Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tikanquyruqkimilər və ya Myliobatiformes dəstəsi. Bu dəstənin 7 fəsiləyə aid olan 100-ə yaxın növü məlumdur. Fəsilələr və çox tanınmış növlər bunlardır: tikanqu

Tikanquyruqkimilər

  • Ana Səhifə
  • Vikipediya
  • Tikanquyruqkimilər

Tikanquyruqkimilər və ya Myliobatiformes dəstəsi. Bu dəstənin 7 fəsiləyə aid olan 100-ə yaxın növü məlumdur. Fəsilələr və çox tanınmış növlər bunlardır: tikanquyruqlar (dəniz pişiyi, nəhəng tikanquyruq, qırmızı tikaquyruq və s.) yoğunquyruqlar, çay tikanquyruqları (çay skatı), kəpənəyi skatlar (Yaponiya kəpənəyi skatı), qartalı skatlar (adi qartalı skat, xallı qartalı skat, Amerika cöngəburunu və s.), buynuzlu skatlar (Aralıq dəniz buynuzlusu, manta və ya dəniz əjdahası və s.) və rinopteridlər.

Tikanquyruqkimilər
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Tikanquyruqkimilər
Beynəlxalq elmi adı
  • Myliobatiformes Leonard Compagno, 1973
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  649685
NCBI  117851
EOL  2775391
FW  

Bu skatların uzunluqları 0,5-7,0 m, eni 0,3-7,0 m arasında dəyişilir, bəzinin kütləsi 2 tona qədər çatır. Bunların bədəni rombvarı və ya girdədəir. Quyruq gövdəsi ilə bədən arasında keçid nəzərə çarpır, quyruğun ucu iti qurtarır. Bu skatlar yumurtadiridoğan və ya diridoğandırlar, balalarının sayı 4-dən 12-yə qədər olur. Manta və ya dəniz əjdahası kütləsi 15-20 kq olan bircə bala doğur. Sənayə əhəmiyyətləri yüksək deyil.

Tikanquyruq skatlar fəsiləsinin əksər nümayəndələrinin quyruq gövdəsində bir, bəzən iki, kənarı dişli uzun-yastı qərniləşmiş törəmə-tikan var. Bu törəmənin alt tərəfində şırım, onun da içərsində zəhər ifraz edən vəzili hüceyrələr olur. Skat quyruğu ilə düşməni vurduqda qərni tikan düşmənə batır, həmin yerə zəhər ifraz olur, bərk ağrı əmələ gəlir, zəhər qana keçdikdə qan təzyiqi düşür, öyümə başlayır, əzələ iflici baş verir, bu hadisə ölümlə nəticələnir. Qara dənizinin Gürcüstan sahillərində dəniz pişiyinə təsadüf edilir.

Qartalı skatlar fəsiləsinin nümayəndələri yaxşı üzürlər, dibdə və su qatında yaşayan orqanizmlərlə qidalanırlar. Bunların quyruğunda qərni törəmə olmur.

Buynuzlu skatlar fəsiləsi nümayəndələrinin döş üzgəclərinin ön hissəsi çıxıntı əmələ gətirərək, buynuzu xatırladır (adı buna görədir). Bu skatlar sürətlə üzürlər, 1,5-2,0 m hündürlüyə tullanaraq özlərini suya çırpır və "guya" xarici parazitlərdən təmizlənirlər. Ən çox sürü ilə yaşayan balıqlarla qidalanmağa meyllidirlər.

Ədəbiyyat

  1. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 145.
  2. Abbasov H.S., Mustafayev Q.T., Məmmədova S.Ə., İsmayılov R.Ə. Bakı,1999,səh 118

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tikanquyruqkimilər sözünün mənası, tikanquyruqkimilər haqqında məlumat. tikanquyruqkimilər nədir? tikanquyruqkimilər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Ordubad

  • Fevral 27, 2026

    Hüseyn Kamil

  • Mart 03, 2026

    Çənəayaqlılar

  • Fevral 27, 2026

    Qaraçaylı (Qaşqaylar)

  • Fevral 27, 2026

    Mentalitet

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst