Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ayaqlı təcnis — aşıq poeziyasında forma etibarilə "təcnis müstəzad", "qoşma müstəzad" əsasında yaradılmış təcnis şeir formasının şəkillərindən biri. Əlamətlərin

Ayaqlı təcnis

  • Ana Səhifə
  • Vikipediya
  • Ayaqlı təcnis

Ayaqlı təcnis — aşıq poeziyasında forma etibarilə "təcnis müstəzad", "qoşma müstəzad" əsasında yaradılmış təcnis şeir formasının şəkillərindən biri. Əlamətlərinə görə ayaqlı qoşmanı xatırladır. Əsas fərq buradakı bəndlərin cinas qafiyədən qurulmasıdır.

Ayaqlı təcnisin birinci bəndində 1-ci və 3-cü misralar sərbəst, 4-cü misranın yarımçıq hissəsi 2-ci misranın yerində işlənən hissə ilə həmqafiyə olur. Ayaqlı təcnis el aşıqları arasında "təcnis müstəzad" adı ilə də işlənilir.

Çox çətin və eyni zamanda estetik baxımdan, poetik arxitektonikası etibarilə çox da maraqlı olan ayaqlı təcnis nadir təcnis şəklidir. Burada hər bəndin axırında 5-6 hecalı əlavə bir misra da işlənir. Təsadüfi deyildir ki, ustad Aşıq Ələsgərin yaradıcılığında yalnız bir ayaqlı təcnis nümunəsinə rast gəlinir.

Götürüb sazımı, girrəm meydana,
              Gəl eyləyək bəhs!
Əyər sən toxunsan, mən də toxunnam,
Şəriətdə halal - qisasa qisas,
              Qoy ucalsın səs!

Bir xoş günü əvəz min ayə billəm,
Çəkilib qamətin minayə, billəm.
Pirimdən dərs aldım, min ayə billəm,
Bir sözünə min söz deyəm dəsbədəs,
              Dur yerində pəs!

Ovsunçuyam, ovsun sallam hi mara,
Bənna isən tərkin axtar, him ara.
Səmin diraz, ləhçən bənzər himara,
Aləmə bəllidir bu nitqü nəfəs,
              Misali hədəs!

Mən dərdliyəm, mən ağlaram budağlar,
Eşq ucundan sinəmdədi bu dağlar,
Bir tərlanam, oylağımdı bu dağlar.
Sənsən səgi-lağər, şikarin məkəs,
              Hökmün kəsakəs!

Aşıq gərək bu meydanda bir qala,
Eşq odunu bir ətəklə, bir qala,
Ələsgərdi Xeybər kimi bir qala,
Bacara bilməzsən, dur yerində pəs,
             Danışma əbəs!

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ayaqlı təcnis haqqında məlumat. Ayaqlı təcnis nədir? Ayaqlı təcnis nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Dabbaqlıq

  • Fevral 27, 2026

    Sürhüllü

  • Fevral 27, 2026

    Qonaqkənd rayonu

  • Fevral 27, 2026

    Ştabs-kapitan

  • Fevral 27, 2026

    Sabirlər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst