Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tufan termini (pol. pоtор szwedzki, lit. Tvanas) XVII əsrin ortalarında Polşa-Litva İttifaqında baş vermiş bir sıra hadisələr üçün istifadə olunur. Bu müharibəl

Tufan (tarix)

  • Ana Səhifə
  • Vikipediya
  • Tufan (tarix)

Tufan termini (pol. pоtор szwedzki, lit. Tvanas) XVII əsrin ortalarında Polşa-Litva İttifaqında baş vermiş bir sıra hadisələr üçün istifadə olunur. Bu müharibələr zamanı Polşa-Litva İttifaqı əhalisinin üçdə birini və böyük güc statusunu itirmişdir.

Tufan (The Deluge)
Reç Pospolitanın şimal müharibələri (İkinci Şimal müharibəsi)
İttifaq torpaqlarının İsveç, Çar Rusiyası və Brandenburq tərəfindən işğalı Zaporojye kazakları.
İttifaq torpaqlarının İsveç, Çar Rusiyası və Brandenburq tərəfindən işğalı Zaporojye kazakları.
Tarix 1655-1660
Yeri Reç Pospolita
Nəticəsi Status-kvo, polyaklar üçün Pirr qələbəsi
Münaqişə tərəfləri

Reç Pospolita

  • Çar Rusiyası (1656–1658)
  • Krım xanlığı
  •  Müqəddəs Roma imperiyası Habsburq Monarxiyası (Avqust 1657-dən bəri)
    • Macarıstan krallığı (Avqust 1657-dən bəri)
  • Kazak Hetmanlığı (Hadiach müqaviləsi)
  • Brandenburq-Prussiya İdarəsi (noyabr 1657-dən bəri)
  •  Danimarka Danimarka-Norveç
  • Hollandiya Respublikası
  • İsveç İmperiyası
  • Çar Rusiyası
    (1654 – 1656 noyabr; 1658-ci ilin iyul ayından sonra)
  • Brandenburq-Prussiya (1656 – 1657 noyabr)
  • Kazak Hetmanlığı
  • Transilvaniya knyazlığı
    (1656 dekabr)
  • Moldavia knyazlığı (Moldova) Prensliği
  • Valaxiya knyazlığı
  • Böyük Litva knyazlığı (Janusz Radziwiłłin Kėdainiai Knyazlığı/İttifaqı)
Komandan(lar)
  • Polşa kralı John II Casimir
  • Stefan Czarniecki

İsveç Kralı Charles X. Gustav

  • Frederick William, Brandenburq Elektoru
  • Boqdan Xmelnitski
  • George II Rákóczi
  • Rus Çarı I Alexis
  • Konstantin Șerban
  • Gheorghe Ştefan
Tərəflərin qüvvəsi

: 50.000 əsgər
 Müqəddəs Roma imperiyası: 17.000 əsgər
: 2.000 əsgər
Ümumi olaraq: 69.000+

: 40.000 əsgər
: 60.000 əsgər
:16.000 əsgər
: 40.000 əsgər
: 25.000 əsgər
10.000 əsgər
Ümumi olaraq: 191,000+

İtkilər

Təxmini olaraq yüksək

: 30,000 ölü
Təxmini olaraq yüksək

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Əvvəlki hadisələr, işğalın başlaması və Rusiya çarlığının strategiyası

    1648-ci ildə Boqdan Xmelnitski Polşa-Litva Birliyinin hökmdarlarından narazı qalan Zaporojiya kazakları və Ukrayna kəndlilərindən ibarət qoşunları ilə birlikdə böyük bir üsyana rəhbərlik etdi. Üsyanın ilk mərhələsi böyük dağıntılar ilə Berestechko müharibəsinin nəticəsiz qalması ilə Rusiya çarlığı ilə Reç Pospolita arasında Ukraynanı əhatə edən şərqi slavyan ərazisi üzərindəki qarşıdurmanı daha da gücləndirdi. Buna görə 1653-cü ilin oktyabrında rus komandiri Zemsky Sobor Polşaya müharibə elan etdi. 1654-cü ilin iyun ayında rus çarı I Aleksandr Şərqi Polşanı işğal etdi və 13 il davam edəcək 1654-1667 Rusiya-Polşa müharibələri başladı. 1654-cü ilin yayında ruslar bugünkü Belarusiya ətrafında qurulmuş bir çox vacib şəhər və qalaları ələ keçirməyə müvəffəq oldular. 3 oktyabr 1654-cü ildə mühasirədən sonra Smolensk tutuldu. Texniki olaraq Polşa ilə müharibə vəziyyətində olan İsveç İmperiyası (1629-cu ildə imzalanmış atəşkəs rejimini 1635-dən 1661-ci ilə qədər uzatmışdılar) 1655-ci ilin iyulunda Polşanın qalan yarısını işğal etdi.

    İsveç krallığının strategiyası

    Otuzillik müharibədən sonra özünü qitənin ən güclü dövlətlərindən biri kimi göstərən İsveç Krallığının böyük bir ordusu var idi, lakin onları vermək üçün pulu az idi. Polşa Kazak atamanlığı və rus çarizmi ilə apardığı döyüşlərdən sonra zəifləmişdi, xüsusən Batih döyüşündə ən yaxşı qoşunlarını itirəndən sonra İsveç Krallığı onu zəif ov kimi gördü.

    Üstəlik, İsveçlilər Polşa taxtındakı hüquqlarını xatırladılar. III. Zygmunt Waza və oğulları IV Władysław Waza və II Jan Kazimierz Waza Vaza sülaləsindən olan əsilzadələr idi. Taxtda haqlarını elan edəcəkdilər. İsveç kralı X Karl Gustavın əsas məqsədi Polşa Krallığı ilə Böyük Litva Hersoqluğu arasındakı birliyi pozmaq idi.

    Axırda öz məqsədlərinə çatdılar. İsveç üçün asan keçmiş Ujście müharibəsindən sonra Kėdainiai sazişi imzalanaraq Yuxarı Polşa (Poznań ətrafı) Kėdainiai Knyazlığına-İttifaqına verildi. Beləliklə, Polşa-Litva İttifaqını parçaladılar.

    Nəticələri

    Polşa əhalisinin üçdə birini itirdi. Köhnə gücünü itirdiyi kimi heç bir zamanda onu bərpa edə bilmədi. 200 ildir ki, heç bir müharibədən təsirlənməmiş zəngin yaşayış məntəqələri böyük ziyan gördü (Yuxarı Polşa, Aşağı Polşa, Mazoviya, Pomerelya, Kujawy, Podlasie). Bundan əlavə kilsələr, qəsrlər, kitabxanalar və arxivlər talan edildi və məhv edildi. Sənət əşyaları, rəsm əsərləri, əlyazmalar, silahlar, Çin istehsalı olan çini qablar, gəlinliklər, türk çadırları və kilimləri ələ keçirildi. Müharibənin əhatə etdiyi bütün yaşayış məntəqələri, qəsrlər, kəndlər və şəhərlər İsveç orduları tərəfindən talan edilmişdi.

    Maraqlıdır ki, hətta qapı çərçivələri də çıxarılıb aparılmışdır.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tufan (tarix) haqqında məlumat. Tufan (tarix) nədir? Tufan (tarix) nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 01, 2026

      Hənəfi

    • Fevral 27, 2026

      Qutluq İnanc

    • Fevral 27, 2026

      Suparibağ

    • Mart 01, 2026

      Əhmədağa Əhmədov

    • Fevral 27, 2026

      Gülhanə parkı

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst