Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vasif Yusif oğlu Talıbov (14 yanvar 1960, Aşağı Aralıq, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri (1995–2022), Azərbaycan Respublikası

Vasif Talıbov

  • Ana Səhifə
  • Vikipediya
  • Vasif Talıbov

Vasif Yusif oğlu Talıbov (14 yanvar 1960, Aşağı Aralıq, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri (1995–2022), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995–2024), Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Azərbaycan dövlət xadimi.

Vasif Talıbov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
16 dekabr 1995 – 21 dekabr 2022
ƏvvəlkiNamiq Həsənov
SonrakıAzər Zeynalov (i. e.)
Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı
24 noyabr 1995 – 23 sentyabr 2024
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı
1995 – 2024
Şəxsi məlumatlar
Doğum tarixi 14 yanvar 1960(1960-01-14) (66 yaş)
Doğum yeri
  • Aşağı Aralıq, Noraşen rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • Naxçıvan Dövlət Universiteti
Fəaliyyəti siyasətçi
Anası Bahar Talıbova
Uşaqları Rza Talıbov
Seymur Talıbov
Baharxanım Talıbova
Dini İslam
Təltifləri "Şərəf" ordeni "Şöhrət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Vasif Talıbov 14 yanvar 1960-cı ildə Naxçıvan MSSR Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olmuşdur. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlamış, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışmışdır.

Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etmişdir. 1995-ci il aprelin 8-də keçirilən konfransında YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri seçilmişdir.

Azərbaycan Respublikası I–IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I–VI çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmişdir.

Vasif Talıbov Dünya Azərbaycanlılarının I Qurultayında (Bakı, 9 – 10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının üzvü seçilmişdir.

Vasif Talıbov Naxçıvan Ensiklopediyasının yeni ikicildlik nəşri (2005-ci il) və "Naxçıvan abidələri" ensiklopediyasının redaksiya heyətinin sədridir.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

Naxçıvan Dövlət Universitetinin və Gürcüstan Şota Rustaveli adına Dövlət Universitetinin fəxri doktorudur.

Naxçıvan Ali Məclisinin 21 dekabr 2022-ci ildə qapalı keçirilmiş səkkizinci sessiyasında səhhəti ilə əlaqədər Ali Məclisin sədri Vasif Talıbovun vəzifəsindən istefa verməsi ilə bağlı müraciətə baxılıb, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini rəhbər tutaraq onun müraciəti qəbul olunub. Sədr vəzifəsindən istefa verməsinə baxmayaraq Vasif Talıbov Ali Məclisin deputatı kimi fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət etməmişdir.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi Rza Talıbov və Naxçıvan MR Ali Məclisinin V və VI çağırışlarının deputatı Seymur Talıbovun atasıdır.

Fəxri adları və mükafatları

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 yanvar 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
  • 2020-ci ildə Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.
  • Batumi Dövlət Universitetinin Fəxri Doktoru

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vasif Talıbov haqqında məlumat. Vasif Talıbov nədir? Vasif Talıbov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qücərat

  • Fevral 27, 2026

    Carum

  • Fevral 27, 2026

    Qiyamət (kitab)

  • Fevral 27, 2026

    Psixodeliya

  • Fevral 27, 2026

    Novi Sad

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst