Əbül-Həsən Təqiyyəddin Əli ibn Əbdilkafi ibn Əli ibn Təmmam əs-Subki (ərəb. تقيّ الدين السبكي; 1284 və ya 26 aprel 1284, Misir – 1355 və ya 22 iyun 1355, Qahirə) — Şafii alimi, müctəhid. Şafii fəqihi olan İbn Əbdilbər əs-Subki onun tələbəsi və əmioğlusudur.
| Təqiyyəddin əs-Subki | |
|---|---|
| ərəb. تقيّ الدين السبكي | |
| |
| Doğum tarixi | 1284 və ya 26 aprel 1284 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1355 (70–71 yaşında) və ya 22 iyun 1355 (70–71 yaşında) |
| Vəfat yeri | |
| Uşaqları | Bahaəddin əs-Subki, Tacəddin əs-Subki |
| Elm sahəsi | fiqh |
| Tanınmış yetirmələri | Tacəddin əs-Subki |
Bioqrafiyası
Təqiyyədin, oğlunun dediyinə görə 3 Səfər 683-cü ildə dünyaya gəlmişdir. Bu da miladi tarix ilə 21 aprel 1284-cü il bərabər olur. O, ilk təhsilini atasından və digər alimlərdən aldıqdan sonra Qahirəyə yollanır. Burada əvvəl öyrəndiyi əsərləri müəllimlərə danışır. İbn Bintül-Əaz, İbn Dəqiqulid, Cəbəri, Nəcməddin ibnür-Rifa, Ələməddin əl-İraqi, Təqiyyəddin ibnüs-Saiğ, Əbdülmömin ibn Xələf əd-Dümyati, Yusif ibn Əbdürrəhman əl-Mizzi, Əbu Həyyan əl-Əndəlüsi və İbn Ətaullah əl-İskəndəri kimi alimlərdən fiqh, üsul, kəlam, məntiq, nəhv, lüğət, təfsir, qiraət, hədis və təsəvvüf dərsləri alaraq özünü təkmilləşdirir.
Hicri 706-cı (1306) ildə Dəməşqə gedən Subki bir il sonra Qahirəyə qayıdır və müəlliflik, fətva və tədrislə məşğul olur. Hicri 716-cı (1316) ildə həccə gedir. Misirdə Şafii məzhəbinin öndərinə çevrilən Subkidən hər kəs fətva soruşmağa başlayır. Hicri 739-cu (1338) ildə Sultan I Məhəmməd ibn Qalavun tərəfindən Dəməşq qazıl-qudatı təyin edilir. Əməvi məscidində xətiblik, Əşrəfiyyə Darül-hədisində şeyxlik, əş-Şamiyyətül-Bərraniyyə mədrəsəsində müəllimlik edir. Bunlardan başqa Qəzzaliyyə, əl-Adiliyyətül-kübra, Atabəyiyyə, Məsruriyyə kimi mədrəsələrdə işləyir. Yetiştirdiyi tələbələri arasında Şəhabəddin Əhməd ibn Aybək əd-Dümyati, Cəmaləddin əl-İsnəvi, Əlaəddin əs-Səfadi, Xəlil ibn Keykəldi əl-Əlai, Zeynəddin əl-İraqi, Əbül-Məhasin əl-Hüseyni, Firuzabadi, əmisinin oğlu İbn Əbdülbər əs-Subki, Xalid ibn İsa əl-Bələvi, öz oğlanları Məhəmməd, Bahaəddin əs-Subki, Cəmaləddin Hüseyn və Tacəddin əs-Subki kimi alimlər vardır.
Dəməşqdə xəstələnən Subki qazılıq vəzifəsini oğlu Tacəddin əs-Subkiyə həvalə etdikdən sonra Qahirəyə yollanır. Qahirəyə çatdıqdan bir neçə gün sonra 3 Cəmaziyəl-axir 756-cı (15 iyul 1355) ildə vəfat edir və Babün-Nəsr qəbiristanlığında dəfn edilir.
Əsərləri
O, təxminən 140-a qədər əsər qələmə almışdır. Qələmə aldığı əsərlərdən bəziləri bunlardır: Təkmilətül-Məcmu, Fətəvas-Subki, Əhadysu rəfil-yədeyn, ər-Rifdə fi məna vəhdə, Qəzaül-ərəb fi əsiləti-Hələb, Virdül-əlal fi fəhmil-iləl, əl-İbhəc fi şərhil-Minhəc və s.
Həmçinin bax
- Bahaəddin əs-Subki
- İbn Əbdilbər əs-Subki
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, təqiyyəddin əs-subki sözünün mənası, təqiyyəddin əs-subki haqqında məlumat. təqiyyəddin əs-subki nədir? təqiyyəddin əs-subki nə deməkdir?
