Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Raqif Abbasov (tam adı: Abbasov Raqif Arif oğlu) — Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Respublikasının

Raqif Abbasov

  • Ana Səhifə
  • Vikipediya
  • Raqif Abbasov

Raqif Abbasov (tam adı: Abbasov Raqif Arif oğlu) — Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi (2021).

Raqif Abbasov
Raqif Arif oğlu Abbasov
Doğum tarixi 22 noyabr 1976 (49 yaş)
Doğum yeri Göytəpə, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Uşaqları Məhəmməd, Rauf, Mədinə
Atası Arif Abbasov
Anası Elmira Abbasova
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu
Tanınır Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi
Mükafatları "Tərəqqi" medalı — 20192019 "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

Mündəricat

Həyatı

Abbasov Raqif Arif oğlu 22 noyabr 1976-cı ildə Cəlilabad rayonu, Göytəpə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1993-cü ildə Bakı şəhəri 151 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Texniki Universiteti 1993–1997-ci illərdə (mühəndis) əyani, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 1999–2003-cü illərdə (Bədən Tərbiyəsi və İdman) qiyabi, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası 2005–2007 (Dövlət və Bələdiyyə) müdavim əyani, Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti 2000–2002-ci illərdə (nəqliyyatın istismarı) magistr əyani bitirmişdir. Türk, Rus, İngilis dillərini bilir. Ehiyatda olan zabitdir.

Ailəsi

Ailədir, üç övladı var.

Fəaliyyəti

Əmək fəaliyyəti

1997–1998-ci illərdə Azərbaycan Ticarət Səhmdar Cəmiyyəti aparıcı məsləhətçi işləyib. 1999–2001 Gənclər və İdman Nazirliyi baş məsləhətçi işləmişdir. 2002–2005 Gənclər və İdman Nazirliyi sektor müdiri, 2005–2007 Gənclər və İdman Nazirliyi Mətbuat katibi-şöbə müdiri işləyib. 2007-ci ildən hal hazırkı vaxtadək Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışır. Dövlət Qulluğunun kiçik müşaviridir. 30-dan artıq dövlətdə keçirilən gənclər və idman beynəlxalq tədbirlərində iştirak edib.

Üzvü olduğu təşkilatlar

  • Milli Olimpiya Komitəsinin üzvü
  • Azərbaycan Cüdo Federasiyasının icrayə komitəsinin üzvü,
  • 2012-ci ildə Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən I Avropa Oyunları və 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi,
  • Oyunlarının Təşkilat Komitələri və İşçi Qruplarında üzv.
  • Pekin 2008 Yay Olimpiya Oyunları və London 2012 Yay Olimpiya Oyunları Azərbaycan nümayəndə heyətinin üzvü olub.
  • Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü

Əsərləri

Akademik kitab

  • "10 il öncə başlanan yol" kitabının redaksiya heyətinin üzvü

Təltif və mükafatları

  • "Dövlət Qulluğunda fərqlənməyə görə" medalı-2015,
  • "Tərəqqi medalı"-2019,
  • Həzi Aslanov xatirə medalı,
  • Dövlət Gömrük Komitəsinin Yubiley medalı,
  • Dövlət Təhlükəsizliyi Xidmətinin Yubiley medalı,
  • Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi – 2021 ,
  • Sərbəst güləş üzrə İdman Ustalığına Namizəd.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, raqif abbasov sözünün mənası, raqif abbasov haqqında məlumat. raqif abbasov nədir? raqif abbasov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Paraqvay

  • Mart 01, 2026

    Grga Novak

  • Fevral 26, 2026

    Zülfü Adıgözəlov

  • Fevral 27, 2026

    Vanq Pao

  • Fevral 27, 2026

    Habsburq monarxiyası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst