  • İsveç Kral Elmlər Akademiyası,
  • Macarıstan Elmlər Akademiyası,
  • Rusiya Elmlər Akademiyası,
  • Prussiya Elmlər Akademiyası[d],
  • Niderland Kral İncəsənət və Elmlər Akademiyası[d],
  • ABŞ Milli Elmlər Akademiyası (1904),
  • Turin Elmlər Akademiyası[d] (1897),
  • Amerika Fəlsəfə Cəmiyyəti[d] (1899),
  • Dei Linçei Akademiyası (1907)
Mükafatları Knight Commander of the Order of the Bath elm və incəsənət sahəsində "Pour le Mérite" ordeni
Kimya üzrə "Nobel" mükafatı — 1904
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Vilyam Ramzay 1852-ci ilin oktyabrın 2-də Şotlandiyanın Qlazqo şəhərində anadan olmuşdur.

Təhsilini Qlazqo Akademiyasında alan Ramzay kimyanı öyrənməyi Qlazqo Universitetində Tomas Andersonun rəhbərliyi altında davam etdirdi. Sonra Tyubingen Universitetində Vilhelm Fittiqin rəhbərliyi altında aspiranturada oxudu. "Toluol və nitrotoluol turşuları" adlı dissertasiya müdafiə etdi.

Qlazqoya Andersonun asistenti kimi dönür və 1879-cu ildə Bristol Universitetində kimya professoru vəzifəsini alır. 1881-ci ildə universitetin rektoru seçilir və eyni zamanda tədqiqatlarını davam etdirir.

1887-ci ildə Ramzay London Universitetinin mötəbər kimya kafedrasında Aleksandr Vilyamsonu əvəz edir. Məhz burda Ramzay özünün əsas kəşflərini etmişdi. 1885-1890-cı illərdə o, azot oksidləri haqqında bir neçə maraqlı məqalələr çap etdi və gələcəkdə istifadə etmək üçün üsullar işlənib hazırlandı. 1894-cü ildə aprelin 19-da Ramzay Lord Relleyin mühazirəsinə qatıldı. Relley süni yolla alınmış azot ilə havanın digər komponentlərinin kənarlaşdırılması ilə alınan azotun sıxlıqları arasında fərq olduğunu söylədi. Qısa diskusiyadan sonra Ramzay və Relley bu hadisəni öyrənməyi razılaşdırdılar. Avqustda Ramzay Relleyə məlumat verdi ki, o, havanın əvvəllər məlum olmayan komponentini aşkar etmişdir ki, bu komponent çox güman ki, kimyəvi reaksiyaya girmir və Ramzay bu qazı arqon adlandırmışdı. Sonrakı illərdə o, neon, kripton və ksenon kimi qazları da kəşf etmişdi. Ramzay həmçinin, əvvəllər yalnız Günəş spektrində müşahidə olunmuş, amma Yerdə müşahidə olunmamış heliumu da havadan ayırdı.

Ramzay molekulyar fizika ilə də məşğul olmuş, broun hərəkətlərini, maddələrin kritik vəziyyətlərini tədqiq etmişdi. O, 1884-cü ildə sinkin atom çəkisini müəyyən etdi. 1887-ci ildə Ramzay asetilendən və hidrogen-sianiddən piridini sintez etdi. 1883-cü ildə mayenin səthi gərilmə qiymətinə əsasən onun molekul çəkisini təyin etmək üsulunu təklif etdi.

Ramzay 1910-cu ildə mikrotərəziləri kəşf etdi.

Onun son işləri elementlərin radioaktiv çevrilmələrinə aid idi.

Ramzay Peterburq Elmlər Akademiyasının fəxri üzvü idi (1913).

Ramzay 1916-cı ilin iyulun 23-də Qlazqoda vəfat etmişdi. Onun ölümünə səbəb radioaktiv şüalanma nəticəsində burun boşluğunda əmələ gələn xərçəng xəstəliyi olmuşdu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Uilyam Ramzay haqqında məlumat. Uilyam Ramzay nədir? Uilyam Ramzay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Madhya-Pradeş

  • Fevral 27, 2026

    Deyləm

  • Fevral 24, 2026

    Cessi Ouens

  • Fevral 27, 2026

    Betatron

  • Fevral 23, 2026

    Eugnathostomata

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst