Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tohoku regionu (東北地方, Tōhoku-chihō?, şimal-şərq) — Yaponiyanın Honşu adasının şimal-şərqində yerləşən region. O, altı prefekturadan ibarətdir: Aomori, İvate, Mi

Tohoku (region)

  • Ana Səhifə
  • Vikipediya
  • Tohoku (region)

Tohoku regionu (東北地方, Tōhoku-chihō?, şimal-şərq) — Yaponiyanın Honşu adasının şimal-şərqində yerləşən region. O, altı prefekturadan ibarətdir: Aomori, İvate, Miyaqi, Akita, Yamaqata və Fukuşima.

Tohoku
東北地方 Tōhoku-çihō
Tohoku regionun yerləşməsi
Tohoku regionu Yaponiya xəritəsində
Yerləşməsi
Ölkə  Yaponiya
Ada Honşu
Statistika
Sahə 66889,55 km²
Əhali 9020531 nəf.
   Əhali sıxlığı 130 nəfər/km²
Prefekturalar 6
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adı

Tohoku regionun adı iki sözdən ibarətdir: tō (東?) şərq deməkdir, hoku (北?) isə şimal. Ona həmçinin Ou (奥羽, Ōu?) deyirlər. Bu ad həmin regionda yerləşən Ou dağları ilə bağlıdır.

Coğrafiya

Tohoku regionu Honşu adasının şimal-şərqində yerləşir və Yaponiyanın ərazinin təxminən 18 %-i tərkib edir. Şimaldan onu Hokkaydo adası ilə Sanqar boğazı ayırır, şərqdən Sakit okean, qərbdən isə Yapon dənizi sulayır. Cənubda Kanto, cənub-qərbdə isə Çubu regionu ilə həmsərhəddir.

Dağlar

  • Ou dağları
  • Banday dağı
  • Devanın üç dağı
  • Hakkoda dağları
  • Hayaçine dağları
  • İvaki dağı
  • Osore dağı

Göllər

  • Tadzava gölü
  • Tovada gölü

Çaylar

  • Kitakami çayı
  • Oirase çayı

Parklar

  • Banday-Asahi Milli Parkı
  • Miss Veedol Plyajı
  • Rikuçu Kayqan Milli Parkı
  • Tovada-Haçimantay Milli Parkı

Əhali

Əhali sıxlığı Yaponiyanın orta göstəricilərdən aşağıdır. Tohokunun ən böyük şəhəri Sendaydır. Aomori, Morioka, Akita, Fukuşima və Yamaqata kimi prefektura mərkəzləri və Haçinohe, Koriyama və İvaki kimi sənaye və ticarət mərkəzləri də urbanistik yığılma yerləridirlər.

Regionun əhalisi əsasən Yapon dilinin eyni adlı Tohoku dialektində (東北方言 Tōhoku hōgen və ya 東北弁 Tōhoku-ben) danışır.

Tarix

Keçmişdə bu region Miçinoku adını daşıyırdı.

2011-ci ilin martın 11-də Tohokuda zəlzələsi və sunami baş verdi.

İqtisadiyyat

Tohoku həmişə Yapniyanın zəif inkişaf etmiş regionu kimi tanınırdı. Bu region əsasən aqrardır. 2014-cü ildə kənd təsərrüfatın əsas gəlirləri ilk növbədə düyü istehsalından, bundan sonra isə, heyvandarlıqdan, tərəvəz və meyvə istehsalından gəldi. Lakin, kənd təsərrüfatından başqa, 1960-cı illərdən bəri burda həmçinin dəmir, polad, sement, kimyə, ağac, və neft emalı kimi sənayələr inkişaf etməyə başladılar.

Tohoku 2011-ci ilin təbii fəlakətindən böyük zərər almışdı. Lakin sonra, regionun iqtisadiyyatı dirçəlməyə başladı.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tohoku (region) haqqında məlumat. Tohoku (region) nədir? Tohoku (region) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ayaz Əsgərov

  • Fevral 27, 2026

    Anser

  • Fevral 27, 2026

    Oldenburq

  • Fevral 27, 2026

    Salar dili

  • Fevral 27, 2026

    Leksikoqrafiya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst