Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tuyuq - (türkcə duyğu, duymaq sözündəndir) türk şairlərinin divan ədəbiyyatına bəxş etdikləri rübaiyə bənzəyən dörd misralıq şeir növü. Qafiyə quruluşu aaba, bə

Tuyuq

  • Ana Səhifə
  • Vikipediya
  • Tuyuq

Tuyuq - (türkcə duyğu, duymaq sözündəndir) türk şairlərinin divan ədəbiyyatına bəxş etdikləri rübaiyə bənzəyən dörd misralıq şeir növü. Qafiyə quruluşu aaba, bəzən abab, az hallarda isə aaaa şəklindədir. Rübaidə işlənən mövzular tuyuqda da işlənir. Ərəb və ədəbiyyatında olmayan, yalnız türk ədəbiyyatında istifadə olunan özünəməxsus nəzm şəklidir.Tuyuq əruz vəzninin rəməl bəhrindədir

İlk numunələrini XIV əsr Azərbaycan şairi Qazi Bürhanəddin (tr: Kadı Burhanettin) yaradıb. Maninin Divan ədəbiyatına oxşar sayılır. Əruz vəzninin failatun-failatun-failun qəlibi ilə yazılır. Xalq ədəbiyyatında mani, on birli heca ilə söylənilərsə, tuyuq adını alır. Qafiyə sistemi rübainin qafiyə sistemi ilə eynidir. Manidə olduğu kimi, cinaslı qafiyə istifadə olunur. Bununla belə, tuyuqda manidən fərqli olaraq məntiqi və məna bütünlüyü qorunmaqla hər bir misranın müstəqil mənası, ideyası olur. Manidə isə ilk iki misra əsas mənanın yer aldığı son iki misraya zəmin yaratmaq funksiyası daşıyır.

Azərbaycan ədəbiyyatında bu janra ən çox müraciət edən şairlər Qazi Bürhanəddin, İmadəddin Nəsimi və XV əsr Çağatay şairi Əlişir Nəvai olmuşlar.

Mündəricat

Etimologiya

Türkcə duymaq, duyğu sözlərindən yaranmış tuyuq türk xalqlarının ədəbiyyat nümunəsi hesab olunur.

Tuyuq örnəkləri

Tuyuğun özəlliyi qafiəsindədir. Hər misra omonimik bitir: eyni cür səslənən, lakin müxtəlif anlam verən sözlər qafiyələşdirilir. Belə qafiəyə "təcnis" deyilir. İki cür təcnis var: tam və mürəkkəb.

Tam təcnis

Ey özündən bixəbər qafil, oyan!
Həqqə gəl ki, həq deyil, batil, oyan!
Olma fani aləmə mail, oyan!
Mə'rifətdən nəsnə qıl hasil, oyan!(c) İmadəddin Nəsimi

  • "Nəsimi" filmindən dərvişlərin mahnısı "İstəmə" - musiqi: Tofiq Quliyev
  • "Nəsimi" filmindən dərvişlərin mahnısı "Qafil oyan" - musiqi: Tofiq Quliyev
  • Rasim Balayev - "Hardasan" - musiqi: Tofiq Quliyev

Mürəkkəb təcnis

Söz deyəm əgər sana, inanasın,
Yar gözündür gözünə, sanasın,
Yarunı anda biləsun pədürür,
Gər karimə qarşı sən yasanasın!(c) Qazi Bürhanəddin

Həmçinin bax

  • Təcnis
  • Bayatı
  • Gəraylı
  • Qoşma
  • Qəsidə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tuyuq haqqında məlumat. Tuyuq nədir? Tuyuq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qənimət

  • Fevral 27, 2026

    Zaporojye vilayəti

  • Fevral 27, 2026

    Bohay

  • Fevral 27, 2026

    Kosalı (Gürcüstan)

  • Fevral 27, 2026

    Nümayəndələr Palatası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst