Ayaz Əsgərov (1964, Tovuz rayonu) — Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı.
| Ayaz Əsgərov | |
|---|---|
Vəzifədədir | |
| 19 may 2016-cı ildən | |
| Əvvəlki | Sevindik Hətəmov |
| 6 oktyabr 2011 – 19 may 2016 | |
| Əvvəlki | Rauf Hüseynov |
| Sonrakı | Rəcəb Babaşov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1964 (61–62 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
| | |
| Təltifləri | |
Həyatı
Əsgərov Ayaz Nəriman oğlu 1964-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuşdur. 1989-cu ildə Moskva Ət və Süd məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir.
Ailəsi
Ailəlidir, 3 övladı var. Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun qardaşıdır.
Siyasi fəaliyyəti
1989–2006-cı illərdə müxtəlif vəzifələrdə işləmiş, 2006–2011-ci illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011–2016-cı illərdə isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ayaz Əsgərov haqqında məlumat. Ayaz Əsgərov nədir? Ayaz Əsgərov nə deməkdir?