Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hacıbaba Əskərov — Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağır atletika üzrə beynəlxalq kateqoriyaya layiq görülən ilk azərbaycanlı hakim (1965).

Hacıbaba Əskərov

  • Ana Səhifə
  • Vikipediya
  • Hacıbaba Əskərov

Hacıbaba Əskərov — Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağır atletika üzrə beynəlxalq kateqoriyaya layiq görülən ilk azərbaycanlı hakim (1965).

Hacıbaba Əskərov
Doğum tarixi 22 sentyabr 1917
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1977 (59–60 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Atası Hacıbaba Əskərov
Milliyyəti azərbaycanlı
Fəaliyyəti ağırlıqqaldırma üzrə hakim
Mükafatları Azərbaycan Respublikasının Əməkdar məşqçisi

Mündəricat

Həyatı

Hacıbaba Məşədi Həsən oğlu Əskərov 22 sentyabr 1917-ci ildə Gəncə şəhərində anadan olub. 1925–1932-ci illərdə Gəncənin 7 illik məktəbində oxuyub. Daha sonra Bakı Neft Texnikumuna qəbul olunub və onu 1936-cı ildə bitirib. 1936–1937-ci illərdə Tərtər rayon Kənd Təsərrüfatı Texnikumunda rəsmxət və bədən tərbiyəsi müəllimi işləyib. 1937-ci ildə ADBTİ-yə daxil olan Hacıbaba Əskərovun ağır atletika istedadı ortaya çıxıb. O, dəfələrlə Azərbaycan çempionu və rekordçusu olub, böyük bacarıq və qabiliyyəti ilə fərqlənib. Əskərov 1941-ci ildə institutu bitirərək ali təhsil diplomu əldə edib.

İkinci Dünya müharibəsinə könüllü yollanan və Kursk, Oryol, Pskov və başqa şəhərlərin faşistlərdən azad edilməsində iştirak edib, böyük şücaət nümayiş etdirib. Məhz bu əzmkarlıq, qorxmazlığına görə Hacıya Qafqazda şücaəti ilə fərqlənən insanlara verilən "Abrek" ləqəbi verilib. Nevel şəhərin yaxınlığındakı döyüşdə ağır yaralandığı üçün ordudan tərxis edilən Hacıbaba Əskərov, ayaqlarının iflic olması ilə əlaqədar bir müddət sərbəst hərəkət edə bilməyib. Lakin bu vəziyyətlə barışmayan döyüşçü sarsılmaz iradəsi, inadkarlığı sayəsində müxtəlif üsullardan, təmrinlərdən və texnikadan istifadə edərək nəinki sərbəst şəkildə yeriməyə, hətta peşəkar idmanla məşğul olmağa başlayıb. O, motosikl idmanı və ağır atletika üzrə bir sıra yarışların qalibi də olub.

Hacıbaba Əskərov 1947-ci ildən ömrünün sonuna kimi müxtəlif vəzifələrdə işləyib, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) dərs deyib. O, idman sahəsi üzrə Azərbaycan dilində ilk dərsliyin (1963-cü il) müəllifidir.

Azərbaycan Respublikasının Əməkdar məşqçisi Hacıbaba Əskərov yığma komandasının əsas çalışdırıcısı kimi ölkəmizdə ağırlıqqaldırma üzrə peşəkar idmançılar yetişdirib. O, 1965-ci ildə ağır atletika üzrə beynəlxalq kateqoriyaya layiq görülən ilk hakim olub. Onun hazırladığı mütəxəssislər – Məmməd Useynov, Şua Hüseynov, Nazim Orucov, Vadim Maroçkin, Yusif Əhmədov, Arif Əskərov, Oleq Luqovskoy, Aleksey Kulkov, Yusif Yusifov, Vəli Əliyev, Oqtay Rzayev, İsmayıl İsmayılov Azərbaycanın müxtəlif bölgələrində idmançı kadrlar yetişdiriblər.

Mükafatları

  • "Əmək veteranı" fəxri adına;
  • "Əmək igidliyinə görə" medalı;
  • SSRİ təhsil sistemindəki nailiyyətlərinə görə isə "İşdə əla nailiyyətlərə görə" döş nişanı.

Xatirəsi

2018-ci ilin dekabr ayının 22-də "AAAF Park" yaşayış kompleksinin yarış zalında Hacıbaba Əsgərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə respublika turniri keçirilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hacıbaba Əskərov haqqında məlumat. Hacıbaba Əskərov nədir? Hacıbaba Əskərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Procellariiformes

  • Fevral 17, 2026

    Server

  • Fevral 27, 2026

    Lev Şaumyan

  • Fevral 27, 2026

    Mordoviya

  • Fevral 26, 2026

    Kvebek

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst